Qoy, bu tora düşmüş zavallı əsir
Gəzib, bir-iki gün şad yaşasın bir.
Gəl onu sən salma tor havasına,
Getsin öz tayıyla öz yuvasına.
Onu sevgilisi tapmasa əgər,
Bu gecə arxanca пэ sözlər deyər?
Deyər:
- Səni məndən alan ovçular
Aynlıq dərdinə olsunlar düçar.
Qoy səni ovlayan mən günə düşsün,
О da yar gözündən sürgünə düşsün. -
Dərd duya bilirsə səndəki ürək,
Öz tamah dişini bu ovdan gəl çək.
Neylərdin qəfəsdə özün qalsaydın,
Maral ovçu olub, sən ov olsaydın?
Söylə taleinə şükr edirmisən
Ki, ov maral olmuş, ovçusu da sən?"
Ovçu nəsihəti dinləyib bu dəm
Dedi ki: "Bu qandan mən əl çəkirəm,
Vurmaram maralın buruq boynunu,
Ancaq, havayı da vermərəm onu.
Bu ovla dolanıb yaşayıram mən,
Satın al maralı məndən istəsən".
Alıb silahını, sazını Məcnun
Ovçuya uzadıb dedi: - Buyurun.
Ovçu silahı da, sazı da aldı,
Maral azad oldu, salamat qaldı.
Ata öz oğlunu əzizləyən tək,
Məcnun da maralı əzizləyərək,
Tutub sığalladı о dildannı,
Bağladı heyvanın yaralannı.
Onun gövdəsini çox tumarladı,
Maraldan daha tez özü ağladı.
Dedi: "Həsrət çəkən dağlar maralı,
Səndəmi tayından düşdün aralı?
Ey çöl qoşununun gözəl sarbanı,
Dağlar döşündəki çadınn hanı?
Xoş ətrin canandan gətirir xəbər,
127
Gözün sevgilimin gözünə bənzər.
Bu tordan ayağın qoy azad olsun,
Yetiş öz tayına, о da şad olsun.
Səndən iraq olsun düşmənin fəndi,
Boynuna keçməsin şalılar kəməndi.
Dişlərin keçməsin qızıl qapağa,
Yaraşır səndəki sədəf dodağa.
Oxlann yayına yanyan dərin
Öz paltann olsa yaxşıdır sənin.
Zəhri əritsə də isti göz yaşın,
Axmasın üstünə torpağın, daşın.
Sən ey mərd sinəli, ucaboy maral,
Мэп qəlbi yanmışın halına bir qal.
Bilirəm genişdir gəzdiyin hasar,
Hasardakı aydan bir xəbərin var.
Otiadığın zaman о tərəfdə sən
Yara əhvalımı açıb deyərsən:
Düşmən qaxıncına qurban olan yar,
Əmrinə hazıram, пэ istəyin var?
Biz ayn düşəli əziyyətdəsən,
Sən də mənim kimi bu möhnətdəsən.
Bir qoca dost da yox imdada yetsin,
Bir ox da yoxdur ki, hədəfə getsin.
Ah!
Sənin qoqunu verməsə külək,
Onun da adını çəkməyir ürək.
Xəyal da anmasa, duymasa səni,
Yoxdur varlığımda onun məskəni".
Məcnun ağlayaraq bu qəribliyə,
Dərdini bir deyil, yüz deyə-deyə,
Yazıq maralcığın açdı torunu,
Gözlərindən öpüb buraxdı onu.
Qaçdı səhralara tor görmüş maral,
Məcnun öz yoluna başladı dərhal.
Gecənin yolçusu yetişdi haman
Bir Yusif camalı aldı quyudan89.
Ulduzlar içində о parladı tək,
Göy Misri Nil kimi coşmuşdu, gerçək.90
128
Gözü dağlı çölü mil-mil gəzərdi,
Nil rəngində axan Nilə bənzərdi.
Nə suya quş kimi dimdik vurardı,
Nə də ilan kimi dil çıxarardı.
Qıvnlıb qəlbindən vuralmuş kimi,
Ötməzdi qanadı sınmış quş kimi.
Alışıb yanardı beyni, damağı,
Sanki əriyirdi bir piltə yağı.
Şam kimi sönsə də о birdən-birə,
Yenə də qoymazdı уашш yerə.
Dostları ilə paylaş: