Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


LEYLİNİN EŞQİ İLƏ MƏCNUNUN AĞLAYIB



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə22/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   83
Leyli ve Mecnun

LEYLİNİN EŞQİ İLƏ MƏCNUNUN AĞLAYIB
SIZLAMASI
Məcnun qohumlann yalvanşından 
İnciyib daha da oldu pərişan.
Cırdı köynəyini, lüt qaldı bədən,
Dedi ki: "Ölmüşə пэ lazım kəfən?
Bu iki aləmə sığmayan bir kəs 
Bir can köynəyinə yerləşə bilməz".
Əzraçün Vamiq tək düşmüşdü dərdə,
Gah dağda yaşardı, gah da çöllərdə.
О evdən Шгк kimi çıxaraq уепэ,
Düşdü köçərilik düşərgəsinə.
Geymini yırtaraq, tikdi bir kəfən,
Qınb zəncirini, çıxdı məhbəsdən.
Döşədək cınlmış halda ətəyi,
Uzaqda gəzirdi qəriblər kimi.
Canına qəsd etmək xəyalı vardı,
77


О, yalnız oturab, yalnız durardı.
Dəli tək hər evə yaxın gedərdi,
Leyli! Leyli! deyib xitab edərdi.
Ah! О ayaq yalın, bir də baş açıq, 
Məlamət yıırdıına düşmüşdü yazıq. 
Istər pislik olsun, istər yaxşılıq 
Yamanı yaxşıdan seçməzdi artıq. 
Yəmən ulduzunun xəyalilə tək, 
Nəğmələr deyərdi, inildəyərək. 
Beyitlər axdıqca onun dilindən, 
Yadında saxlardı hər gəlib gedən. 
Hamı bu matəmə olmuşdu heyran, 
Görənlər ağlardı bu hala candan.
О da xəbərsizdi görən gözlərdən, 
Dalınca söylənən acı sözlərdən. 
Həyat dəftərindən silmişdi eybi, 
Yaşardı пэ ölü, пэ diri kimi.
Qəlbinin başında bir sövda daşı, 
Olmuşdu xar kimi daşın sirdaşı.
Altı daş, üstü daş, о əzilərək,
Bədəni bir xılta dönmüşdü, gerçək. 
Şam kimi keçinib, о qaralmışdı,
Quş kimi tayından ayn qalmışdı. 
Qəlbinin başında çal-çarpaz dağlar, 
Üzünü örtmüşdü tozlar, torpaqlar. 
Ələmi, qüssəsi başdan aşaraq,
Insan məclisindən uzaqlaşaraq,
Ah çəkib, ağladı: "Əlacım nədir?- 
Dedi, - könül mülkü bir viranədir. 
Avara düşmüşəm xanımanımdan, 
Məskənim olmuşdur mənim biyaban. 
Nə öz qapımıza gedir bu yollar,
Nə də yar yurduna bir cığınm var. 
Həyamın şüşəsi, adımın camı 
Sındı daş üstündə, eşitdi hamı.
Ah, səadət təblim gedəli bada,
Köç təbli çalıram artıq dünyada.
78


Gah mənə "bir sərxoş" deyir bu yerlər
Gah da "bir bütpərəst aşiq" deyirlər. 
Öylə zənn etmə ki, bir bütpərəstəm, 
Mən torpaqla deyil, gül ilə məstəm. 
Olmuşam о türkə çolaq bir şikar.
Oxuna hədəfəm açıq, aşikar.
О yann quludur ЬйШп varlığım,
Ona can verməkdir bəxtiyarlığım.
Мэпэ sərxoş desə, neyləməliyəm?
Dəli də söyləsə, yəqin, dəliyəm! 
Madam ki, dəliyəm, sərxoşluğum var
Dəlidən, sərxoşdan ağıl ummazlar.
Elə bir divanə deyiləm ki, mən 
Bir də azad olam zəncirlərimdən? 
Suyum bərk bulanmış, bir də durulmaz, 
Mənim viran könlüm heç abad olmaz. 
Kaşki dəli bir yel əssin bir kərə, 
Sovursun kül kimi məni göylərə.
Yaxud da şiddətlə ildınm çaxsın, 
Evimi, cammı yandınb, yaxsın.
Odlara salsaydı məni bir insan,
Yanan varlığımdan qalmazdı nişan.
Bir nəhəng ağzına atılsaydım mən, 
Dünya qurtarardı xəcalətimdən.
Bəd övlad yaratdı məni zəmanə,
Evdə div oluram, çöldə divanə. 
Baxdıqca xar olur qohum-qardaşlar, 
Adımdan utamr yaxın yoldaşlar. 
Xəstəyəm, qammı tökən о cəllad 
Öz keyfində gəzir qisasdan azad.
Of! Salamat qalın can sirdaşlanm! 
Məclis yoldaşlanm, söz yoldaşlanm!
О şərab şüşəsi əlimdən düşdü,
Sınıb parçalandı, yadlar gülüşdü. 
Yolumda şüşələr qınlsa da, bax,
Onlan, göz yaşım sel tək coşaraq,
Yudu ki, о şüşə qınntılan
79


Dostlar ayağına batmasın ban.
Ey mənim dərdimi anlamayanlar 
Yolumdan çəkilin, пэ işiniz var? 
Özümdə deyiləm... məni anmayın, 
Itgin bir insanam, mənə yanmayın. 
Bəsdir bu zülmünüz, halıma baxın, 
Məni öz dərdimlə azad buraxın! 
Qovmayın məni siz ana vətəndən, 
Onsuz da, qaçmağa atlanmışam mən. 
Taqətdən düşmüşəm, əlacım nədir? 
Canan! Əlimdən tut, can viranədir! 
Sənə könül vcron xəstəyəm, ey yar! 
Uğranda ölməyim daha xoş olar.
Bir salam lütf elə, duralt suyumu, 
Bircə sifarişlə oxşa ruhumu.
Divanə bir т э п э т , gizli deyildir,
Bəs sənin boynunda nədir о zəncir?76 
Canan! О zənciri salma boynuna,
Qoy т э п zəncirlənim, layiqəm buna. 
Uçurdu könlümü zülfüyün bağı,
Kim öyrətdi sənə bu ev yıxmağı? 
Könül ovçusudur о qara saçlar, 
Oğrudur saçlann, kordur ruzigar...
Ey mənim diləyim, ağzımda dilim!
Ə1 ver, bu quyudan çıxım, sevgilim! 
Ya əlimdən yapış, sevimli canan!
Ya da ki, qoy öpüm ayaqlanndan.
Bir kömək əli ver, işsiz oturma! 
Əllərin qoynunda bir küncdə durma! 
Nədən mənə qarşı mərhəmətsizsən? 
Bəs "İrhəm-türhəm"i oxumadın sən?77 
Dərdlərdən, qəmlərdən azad bir ürək 
Özgənin dərdini hardan biləcək? 
Toxun ac olandan пэ xəbəri var? 
Verdiyi çörəyi xırdaca doğrar!
Əlini vurmasa oda bir nəfər,
Odun istisini песэ hiss edər?
80


Sevgilim! İnsamq ikimiz də, bax:
Mən tikan koluyam, sən şümşad budaq. 
Qızılı zınuxdan seçərək, tam,
Onun bir misqalı, Ь ш ш batmanı. 
Hardasan, ey mənim dərdimə dərman? 
Nə üçün can almaq xəyalındasan? 
Şikəstə könlümün nədir pənahı?
Səni sevməkmidir onun günahı?
Nolar bir gecəlik bizə gələndə?
Bir dəfə yanılıb, səvab et sən də.
Gəl inad eyləmə, boyun ol buna,
Bu işin babalı mənim boynuma.
Bu dərdli aşiqin günahı çoxdur,
Sənin ki, lütfün var, qorxusu yoxdur. 
Qəzəbin yandınr, qəlbi, ciyəri,
Yoxmu iltifatın, ey gözəl рэп?
Sənin qəzəb odun yandığı zaman 
Ona göz yaşımdan su çilə, canan! 
Ayımdır, günümdür səndəki camal, 
Onunçun seyr edir aləmi xəyal.
Yaxşı ki, gönnürəm səndən nəvaziş, 
Dəli təzə ayla bağlamaz saziş.
Səni kölgəmdən də sonnuram, ey yar, 
Çünki kölgəmə də yoxdur etibar.
Мэп ki, öz kölgəmdə görürəm səni. 
Başımdan kəsirsən sən öz kölgəni. 
Apardın könlümü, aldın canımı,
Zalım cəllad olub, tökdün qanımı. 
Eşqindən aldığım bu şöhrət, bu ad 
Elədi ömrümü, eşqimi bərbad.
Sənin visalına yetməyir ünüm,
Lakin ümidinlə keçir hər günüm.
Evdə susuz qalıb yatsa bir uşaq,
Görsə yuxusunda sulu bir bardaq,
О şirin yuxudan qalxdığı zaman 
Sorar bannağını susuzluğundan. 
Qatlandı dizlərim qoşa, "lam" kimi,
81


"Yey" kimi bükmüşəm öz əllərimi78. 
Ah, adın məni də adın tək edir,
О da, bax, iki "lam", iki də "yey"dir. 
Eşqin çıxan deyil candan, ürəkdən, 
Nə çıxar aləmə sirr söyləməkdən. 
Süd ilə gəlmişdir camma bu sirr, 
Cammdan ölüncə çıxan deyildir". 
Bunu söyləyərək, yıxıldı уегэ, 
Çökdü qəm buludu baxan gözlərə. 
Mərhəmət üzündən kömək etdilər, 
Onu evlərinə alıb getdilər.
Məhəbbət daimi olmasa əgər, 
Gəncliyin bir şəhvət oyununa dönər. 
Məhəbbət odur ki, odu sönməsin, 
Insan yaşadıqca, üzü dönməsin. 
Həqiqi məhəbbət bir məhəbbətdir, 
Ilki də, sonu da əbədiyyətdir. 
Məcnun məhəbbətlə yetdi kamala, 
Yayıldı şöhrəti bütün mahala. 
Məhəbbət yükünü çəkən о iirok 
Sövda nəsimiylə açıldı gül tək.
Indi onun gülü olmuşdur xarab, 
Ondan xatirələr bir damcı gülab.
О gözəl gülabın xoş ətirindən 
Arxımın suyunu durulduram mən.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə