Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


MƏCNUNUN ATASININ LEYLİ QƏBİLƏSİNİN



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə24/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   83
Leyli ve Mecnun

MƏCNUNUN ATASININ LEYLİ QƏBİLƏSİNİN
QƏSDİNDƏN XƏBƏR TUTMASI
Yayıldı aləmə bu acı xəbər,
Bu sirri yadlar da açıq bildilər.
Dedilər: "Can alan bir eşq ucundan 
Divanə olmuşdur gözəl bir cavan".
Ondan danışdıqca hər oba, hər kənd.
Gah təəssüf etdi, gah da məzəmmət.
Leyliyə güldükcə istehzaçılar,
Girdi qəm evinə о dərdli nigar.
Leyligil tərəfdən bir-iki nəfər
85


Qəbilə şahına belə dedilər:
"Filan biyabandan çıxan bir sarsaq 
Bizim qəbiləni rüsvay edir, bax. 
Yanında it kimi bir sürü adam,
Baş açıq buraya gəlir о müdam.
Gəzir sızıltıyla bizim yerləri,
Gah atılıb düşür, gah öpür yeri.
Yaxşı şer deyir, şeri gözəldir,
Dəqiqə başına qəzəl düzəldir.
Onun qəzəlləri oxunan yerdə 
Yırtılıb dağılar yüzlərcə pərdə.
Bütün sözlərini el deyir əzbər,
Bizi də, səni də rüsvay edirlər.
Leyli də olmuşdur sinəsi dağ-dağ,
О yeldən sönəcək bizim bu çırağ.
Bir qulaq burması göstər ona sən, 
Bizim ay qurtarsın оп ш şərrindən". 
Oğru yorğun idi, darğa qan tökən 
Işdən xəbər tutub qopdu yerindən. 
Qılıncı çəkərək, dedi, müxtəsər:
"Onun cavabım bu qılınc verər".
О yerdə bir nəfər amiri vardı,
Öz qəbiləsinə xəbər apardı.
Dedi atasına Məcnunun dərhal: 
"Gözlənən bəlanın qarşısım al.
Yoxdur о darğamn qəlbi, duyğusu. 
Alovlu bir oddur, sürətli bir su.
Məcnun xəbərsizdir, qorxuram ki, mən, 
Bilsin, aynlanda başı bədəndən.
Onun qarşısında boş bir quyu var, 
Quyuya düşməmiş edək xəbərdar".
Sən yazıq atamn taleinə bax!
Atalıq eşqiylə qəlbi yanaraq,
Dostlara əmr edib, buyurdu qoca:
Yel kimi düşsünlər onun dalınca, 
Nəsihət diliylə onu bir təhər 
Təsəlli tapmağa dəvət etsinlər.
86


Axtanb gəzdilər onu hər yandan,
Nə bir iz tapdılar, пэ də bir nişan. 
Dedilər: "Bəlkə də əcəl yetmişdir, 
Vəhşilər əlində ölüb getmişdir".
Нэг dost ürəyindən qopdu bir nalə, 
Qaranlıq çökmüşdü hissə, xəyalə. 
Ondan пэ iz vardı, пэ də yadigar, 
Bütün ailəsi qalmışdı ağlar.
Eşqin halqasını qulağa taxan, 
Dünyanın işinə biganə baxan,
Bir xəzinə kimi küncdə qalaraq,
Nə səs eşidirdi, пэ də ki, soraq.
Belə bir ovlaqda о Мэспип yazıq 
Yolun tozuna da qanedi artıq.
Şir güclü olsa da tox bir canavar, 
Ondan qoçaq olar ovda çaqqallar. 
Aclığı olmasa şahinin bir az,
Turacın üstünə uçub şığımaz.
Ac üçün kəpək də yağlı çörəkdir, 
Tox üçün yağ-çörək sanki kəpəkdir. 
Iştah qızışanda baş alıb gedər, 
Çovdar çörəyini mum tək əridər. 
Halva çox şirindir, şəkər kimidir
Kəkliyi azmışa zəhər kimidir, 
Мэспип dolaşdıqca о baldan кэпаг, 
Yediyi olmuşdu tamam zəhrimar. 
Başından aşdıqca aşiqin dərdi,
Kasad mətaına rəvac verərdi.
Yox, yox, əridəcək bu sövda onu, 
Yoxdur bu qüssənin, bu dərdin sonu. 
Мэспипа üz verən hər ölçüsüz qəm 
Olmuşdu dərdini dağıdan həmdəm. 
Bir yol tapmasa da о xəzinəyə, 
Axtanb gəzərdi, xəzinə deyə. 
Bəni-Səd adlanan yad bir tayfadan 
Bir nəfər Мэспипа rast gəldi bu an. 
О gördü aşiqi xərabəzarda,
87


Əhvalı pozğıındıır. xəyalı darda.
Qalmış öz beyti tək tənha, giriftar, 
Mənası genişdir, qafiyəsi dar,
Yəni ki, məhrumam yardan, yoldaşdan, 
Qafiyəsiz şerdir, kimsəsiz insan.
Öz talei kimi dönmüş kamana,
Vəfada ox kimi durar mərdana.
Onun duraşunda məna gəzərdi, 
Kamanla birləşmiş oxa bənzərdi.
Bir nalədən başqa yoxdu həmdəmi, 
Yalmz kölgəsiydi onun məhrəmi.
О yolçu ordaca gördü Məcnunu,
Nəcib bir insana bənzətdi onu.
Sonra əhval tutub, пэ soraşdusa, 
Məcnun cavab verib dinmədi əsla. 
Umudu kəsildi, onu tərk etdi,
Yolçu öz yoluna düzəlib getdi.
Gəldi Mocnungilin qəbiləsinə,
Qəbilə toplaşdı onun səsinə.
Dedi: "Filanyerdə, xərabəzarda 
Məcnun ilan kimi qıvnlır darda.
Divanə dərdlidir, yorğundur, bilin,
Div kimi qaçmışdır gözündən elin.
Нэг yetən tənədən bir yara almış, 
Əriyib bir dəri, bir sümük qalmış". 
Atası oğlundan xəbər tutuııca.
Eldən üz döndərdi zavallı qoca.
Oğul sorağıyla о ixtiyar da 
Dolaşdı div kimi mağaralarda.
О gəlib yetişdi bir viranəyə,
Daş üstə rast gəldi о divanəyə.
Məcnun sinəsindən söz bağlayırdı 
Gah oxşatma deyir, gah ağlayırdı. 
Ciyərinin qam gözdən axırdı,
Bəxti tək gah düşüb, gah da qalxırdı. 
Elə məst etmişdi onu bu hicran,
Nə dünya bilirdi, пэ də ki, insan


Ata salam verdi yazıq oğlıına.
Şirin bir dil ilə yalvardı ona.
Məcnun atasının şəklini görcək,
О п ш ayağına düşdü kölgə tək:
"Ey başımın tacı, könlümün taxtı, 
Üzrüm var, gəl dinlə sən bu bədbaxtı, 
Soruşma halımı, üzümə bir bax,
Gəl qəzaya tapşır məni sən ancaq.
Arzu etməzdim ki, belə bir halda 
Gözlərin göroydi məni, ey ata! 
Doğradur, qaradır yanında üzüm.
Ah, üzr istəməyə varmıdır sözüm. 
Mənim ki, dərdimi özün bilirsən
Çıxmış ipin ucu əllərimizdən..."

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə