Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə27/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   83
Leyli ve Mecnun

LEYLİNİN ƏHVALI HAQQINDA
Murad dastanının ilk səhifəsi, 
Gözəllik mülkünün baş sərkərdəsi, 
Yeddi ulduz kimi gözəl camallı,
О göylər duruşlu, göylər calallı,
Gözəl camalına ay həsəd çəkən, 
Hüsnüylə sərvin də bağnnı sökən, 
Umudu, qorxunu mars qoy an hünər, 
О ay dan, günəşdən irs alan dilbər,
О, bütpərəstlərin səcdə mehrabı,
О, saray qəndili, gülşən gülabı,
Eşqin yatağına, nazına bir yar,
Həm xəzinə olan, həm xəzinədar, 
Hüsnün, gözəlliyin zinət mayəsi, 
Şəkər dillilərin naz sərmayəsi,
Özünə min aşiq qəlbi bağlayan,
Min Məcnun zənciri qınb ağlayan 
Leyli parladıqca min təmtəraqla, 
Aləm göstərirdi onu barmaqla.
Daradı saçım о təzə siinbıil.
Yırtdı qönçəsini о növrəstə gül.
Boyu sərv kimi qalxıb, ucaldı,
Yaqut dodaqlan пэ canlar aldı!
O, könül bağında boy atan pəri, 
Qəmzə oxlanna tutdu elləri.
Ah, о baxışlan пэ sehirkardı!
95


Yüz könül mülkünü birdən talardı. 
Qəmzəsi ox kimi süzüb gedərdi, 
Ərəb, türk yurduna hücum edərdi. 
Atdığı kəməndin bir sirri vardı, 
Qəmzəsi ov tutar, zülfü bağlardı. 
Sonra da atardı damın üstündən, 
Müşgə bənzəyirdi ahu gözləri, 
Ahular ovlardı о gözəl pəri.
Şikar zamamnda şirləri belə 
Tutub zəncirlərdi hörüklərilə.
Üzü gül, dodağı baldan da şirin, 
Şəkər görüb onu, dedi afərin,
О gül yanaqlara, bal dodaqlara 
Min nazənin baxıb, düşmüşdü tora. 
Saçı öpüş üçün yol təmizlərdi, 
Kirpiyi "qoy allah versin" deyərdi. 
Zülffl kəmənd olub, aşiq ovlardı. 
Kirpivi ox kimi onu qovlardı.
Aydan gözəl olan о iki yanaq 
Güldən iki addım düşmüşdü qabaq. 
Bir sərv boyluydu о qızın özü,
Sərv üstə qırqovul kimiydi üzü. 
Dodağı şəkərdən şirə çəkmişdi, 
Xurmamn üstünə qələm çəkmişdi. 
Öpüş yaraşırdı о gül dodağa,
Şəkərin tüngünü qoymuşdu lağa. 
Açıq quyu kimi zənəxdamna 
Yüz könül düşmüşdü, aldamb ona. 
Zülfflnü ip kimi atmışdı canan, 
Bəlkə, aşiqləri çəksin quyudan. 
Aşiqlər halına о yana-yana,
Özünün qəlbi də dönmüşdü qana.
O, dustaq qalmışdı bir pərdədə tək, 
Ürəyi sınmışdı onun pərdə tək. 
Bəzən oğran-oğran dam üstündə qız. 
Səhərdən axşama baxardı yalmz. 
Bəlkə də, Məcnunu görə bir təhər, 
Bari, bir dəqiqə deyib gülələr.
96


Harda tapsın onu bu gözəl sona, 
Dərdini, sirrini bir açsın ona?
Ah, rəqib hədəsi, ah, düşmən dərdi! 
Qız gecə yansı min ah çəkərdi.
Şam kimi dəlicə gülməyi vardı,
O, şirin gülsə də, acı ağlardı.
Göz yaşı gülünü islatdıqca hey, 
Məcnun görünürdü gözünə hər şey. 
Aynlıq oduna yanırdı pünhan,
Nə işıq, nə tüstü çıxırdı ondan. 
Üzdə külək kimi coşsa da hər vaxt, 
Içərdə qəlbini yeyirdi bədbaxt.
Öz dərd aynasına baxaraq yalnız, 
Orda xəyaliylə danışırdı qız.
Yalnız kölgəsiydi onun sirdaşı,
Bir də həmdəmiydi eşqin göz yaşı 
Kölgəyə dərdini açdıqca dilbər, 
Qonşusu yatmırdı onun gecələr. 
Odla su arası olmuşdu yeri,
Bir pəri üzlüydü о gözəl pəri. 
Qadının nəğməsi cəhrə səsidir.
Ox isə şahları n ov həvəsidir.
Leyli iki başlı iyi ataraq,
Bir başlı ox aldı, ah çəkdi ancaq. 
Sarsınıb atdığı bir başlı oxdan,
Iki başlı iy də oldu sərgərdan 
Dərya-dərya yığıb dərd ilə qəmi, 
Gözündən tökürdü o, gəmi-kəmi.
O, pərdə dalında qəmlər yedikcə, 
Qəmlər əridirdi qəlbini təkcə. 
Qulağa bir qızıl halqa taxaraq, 
Halqa tək qapıya asırdı qulaq. 
Eşqin halqasını öz qulağından 
Başqa bir insana verməzdi bir an. 
О, ay çeşməsinə baxıb dalardı. 
Gözləri çeşmə tək yolda qalardı. 
Bəlkə bir sifariş gələ Məcnundan,
97


Ya qura bir salam eşidə ondan. 
Arabir əsdikcə Nəcdin küləyi,
Bir vəfa duyurdu qızın ürəyi.
О yandan bir bulut gəlsə bu yana
Umud damlalan verirdi ona.
Evin hər yerindən, hər bucağından 
Y ann qəzəlini duyurdu canan. 
Leyliyə bazardan gələn hər uşaq 
Baxırdı, Məcnundan söz oxuyaraq. 
Damının altından keçdikcə hər kəs, 
Qəzəl söyləyərdi ona bir nəfəs.
О dünya camallı nazəndə dilbər 
Qəlbindən qoşardı gözəl şerlər.
О bakirə gözəl, bir sənətkardı,
Özü tək bakiro sözləri vardı. 
Məcnunun dilindən söz düzəldərək, 
Cavab da yazırdı о gözəl mələk. 
Məcnunun şeriylə yandıqca pəri, 
Ona su səpərdi öz şerləri.
Kağızı gizlində isladıb qanla,
Ona söz yazardı min həyəcanla. 
Salam göndərərdi sərvə yasəmən. 
Kimə rast gəlsəydi о məktub, inan, 
Oxuyub oynardı o, şadlığından. 
Apanb Мэспипа verərdi ki, bir 
Desin cavabında о gözəl bir şer.
О da canan yazan söz əvəzinə, 
Axıcı bir qəzəl deyərdi уепэ. 
Demək, bu həsbhal qəlbin səsiydi. 
Iki sevgilinin deyişməsiydi.
О aşiq bülbüllər ötəndən bəri, 
Qınldı dünyanın bütün qəmləri. 
Dinib danışdıqca о qoşa sazlar, 
Qopdu simlərindən gözəl avazlar. 
Rudla çəng çalsa da iki nəğməkar, 
Bir qəlbin səsini verirdi onlar.
98


Onlar ki, hər dərdi şcro salardı,
Başqası çəngdə, neydə çalardı.
Nəğmə düzəltdikcə iki nəğməkar,
Çalıb oynayardı evdə uşaqlar.
Тэпэ qapısım açıb yenidən,
Böhtan uydurardı onlara düşmən.
Ağlamaq tutardı axır onlan,
Göz yaşı yuyardı о böhtanlan.
Tamam bir il keçdi bu münval ilə,
Onlar dolamrdı bir xəyal ilə.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə