348
tükənməyən tələbatına adekvat olmaq, adekvat iş
tutmaq
əvəzinə
tənzimləmək prinsipini
aktuallaşdırmalıydı.
Maarifçilik istəyi çoxaldır, ideyaların gerçəyə
çevrilməsi üçün bütün maneələri aşmaq yollarını
göstərir və bu məqamda mənəvi arınmanı
aktuallaşdırmır: yəni qalibləri mühakimə etmirlər.
Dünya tarixində ilk dəfə məhz maarifçilik
təbiətə münasibətdə zor tətbiq elədi, təbiəti insana
xidmətçi statusunda gördü. Ilk dəfə məhz maarifçilik
insanlara təbiəti tarmar etmək üçün fəlsəfi şəkildə
əsaslandırılmış anlam verdi. İlk dəfə məhz maarifçilik
“kəşf” sindromunu həyatın mənası ilə eyni bir rəfə
qoydu. İlk dəfə məhz maarifçilik kütlələrin ağlını
hərəkətə gətirmək üçün savadlanmaq ideyasını ortaya
atdı və bu ağılları Allah əleyhinə istiqamətləndirdi.
Maarifçilik beyinlərin inqilabı oldu: mərkəzdən dini
kənarlaşdırmağa çalışdı, toplumda ateizmin gəlişməsi
üçün baza qurdu, Şərq və Qərbin bütün əsas
ayrıntılarını üzləyib, gündəmə
gətirib onları
qütbləşdirdi və Avropaya Şərqi nişan verib dedi ki,
bax, ora gedin, oranı alın, orada həyat və nağıl var,
orada böyümək üçün, genişlənmək, artmaq üçün imkanlar
var!!! Fikirlərimin təsdiqini German Hessenin “Şərq
ölkəsinə zəvvarlıq” romanının motivlərində görə
bilərsiniz.
Fəlsəfi araşdırmanın əsas sualları da elə
bunlardır: Qərb Şərqə niyə gəlib və ya Şərq Qərbə niyə
gedib? Şərq Qərbdən nə istəyir? Və bu prosesdə
maarifçiliyin rolu nədən ibarətdir?
Heraklitin sözünü Hegelin ardınca təkrarlayıb
deyək ki, “Qərbə yol, Şərqə yol – eyni bir şeydir”. Və
ya, əgər belə demək caizsə, “hər bir nəsnənin qərbi və
şərqi var”. Amma bunların hamısı gözəl söyləntilərdən
başqa bir şey deyil. “Qərblə Şərqin vəhdəti” ideyası,
bu ideyanı tək və cüt, in və yan differensiallarında
həll etmək cəhdi yalnız fəlsəfi və sosial blefdir.
Qərb Şərqə gedə-gedə eybəcərləşir, Şərq Qərbə gedə-
349
gedə sısqalaşır, zəifləyir və günəşsizliyin içində
kabusa çevrilir.
Qərb maarifçiliyi Şərq üçün ölümdür. Əslində,
bu gün artıq ənənəvi Şərq pozulub və Avropa öz
pozduğunun yerinə yeni bir “Şərq” sözü yazıb.
Maarifçilik Şərqi tarixdən praktiki surətdə sildi.
İndi Şərq məhz Avropa maarifçliyinin istədiyi,
öyrəndiyi, tanıdığı və qəbul etdiyi hüdudlarda
mövcuddur,
Şərq Qərbə lazım olduğu qədərincə
mövcuddur. Gerçəklikdə isə Şərq daha yoxdur. Çünki hər
yan, hətta Ərəbistan, Çin, Yaponiya, Hindistan və uzaq
Avstraliya da daxil olmaq şərtilə, Avropadır. Şərq isə
yalnız coğrafi oriyentirdir, coğrafi cəhətdir. ŞƏRQ
Şərqdə avropalılar üçün ekzotik muzey kimi saxlanılır.
Lap əvvələ qayıdaq. Şərq ərəb dilində “işraq”,
yəni “doğma, partlama, nurlandırma” sözlərinin
mənaları müstəvisində anlaşılır. “Qərb” sözünün
semantik çənbərinə isə “uzaqda, qəriblikdə olan adam”,
“qohum”, “yaxında olan adam”, “batma” kimi mənalar
daxildir. Türklər bu baxımdan daha konkretdirlər.
Çünki Şərqə birbaşa şəkildə “Doğu”, Qərbə isə “Batı”
deyirlər. “Doğu” sözü doğmaq, yaşamaq, həyat, Günəş,
bolluq, və məntiqi olaraq, güc bildirir, “Batı”
anlayışı isə batmağı, ölümü, zəifliyi, kasıblığı,
tükənməyi eyhamlaşdırır. Qəribədir, “Avropa” sözünün
semantik çənbərinə də bu mənalar daxildir. Şərq
Günəşin doğduğu, Qərb Günəşin “öldüyü” zonadır. İstər
qədim misirlilər, istərsə də qədim yunanlar ölüm
səltənətini və ya yeraltı dünyanı qərbdə (günbatanda)
görürdülər. Qərbliyə Günəş həmişə çatmır, şərqli isə
həmişə Günəşin içində “üzür”. Bununla da insan belə
bir məntiqi nəticəyə gəlir ki, qərbli daim Günəş
defisiti, enerji defisiti şəraitində yaşayır. Şərqliyə
isə Günəş və enerji hər an qədərincədir, hər an
yetərlidir. Bax, bu amil insan psixikasına çox mühüm
təsir göstərən faktor qismində aşkarlanır. Günəş
qıtlığı, enerji qıtlığı ölüm əlamətidir. Ona görə də
məntiqi nəticə belədir ki, Qərb ölüm zonasıdır. Bu
350
səbəbdən də avropalı hər zaman ölüm zonasından
çıxmağa, qaçmağa çalışır. Qərbli üçün iş ölümdən
qurtulmağın, yaşamı uzatmağın ən birinci amacıdır. Bu
çabanın, bu əməlin mahiyyətisə qənaət etmək məqsədilə
müəyyənləşir. Yəni mən necə edim ki, enerji sərfəsi az
olsun və necə edim ki, maksimal komfortla minimal
enerji itirim və ömrümü uzadım. Komfort rahatlıq üçün
yox, minimal enerji itkisi üçündür. Bu, avropalı
həyatının əsas leytmotivi, onun ali məqsədidir. Qərbli
öz “batmaq” zonasında həmişə resurs axtarışındadır və
bu axtarış onu Şərqə doğru getmək, irəliləmək
məcburiyyətilə qabaq-qənşər qoyur. Təbii ki, bu
addımın təhrikçisi ölüm qorxusudur: çünki enerji
tükənən yerə ölüm gəlir.
Şərqli Qərbə komfort, texnosivilizasiyanın vəd
etdiyi ideal rahatlıq ardınca gedir, modern ardınca,
yenilik ardınca gedir, məişətini sahmanlamaq xatirinə
avropalıya resurslarını satır və ya satmağa məcbur
edilir. Şərqli enerji qıtlığı duymadığı üçün heç vədə
ölümdən qorxmur, ölümlə yanaşı yaşayır və ona təbiətin
özü kimi yanaşır və ölümü bir iç rahatlığı ilə qəbul
edir; ölümdən qaçmağı absurd, cəfəng bir iş sayır.
Çünki bilir ki, insanın ölümü onun doğumu ilə birgə
gəlir dünyaya: əgər doğulmusansa, deməli, öləcəksən.
Hinduizmin, Buddizmin və İslamın ölümə münasibət
praktikasını xatırlayın. Ölüm qarşısında təlaş
etməyinə dəyməz: bu bir alın yazısı, labüdlük.
Avropalı isə bunu böyük bir ədalətsizlik kimi
qavrayır: ölümdən qorxur, həyəcanlanır, təlaş keçirir.
Nədən ki, özünü hər şeydən üstün və yuxarı tutur,
əbədiyyətə iddialı olur və bütün varlığı ilə çalışır
ölümü özündən uzaqlaşdırsın, ölümü gecikdirsin, ölümü
aldatsın. Qəribədir ki, Avropa fobiyalar
istehsalçısıdır. Ona görə də Hegel yazanda ki, “Şərqdə
faciə yoxdur”, tamamilə haqlı idi. Qərbli ölümdən
qaça-qaça hər şeyi modernləşdirir. Modernləşmək üçün
isə fikir intensivliyi, fikir çabaları və ixtiralar
lazımdır. Şərqli isə ölümdən qaçmır, ölümü samuray
Dostları ilə paylaş: |