Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

 

54 



        Xərclərin  bölüşdürülməsinin  birinci  mərhələsi  müəssisədə  uçot  sistemində 

xərclərin  hər  bir  maddəsi  üçün  resursların  istehlakını  əks  etdirən  məlumatlara 

ə

saslanmışdır.  



       Misal: Müəssisə fəaliyyətinin on müxtəlif növü var,dolayı əməkhaqqı isə burada 

xərclərin  bir  maddəsini  əks  etdirməkdədir.  Müəyyən  etmək  lazımdır  ki,  dolayı 

ə

məkhaqqının ümumi  məbləğindən hansı faizi  fəaliyyətin hər bir növünə  aid etmək 



məqsədə  uyğun  olardı.  Bölüşdürmənin  birinci  mərhələsində  xərclərin  hər  bir 

maddəsinə istinad edərək ümumi məbləğ hesablanılan faizə vurulmalıdır. Misal üçün, 

ə

gər  qeyri-müstəqim  əmək  xərclərinin  10%-i  fəaliyyətin  "avadanlığın  saz  hala 



gətirilməsi"  növü  üzrə    istehlak  olunmuşdursa,  onda  müvafiq  olaraq  dolayı 

ə

məkhaqqının 10%-i fəaliyyətin sözü gedən növünə aid olunmalıdır. Bölüşdürmənin 



birinci  mərhələsinin  son  nəticəsi  göstərir  ki,  xərclərin  hər  bir  maddəsi  faəliyyətin 

növlərinə əsasən qruplar üzrə bölüşdürülür. 

       Resurs daşıyıcılarından istifadə olunmaqla bölüşdürmə bütövlükdə ənənəvi uçot 

sistemində  mövcud  xərclərin  bölmələr  arasındakı  bölüşdürülmələrinə  bənzərdir. 

kimərhələli bölüşdürmənin birinci mərhələsi ABC sistemində və ənənəvi metoda aid 

sistemlərdə  bir  sıra  hallarda  təkrarlanmaqdadır.  Fərq  isə  bundadır  ki,  birinci  halda 

xərclər fəaliyyət növlərinə, ikinci halda isə struktur bölmələrinə aiddir. 

       Funksional sistemdə istifadə olunan ölçülər ənənəvi sistemin ölçülərindən bir sıra 

xüsusiyyətlərinə görə fərqlənə bilər.  

       Fəaliyyət  növlərini  hər  hansı  baş  verən  bir  hadisə  kimi  başa  düşmək  olar.  Bu 

zaman  resurslar  istehlak  olunur.  Onların  əsas  funksiyaları  son  məhsula  çevrilməklə 

başa çatmış hesab edilir. 

       Fəaliyyət  növlərinin  hansı  xarakterə  malik  olması  sualı  meydana  çıxır,  çünki 

müasir dövrdə praktikada heç bir siyahı təqdim edilməmişdir. Müxtləif müəssisələrdə 

yerinə  yetirilən  faəliyyət  növləri  bir-birlərinə  bənzəsə  də,  onların  fərqləndirilməsi 

vacibdir.  Bu  fərqləndirməni  isə  funksional  metodu  tətbiq  etməklə  əldə  etmək 

mümkündür. 



 

 

55 



       Fəaliyyət  mərkəzində  bir-biri  ilə  qarşılıqlı  əlaqəli  və  özünəməxsus  funksiyalar 

cəmləşmişdir.  Fəaliyyət  mərkəzi  ilə  əlaqəli  olan  xərclər,  sözü  gedən  mərkəzə  daxil 

edilən  fəaliyyət  növləri  üzrə  xərclərin  cəminə  bərabərdir.  Fəaliyyət  mərkəzi,  adətən 

məsuliyyət  mərkəzinə  uyğun  olur,  və  ya  ənənəvi  bölmə  kimi  hesab  olunur.  Buna 

misal olaraq mühasibatlığı göstərmək olar. Kiçik müəssisələrdə fəaliyyət növləri üzrə 

xərc  qrupları  fəaliyyət  mərkəzləri  üzrə  cəmləşdirilməyə  də  bilər.  Buna  baxmayaraq 

bütün hallarda fəaliyyət mərkəzləri ABC -yə aid bir çox sistemlərdə çox mühüm rol 

oynayır. 

       Fəaliyyət  növlərinə  əsasən  resursların  bölüşdürülməsinin  nəticəsi  olaraq 

faəliyyətin həmin növünə aid olan bütün qarşılıqlı əlaqəli xərcləri özündə birləşdirmiş 

xərc  qruplarını  (cost  pool)  özündə  təcəssüm  etdirir.  Bir  sıra  hallarda  "fəaliyyət 

növləri"  və  "fəaliyyət  növləri  üzrə  xərc  qrupları"  bir-birlərini  əvəzləyən  terminlər 

kimi ədəbiyyatlarda istifadə edilir.  

       Fəaliyyət  növləri  üzrə  xərclər  fəaliyyətin  ölçüsü  adlandırılır.  Onlar,  adətən 

fəaliyyətin  həcmi  vahidində  əks  etdirilir.  Fəaliyyətin  ölçüsü  giriş  və  çıxış 

parametrlərinə  malik  ola  bilər.  Bu  ölçü  fəaliyyət  növünün  fiziki  tərkibini  də  əks 

etdirir.  Misal  olaraq,  fəaliyyət  növünün  giriş  parametri  deyildiyi  zaman  "təchizat", 

çıxış parametri deyildiyi zaman isə rəsmiyyətə salınmış alış kontraktı nəzərdə tutulur. 

Faəliyyətin həmin növünə məxsus xərcləri həm sifariş dəyəri, həm də kontrakt dəyəri 

kimi  əks  etdirmək  olar.  Bütün  hallarda  fəaliyyət  ölçüsünün  seçiminin 

müəyyənləşdirilməsi  prinsip  etibarı  ilə  çox  mühüm  amildir.  Belə  bir  ölçü  fəaliyyəti 

həcminə, müvafiq surətdə xərclərə təsir edən amilləri dəqiqləşdirməyə şərait yaradır. 

        Fəaliyyət ölçüsü minimum  həmcins və qənaətcil olmalıdır.  

       Xərc  qrupları  ikinci  mərhələ  xərclərinin  daşıyıcılarının  köməyi  ilə  kalkulyasiya 

obyektləri  arasında  bölüşdürülür.    Sözü  gedən  bu  mərhələ  fəaliyyət  növlərinə  aid 

kalkulyasiya  obyektləri  üzrə  istehlak  olunmasına  qiymət  vermək  məqsədilə  nəzərdə 

tutulmuşdur.  Xərclərin  qəbul  olunan  daşıyıcısı  fəaliyyət  növlərinin  əsas  çıxış 

parametrləridir.  Praktikada  xərclərin  daşıyıcısı  bir  çox  hallarda  fəaliyyət  ölçülərinin 

çıxışına baxmayaraq konseptual nöqteyi-nəzərdən müxtəlif  hesab olunurlar. 



 

 

56 



       Fəaliyyət  növləri  və  daşıyıcıları  arasındakı  fərqlərə  nəzər  yetirmək  üçün  bir 

misala  baxaq:  Alış  kontraktlarının  sayının  seçilməsi  təchizat  şöbəsinin  yerinə 

yetirdiyi işlərin həcmini müəyyən etmək məqsədi daşıya bilər. Bu kontraktların sayı 

öz  növbəsində  "materialların  satın  alınması"  növünü  təmsil  edir.  Verilmiş  bu 

vəziyyətdə xərclərin ilkin daşıyıcı kimi istehsal edilmiş məhsulların miqdarı və vahid 

məhsul üçün vacib sayılan xammal və detalların həcmi çıxış edəcəkdir. Bu səbəbdən 

də  təsəvvür  edilsə  ki,  alış  kontraktlarının  sayı  alış  xərcləri  üçün  daşıyıcı  qismində 

çıxış edir, həmin zaman o anlayışlar qarışa bilər. Halbuki kontraktların bağlanılması 

xərcləri  yaradır  və  nəticə  etibarı  ilə  kontraktların  sayı  ikinci  hesab  edilir.  lkin 

daşıyıcı  üçün  qəbul  olunmuş  ölçü  forması  olmasa  da,  alış  kontraktlarının  miqdarı 

müntəzəm  şəkildə  alış  xərclərinin  məhsullara  aidiyyatı  məqsəd  üçün  lazımi  qədər 

dəqiq alət kimi sayılır. 

       Xərc daşıyıcıları mahiyyət etibarı ilə əməliyyatlara, zamana, fəaliyyət növlərinin 

intensivliyinə, onların faizlə nisbətinə də əsaslana bilər. 

       Əməliyyat  proseslərinə  əsaslanan  xərc  daşıyıcıları  fəaliyyət  növlərinin  necə 

davam etdiyini hesablamağa imkan yaradır. Bu xərc daşıyıcılarına avadanlıqların saz 

hala  gətirilməsinin  sayını,  materialların  yerdəyişməsinin  sayını,  yoxlanılmaların 

sayını  və  s.-ni  göstərmək  olar.  Alınmış  nəticələr  fəaliyyətin  eyni    növlərinə  eyni 

tələbatı  formalaşdıran  zaman,  əməliyyatlara  əsaslanan  xərc  daşıyıcıları  tətbiq  edilə 

bilər.  Sözü  gedən  formada  olan  xərc  daşıyıcıları  daha  qənaətcil  hesab  olunur.  Bu 

daşıyıcılara  giriş  hər  bir  zaman  üçün  açıqdır.  Fəaliyyət  növlərinin  yetirildiyi  bütün 

hallarda bu əməliyyatlar baş verməkdədir. 

       Digər növ xərc daşıyıcıları isə vaxta əsaslanır. Bu daşıyıcılar fəaliyyət növlərini 

həyata  keçirmək  məqsədilə  nə  qədər  zaman  tələb  olunduğunu  göstərir.  Vaxta 

ə

saslanan  xərc  daşıyıcılarına  misal  olaraq  avadanlıqların  saz  vəziyyətə  gəitilməsi 



vaxtını, yoxlanılmaların keçirildiyi vaxtı, müstəqim adam-saatları və s.-ni göstərmək 

olar.  Müxtəlif  məhsul  buraxılışı  üçün  fəaliyyətin  həcmində  müəyyən  fəqliliklər 

olduğu  halda  bu  formada  xərc  daşyıcılarından  istifadə  edilir.  Bu  daşıyıcıları 

hesablamaq üçün daha çox zaman və vəsaitə ehtiyac var. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə