80
110
RAHAT YOLÜMÜZ ÜÇÜN
RƏHBƏRƏ BORCLUYUQ
Azərbaycan xalqı mənə etimad göstərmişdir.
Bunu bilirəm, buna da güvənirəm.
HEYDƏR ƏLİYEV
Azərbaycanın qədim diyarı Lahıc qəsəbəsinin inkişafında yeni
mərhələ möhtərəm Prezidentimiz Heydər Əliyev cənablarının adı
ilə bağlıdır. Hələ ötən əsrin 70-80-ci illərində respublikaya
rəhbərlik edərkən Heydər Əliyev digər bölgələr kimi İsmayıllı
rayonuna, onun Lahıc qəsəbəsinə də diqqət və qayğı göstərirdi.
Dağ rayonlarında güzəran yolların abadlığından asılıdır. Dağ
kəndlərinin həyatında elm və texnikanın nüfuz etməsi yollar,
körpülər, onların vəziyyətinə qayğı ilə şərtlənir. Əhalinin rifahında
gediş-gəlişin rahatlığı, ucuzluğu həlledici rol oynayır.
Lahıcın yolu sıldırımlı qayalardan, dərin dərələrdən,
Girdmançay kimi dağ çayından keçir. Bu qəsəbəyə rahat maşın
yolunun çəkilməsi müşkül işə bənzəyirdi. Belə yolun çəkilməsi çox
böyük pul, vaxt və zəhmət tələb edirdi. Keçmiş İttifaqın
büdcəsindən həmin vəsaitin alınması da asan iş deyildi. Yolların
çəkilməsinə, körpülərin tikilməsinə vəsait ayırılmasına nail olmaq,
müasir maşın və mexanizmlər əldə etmək, çətin relyef şəraitində
onlardan təhlükəsiz istifadə o vaxtkı respublika rəhbərliyinin
təşəbbüsü, səyi və zəhməti sayəsində mümkün oldu.
80
111
Yaxşı yadımdadır. Lahıc qəsəbəsinə yol çəkilirdi, körpü
salınırdı. Bu illər işçilər də, onlara əl tutan camaat da möhtərəm
Heydər Əliyev cənablarının qayğısını hiss edirdilər. Demək olar ki,
hər addımda qarşıya çıxan çətinliklərin həllində hər kəs onun
himayəsini hiss edirdi. Görülən bu işdə təşəbbüskarlıq və vüsət
dəstəklənirdi. Bir sözlə, bu yolun çəkilişinin özü də əlamətdar
hadisə idi.
Nəhayət, Lahıca təzə yolla, körpü ilə ilk maşınlar gəldi. O
günlər qəsəbədə bayram əhval-ruhiyyəsi vardı. Sanki salınan
"həyat yolu" idi. Hər kəs bu qayğıya görə respublika rəhbərinə
minnətdarlığını bildirirdi.
Camaatın güzəranını yaxşılaşdıran, onların həyatına yeni məna
verən yola Heydər Əli yolu, körpüyə Heydər körpüsü dedilər. Xalq
öz sevimli rəhbərinə məhəbbətini, minnətdarlığını belə ifadə etdi.
Bu gün qonaqların, yerli camaatın təhlükəsiz gediş-gəlişi,
rahatlığı rəhbərimizə minnətdarlıq hissi doğurur.
Mirdamət SADIQOV,
Dövlət İqtisad Universitetinin
prorektoru, professor.
80
112
İLLƏRƏ BƏRABƏR ANLAR
Müvəffəqiyyət heç zaman öz-özünə gəlmir,
müvəffəqiyyətlərə nail olmaq üçün böyük,
düşünülmüş, ardıcıl və müntəzəm iş aparılmalıdır.
HEYDƏR ƏLİYEV
1969-cu ildə Bakı Plan-Uçot texnikumunun axırıncı kursunda
oxuyurdum. Xəbər yayıldı ki, bizim indiki prezidentimiz, çox
hörmətli Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi
seçilib. O vaxt Azərbaycanda, xüsusən də Bakı şəhərində vəziyyət
çox ağır idi. İnsanların respublikada işlərin qaydaya düşəcəyinə
inamı qalmamışdı. Hər yerdə özbaşınalıq, hərcmərclik hökm
sürürdü, iqtisadiyyat tənəzzülə uğramışdı. Ali məktəblərə vəzifəli
şəxslərin uşaqları müxtəlif əyri yollarla qəbul olunurdular.
O vaxt Bakıda yaşayırdım. Ailəmiz bir neçə il əvvəl tikilmiş
yarımçıq istifadəyə verilmiş (yeni salınmış yaşayış massivlərinin
hamısı belə kəm-kəsirli idi) mikrorayonlardan birinə köçmüşdü.
Qaz, işıq, su üzünə həsrət idik.
Onun hakimiyyətə gəlişi qısa müddətdə hər şeyi yaxşılığa doğru
dəyişdirdi. Cənab Heydər Əliyev öz gəlişi ilə Bakı şəhərinin hər
yerinə sanki yeni nəfəs, yəni abu-hava gətirdi. Bütün bu yenilikəri
biz gənclər daha tez görür, daha tez duyur və düzgün
qiymətləndirməyi bacarırdıq.
Yorulmaq bilməyən bu böyük insanın tələbkarlığı sayəsində
80
113
nəhayət, 1970-ci ildən başlayaraq ali məktəblərin qapıları elmə,
biliyə can atan sadə insanların övladlarının, fəhlə-kəndli balalarının
üzünə açıldı. Mən də onlardan biri idim.
Məhz Heydər Əliyevin yaratdığı düzgünlük, obyektivlik
hesabına indiki N.Tusi adına APİ-nin tarix fakültəsinə qəbul
olundum.
O dövrdəki gəncliyin bir nümayəndəsi kimi məndə də savadlı,
işgüzar, bacarıqlı, fədakar, sonsuz dərəcədə təşəbbüskar yenilikci,
adamlarla tez dil tapmağı bacaran, ən nəhayət isə istedadlı bir insan
olan Heydər Əliyev şəxsiyyətinə böyük maraq və pərəstiş yaratdı.
Onun hər bir çağırışı biz tələbələri yeni-yeni qələbələrə
ruhlandırırdı. 1974-cü ildə mən artıq ali məktəbi bitirmək üzrə
idim.
Cənab Heydər Əliyev institutumuzun alimləri və tələbə heyəti
ilə görüş keçirirdi. O, öz çıxışında qeyd etdi ki, Bakı şəhərində
yaşayan əlaçı tələbə məzunların heç olmasa 6 ay da olsa kənd
rayonlarında işləməsi zəruridir. İnstitutun dissertantı olduğum
halda bu təşəbbüsə qoşularaq mən 1974-cü ildə müəllim işləmək
üçün təyinatımı doğma İsmayıllı rayonuna götürdüm. Ailəmiz
Bakıya bu rayondan köçmüşdü. Cəmi 6 ay şəhər 3 saylı orta
məktəbində tarix müəllimi işlədim.
Həmin illərdə cənab Heydər Əliyev qadın kadrların irəli
çəkilməsinə xüsusi diqqət və qayğı göstərirdi.
İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi, çalışqanlığı
və bacarığı ilə İsmayıllıların hörmətini qazanan Tamara xanım
Hümbətova idi.O, Heydər Əliyev kursunun layiqli davamçılarından
sayılırdı.
Tamara xanım məni 1975-ci ilin fevralında raykoma işə gətirdi.
İllər ötdükcə biz gənclərin SSRİ miqyasında respublikamızı bütün
sahələrdə irəli aparan Heydər Əliyev şəxsiyyətinə hör-
Dostları ilə paylaş: |