80
56
hər yerdə tətbiqi məsələsinə xüsusi fikir verilmişdir. Bunun
sayəsində cins tərkibini sürətlə təzələmək mümkündür. Başqa
ehtiyat mənbələrindən bacarıqla istifadə olunması da
heyvandarlığın inkişafında mühüm rol oynayır. Məsələn, orta pillə
mütəxəssislərinin və işçilərinin ixtisasının artırılmasına, texnikaya
yaxşı bələd olan kütləvi peşə işçilərinin hazırlanmasına xüsusi
diqqət yetirilməlidir.
Bununla əlaqədar olaraq natiqlər Kalinin adına kolxozun zəngin
təcrübəsinin tezliklə ümumiləşdirilməsi və yayılması məsələsini
qaldırmışlar. Həmin təcrübə ilə təkcə təsərrüfatların rəhbərləri və
mütəxəssislər deyil, geniş partiya, sovet, komsomol fəalları,
müvafiq nazirliklərin və baş idarələrin işçiləri tanış olmalıdılar.
Seminarın iştirakçıları öz rayonlarında mövcud olan ciddi
nöqsanlardan, istifadə edilməmiş imkanlardan danışmış, sahəyə
zəif rəhbərlik edən, heyvandarların ehtiyaclarına və tələbatına,
mütərəqqi metodların tətbiq olunmasına kifayət qədər diqqət
yetirməyən respublika Kənd Təsərrüfatı Nazirliyini, bir sıra
təchizat təşkilatlarını, Baş Kolxoz-Sovxoz Tikintisi İdarəsini tənqid
etmişlər. Onlar 70-ci illərdə respublika pambıqçılarının və
üzümçülərinin istifadə etdikləri qabaqcıl əmək metodlarının yem
istehsalında tətbiqinin zəruri və məqsədyönlü olduğunu qeyd
etmişlər. Respublikanın yem bitkiləri əkilmiş sahələrinin təqribən
70 faizini təşkil edən suvarılan torpaqlarda həmin bitkinlərin
məhsuldarlığı əvvəlki kimi yenə da aşağıdır. Mütəxəssislərin bir
qismi arasında belə bir fikir mövcuddur ki, guya respublikada
heyvandarlığın gələcək inkişafı üçün yeni, iri torpaq sahələri tələb
olunur. Qeyd olunmuşdur ki, bu fikir tamamilə əsassızdır. Kalinin
adına kolxozun əməkçilərinin təcrübəsi buna
80
57
bir daha inandırır. Onlar dəmyə sahələrdə hər hektardan 50
sentnerə qədər yem vahidi əldə edirlər. Bu təsərrüfatın
əməkçilərinin müvəffəqiyyəti sübut edir ki, hətta suvarılmayan
torpaqlarda da qabaqcıl aqrotexnikadan bacarıqla istifadə etdikdə
çox yüksək məhsul yetişdirmək mümkündür.
Seminarda həmçinin respublika layihə və tikinti-quraşdırma
təşkilatlarının işindəki nöqsanlardan danışılmışdır. Onlar
Azərbaycan şəraitində özünü doğrultmayan heyvandarlıq
obyektləri, gücü az olan yem istehsalı müəssisələri tikintisindən
heç cür əl çəkmirlər. Məsələn, Baş Kolxoz-Sovxoz Tikintisi
İdarəsinin fəaliyyətini yaxşılaşdırmaq üçün çox iş görülməlidir.
Onun yerli idarələri heyvandarlıq obyektlərini ləng tikirlər, bu
obyektlərin tikintisi üçün sahələri bəzən uğursuz seçirlər.
Hər yerdə kənd təsərrüfatı mütəxəssislərinə qarşı tələbkarlığı,
tapşırılmış iş sahəsi üçün onların məsuliyyətini artırmaq lazımdır.
Bununla əlaqədar olaraq qeyd edilmişdir ki, S.Ağamalı-oğlu adına
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yanında daimi kurslarda
rəhbər kadrların təhsilinin və hazırlığının təkmilləşdirilməsinin
keyfiyyəti aşağıdır və günün tələblərinə hələ cavab vermir. Burada
qabaqcıl təsərrüfatların təcrübəsi pis ümumiləşdirilir.
Natiqlər demişlər ki, yaxın vaxtlarda respublikada yem bitki-
lərinin məhsuldarlığını xeyli yüksəltmək, pambıqçılıqda və
üzümçülükdə istifadə olunan qabaqcıl aqrotexnikanı yem
istehsalında da tətbiq etmək tələb olunur.
Seminar iştirakçıları yekdilliklə bildirmişlər ki, heyvandarlığı və
yem istehsalını sürətlə inkişaf etdirmək, kənd təsərrüfatının bu
mühüm sahələrində hələ 1981-ci ildə əsaslı dönüş yaratmaq üçün
bütün imkanlar vardır. Onlar əmin etmişlər ki, Azərbaycanın
80
58
Sov. İKP XXVI qurultayının qərarlarını, var qüvvələrini on birinci
beşilliyin birinci ilində heyvandarlıqda və yem istehsalında rekord
nəticələr qazanılması üçün səfərbərliyə alacaqlar.
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan
KP MK-nın birinci katibi H.Ə.Əliyev yoldaş öz çıxışında seminar
müşavirəyə yekun vurmuşdur.
Respublika seminar-müşavirəsinin işində Azərbaycan KP MK
bürosunun üzvləri, Azərbaycan SSR Nazirlər Sovetinin sədri
H.N.Seyidov, Azərbaycan KP MK katibi İ.Ə.Məmmədov,
Azərbaycan KP MK bürosu üzvlüyünə namizədlər, Dağlıq Qarabağ
Vilayət Partiya Komitəsinin birinci katibi B.S.Gevorkov və
Azərbaycan LKGİ MK-nın birinci katibi C.M.Müslümzadə
Azərbaycan KP Mərkəzi Komitəsinin
şöbə müdirləri
V.M.Quluzadə və Ə.F.Daşdəmirov iştirak etmişlər (Azərinform).
"Kommunist" qəzeti,
29 iyul 1981.
80
59
H.Ə.ƏLİYEV YOLDAŞIN ÇIXIŞI
Respublika seminar-müşavirəsinə yekun vurarkən on birinci
beşillikdə və bütün gələcək dövr ərzində Sov.İKP XXVI
qurultayının tələblərinə, uyğun olaraq heyvandarlıq və yem
istehsalı sahəsində görəcəyimiz işlərin çox böyük əhəmiyyətini bir
daha xatırlatmaq istəyirəm. Hamımız bu gün heyvandarlıq kənddə
zərbəçi cəbhədir - sözlərini yüksək məsuliyyət hissi ilə
qarşılamışıq.
Baş katib sovet kommunistləri məclisindəki məruzəsində,
özünün sonrakı
çıxışlarında ölkəmizdə heyvandarlığın
vəziyyətindən narahat olduğunu bildirərək kənd təsərrüfatının bu
mühüm sahəsində işləri kökündən yaxşılaşdırmaq zərurəti
haqqında müddəanı inkişaf etdirmiş, müvəffəqiyyət qazanmaq
üçün görüləsi işlərin konkret yollarını göstərmişdir. Bununla
əlaqədar olaraq onun belə bir göstərişinin prinsipial əhəmiyyəti
vardır ki, on birinci beşillik heyvandarlıq üçün möhkəm yem bazası
yaratmaq beşilliyi olmalıdır. Yoldaşlar, bizim ən birinci vəzifəmiz
elə səmərəli tədbirlər görməkdir ki, bunlar heyvandarlığı və yem
istehsalını daha da yüksəltmək haqqında Sov. İKP XXVI
qurultayının qərarlarını respublikamızda tamamilə həyata
keçirməyə imkan versin.
Sizə mulumdur ki, Azərbaycan Kommunist Partiyasının XXX
qurultayında biz doqquzuncu və onuncu beşilliklərdə respublikada
heyvandarlıq və yem istehsalı sahəsində görülən işləri ətraflı təhlil
etmiş, nöqsanları kəskin tənqid etmiş, bu sahələrdə mövcud olan
bütün problemlərin həll edilməsi yollarını müəyyənləşdirmişik.
Dostları ilə paylaş: |