59
təşkil edir. 2-ci qrafik sübut edir ki, satışın həcminin kritik nöqtəsindən yuxarı marjinal
gəlir və satışdan mənfəətin həcmi eyni məbləğdə artır. Deməli, hesab etmək olar ki,
satılmış məhsulun miqdarının artması hesabına mənfəət 8,2 min pul vahidi artmışdır.
Əksinə, satışın strukturunda baş vermiş dəyişiklik marjinal gəlirin orta xüsusi
cəkisinin dəyişilməsinə səbəb olur. Bu göstəricinin artım və ya azalma meyli müşahidə
edilə bilər. Bizim misalda marjinal gəlirin orta xüsusi cəkisi artmışdır. Marjinal gəlirin
mütləq məbləğinin artımını hesablayaq:
(0,45-042) ⋅280=+8,4 min pul vahidi
həmin məbləğdə satışın strukturunun dəyişilməsi hesabına mənfəət artmışdır.
Satışdan mənfəətin artımına hər iki amilin təsirinin yekunu 16,6 min pul vahidi (8,2+8,4)
təşkil etmişdir.
Qiymət səviyyəsinin mənfəətə təsiri büdcə hesablaşmalarının müxtəlif variantları
ücün qiymətlərin müəyyən edilməsi zamanı təhlil edilir. Faktiki nəticələrin büdcə
nəticələri ilə analitik müqayisəsi prosesində qiymətin dəyişilməsinin satışdan mənfəətə
təsiri qiymətləndirilir.
Satış strukturunun variantlarının secilməsi zamanı bazarın tələbatı, rəqib tərəfindən
satılan eyni məhsulun qiyməti və eləcə də həmin satış şəraiti ücün sabit xərclərin ümumi
məbləği nəzərə alınmaqla hər bir növ məhsula qiymətin təyin olunması məsələsi həll
edilir. Hər bir variant ücün satışdan pul gəlirinin və mənfəətin büdcə göstəricilərinin
hesablanması marjinal gəlir göstəricisindən istifadəyə əsaslanan düsturlar vasitəsi ilə
həyata kecirilir.
Faktiki məhsul satışı bir sıra səbəblərdən büdcədə nəzərdə tutulmuş və ya standart
qiymətdən yüksək və ya aşağı ola bilər. Faktiki qiymətlərin aşağı olması variantını
nəzərdən kecirək.
Fərz edək ki, satış zamanı D məhsulunun müəyyən hissəsi aşağı qiymətlə (15 pul
vahidi əvəzinə 10 pul vahidi) satılmış və aşağı qiymətə satılmış məhsuldan pul gəliri
ümumi pul gəlirinin 270 min pul vahidinin 10%-ni təşkil edir. Bu dəyişikliyin mənfəətə
təsirini aşağıdakı qaydada hesablamaq olar.
A məhsulu üzrə M
x
=(12-7):12=0,42
C məhsulu üzrə M
x
=(18-11)=0,39
60
D məhsulu üzrə M
x
=(15-7):15=0,53
aşağı qiymətə satılmış D məhsulu ücün M
x
=(10-7):10=0,3
Faktiki satışın bütün həcmi ücün məhsul vahidinin qiymətində marjinal gəlirin orta
xüsusi cəkisini hesablayaq:
M
x
= 0,42 ⋅30+0,39⋅35+0,53⋅25+0,3⋅10 = 12,6+13,6+13,2+3 = 0,42
100 100
Buradan da satışdan mənfəətin həcmi M=270⋅0,42-80=33,4 min pul vahidi təşkil
edəcəkdir.
Beləliklə, D məhsulu üzrə qiymətin aşağı düşməsi satışdan mənfəətin azalmasına
səbəb olmuşdur. (33,4-43,2=-9,8 min pul vahidi)
Qeyd etmək lazımdır ki, təcrübədə bəzən məhsulların bəzi hissəsi onun tam maya
dəyəri səviyyəsindən aşağı qiymətə satılır. Göründüyü kimi müəssisədə D məhsulu aşağı
qiymətə satılmışdır. Təhlil prosesində onun maya dəyəri hesablanmasa da büdcə üzrə
satışdan mənfəət marjinal gəlirin ümumi məbləğinin 24,9%-ni (26,6:106,6⋅100) təşkil edir.
Aşağı qiymətə satılmış məhsul üzrə marcinal gəlir stavkası 3 pul vahidi və ya büdcəyə
nəzərdə tutulmuş 8 pul vahidinin 37.5%-ni təşkil edir.
Marjinal gəlir stavkasında sabit xərclərin payı 62,5%(100-37,5) təşkil etməlidir.
Deməli, D məhsulu üzrə aşağı qiymət bu məhsulun tam maya dəyərindən azdır. Əlbəttə,
bu məhsulun müəyyən hissəsinin aşağı qiymətə satılması ilə əlaqədar satışdan əldə olunan
mənfəətin həcmi 9,8 min pul vahidi azalsa da sabit xərclərin 9,8/(8-3) ⋅3=5,9 min pul
vahidinə bərabər hissəsini ödəmişdir. Bu onunla əlaqədardır ki, marjinal gəlirin tərkibinə
mənfəət və sabit xərclər daxildir.
nkişaf etmiş ölkələrdə təhlil prosesində marjinal gəlir göstəricisindən istifadəyə
əsaslanan düsturlar analitik hesablamaların aparılmasında hər növ məhsul vahidinə düşən
sabit xərclərin təsərrüfatı ilə müəyyən edilir. Müəssisə rəhbərliyi aydındır ki, aşağı
qiymətə satılan məhsul üzrə marjinal gəlir 15,7(9,8+5,9) min pul vahidi təşkil edə bilər və
onun dövrdən bir hissəsini müəssisə əldə edəcəkdir və həmin məbləğ hər şeydən əvvəl
sabit xərcləri örtəcəkdir. Bu hesabla da o, məhsulun müəyyən hissəsinin aşağı qiymətə
satılmasına razılıq vermişdir.
61
Sabit xərclərin satışdan əldə edilən mənfəətə təsirini qiymətləndirərkən büdcə üzrə
satışdan mənfəətin bu və ya digər variantının hesablanmasında onların səviyyəsinə xüsusi
diqqət verilməlidir. Bu səbəbdən əvvəlcə sabit xərclərin səviyyəsini qiymətləndirək. M=P
g
⋅M
x
-X
s
düsturundan aydındır ki, sabit xərc məbləği nə qədər az olarsa satışdan mənfəətin
həcmi də artır.
Satışdan mənfəətin büdcə üzrə hesablanması zamanı qeyd etdik ki, sabit xərclərin
xüsusi cəkisi marcinal gəlir məbləğində 62,5% təşkil edir. Bu o deməkdir ki, satış
həcminin kritik nöqtəsi də həmin səviyyədə yerləşir. Marcinal gəlirin müəyyən edilməsi
qrafikində həmin nöqtə sağa doğru cəkilmişdir. Sifariş paketinin azalması hallarında
(37,5%-dən cox) müəssisə ziyanla işləyəcəkdir.
Mənfəəti artırmaq və həmin nöqtəni sola meylinə nail olmaq ücün marcinal gəlir
məbləğinin tərkibində sabit xərclərin xüsusi cəkisini azaltmaq lazımdır. Buna iki yolla
nail olmaq olar: ya sabit xərclərin mütləq məbləğini aşağı salmaq və ya satışın həcmini və
imkan daxilində satışdan pul gəlirinin tərkibində marjinal gəlirin xüsusi cəkisini artırmaq
(istehsal gücünün artırılması və məhsul buraxılışı və satışının strukturunun
yaxşılaşdırılması hesabına).
Müəssisənin istehsal gücünün genişləndirilməsi hesabına satışın həcmi artdıqda
büdcə hesablaşmalarında sabit xərc məbləği də artırılır. Lakin bu artım nəzərdə tutulan
satışın həcminin artımını ötməməlidir, əks halda, mənfəətin nəzərə carpacaq dərəcədə
artımına nail olmaq mümkün olmayacaqdır.
Sabit xərclərin faktiki və büdcə səviyyəsinin müqayisəsi zamanı nəzərdə saxlamaq
lazımdır ki, sabit xərclərin təsnifatına uyğun olaraq faktiki icra zamanı onların səviyyəsi
büdcə üzrə səviyyədən fərqlənməməlidir. Lakin böyük olmayan bu şərt büdcənin faktiki
icrasını yekunlaşdırarkən onların səviyyəsinə düzəliş etməyə imkan verir.
Sabit xərclərin təsnifatını şərh edərkən qeyd etdik ki, rəhbərliyin ixtiyarında olan
hissə kritik halda rəhbərliyin təşəbbüsü ilə azaldıla bilər. Bu halda sabit xərclərin faktiki
məbləği arasında kənarlaşma yaranacaqdır, daha doğrusu azalacaqdır.
Məlumdur ki, maya dəyəri üzrə standartdan kənarlaşma (əsasən artıq xərc) cox
zaman ucotda göstərilir, konkret məhsul növü göstərilməyən satışdan mənfəət hesabına
aid edilir. Təbii ki, bu səbəbdən faktiki mənfəət azalır və M=P
g
⋅M
x
-X
s
düsturunda hər bir
Dostları ilə paylaş: |