Qrem Huley, Con Sonders, Naycel Pirsi
142
100 000 000
10 000 000
1 000 000
100 000
10 000
1 000
1970 1975 1980 1985 1990 1995 2000 2005
Şə
kil 4.4. Mur qanunu reallıqda
Mənbə:
ntel
kompaniyasının
vebsaytı:
http://www.intel.com/research/silicon/mooreslaw.htm
Marketinq tədqiqatları ilə məşğul olan işbaz kompaniyalar yeni texno-
logiyaların təqdim etdiyi imkanları dərhal ələ keçirdilər ki, müştərilərinə
informasiyanı rəqiblərinə nisbətən daha tez verə bilsinlər. Kiçik
müştərilərə audit xidməti göstərənlər (6-cı fəsilə bax) 24 saat əvvəl
yekunlaşmış yoxlama nəticələrini on-layn rejimində müştərilərinə təqdim
edə bilərlər. Sürətlə dəyişən bazar şəraitində uğuru uğursuzluqdan, ancaq,
an ərzində ötürülən informasiya nəticəsində cəld reaksiya göstərmək
qabiliyyəti ayırır.
Müştərilər haqqında toplanmış informasiya ilə yaradılan “məlumat
anbarı” rəqiblərinə nisbətən müştərilərilə daha möhkəm və uzunmüdətli
ə
laqələr formalaşdırmaq potensialı olan kompaniyalar üçün indi daha tez-
tez əsas marketinq resursuna çevrilir. Misal olaraq
Tesco və
Sainsbury
kimi pərakəndə ticarət kompaniyalarının müştərilər arasında yayılmış
loyallıq kartoçkalarına görə yaradılmış məlumat anbarını göstərmək olar;
aviakompaniyalar tez-tez səmada səyahət edən müştərilərin istehlak
davranışlarının surətini çıxarmaq üçün informasiya toplayırlar; məh-
sulların birbaşa marketinqi vasitəsilə də müştərilər haqqında məlumatlar
var, misal üçün, maliyyə xidməti.
P
4004
P
8008
P
8080
P
8086
P 286
P
P P 486
DX
Pr. Pent
P.Pent 2
P P 18
P P 4
Marketinq strategiyası və
rə
qabə
tli mövqeləş
dirmə
143
nternet – elektron kommunikasiyanın qlobal şəbəkəsi – təkcə yeni
marketinq kommunikasiyası vasitəsi kimi deyil, həm də müxtəlif
sahələrdə rəqabət strukturunu radikal dəyişməyə qabil olan bazara çıxışın
potensial yeni yolu kimi sürətlə inkişaf edir (fəsil 18). stehlakçı artıq
“virtual ticarət pasajında” veyillənə və qida məhsullarından tutmuş
avtomobillərə sığorta polisi və müxtəlif nəqliyyat vasitələrinə biletə kimi
buradan ala bilər. Hətta lap kiçik müəssisələr belə (kiçik məbləğlə şəxsi
vebsaytını yaratmaqla) əlavə xərclər çəkmədən dünya bazarına çıxa bilər.
Beləliklə, müxtəlif bazarların rəqabət strukturu və bazara daxil olmağın
dəyəri köklü surətdə dəyişir.
4.4.1.Təş
kilata texnoloji tə
zyiqin növlə
ri
Texnologiyanın inkişafı daha da sürətlənir və bu inkişaf təkcə telekom-
munikasiya və fərdi kompüterlər kimi “yüksək texnologiyalar” sahəsini
deyil, həm də yüksək texnologiyalardan istifadə edən sahələri öz təsiri
altına salır. Bill Geyts özünün “Dünya 2003-cü ildə” məqaləsində
(Fishburn and Green, 2002) daha da irəli gedərək indi istifadə etdiyimiz
kompüterlərin tezliklə yox olacağını proqnozlaşdırmışdır. ndi daha tez-
tez kompüterlər digər məhsullara birləşmiş formada olur. Mövcud
qiymətləndirmələrə görə ABŞ sakinləri gündə 150 quraşdırılmış “ko-
mpüter” sistemləri ilə əlaqədə olur (mobil telefonlar, avtoyanacaqdol-
durma kolonkaları və pərakəndə ticarətdə uçotun kompüterləşdirilmiş
sistemi kimi məhsullarla). Bu sistemlərin payına istifadə edilən mikro-
prossesorların 90%-i düşür. Anoloji qaydada yarımkeçiricilər sənayesi
Assosiasiyası (bu informasiya da Fishburn və Green, 2002 işindən
götürülüb) belə hesab edir ki, mikroçiplər istehsalı sahəsində ancaq 2001-
ci ildə uşaqlar da daxil olmaqla Yer kürəsinin hər bir sakininə təxminən
60 milyon düsşəcək tranzistor istehsal edilmişdir. Bu göstəricinin 2010-
cu ildə 1 milyarda qədər qalxacağı gözlənilir.
Kompüter mikrosxemləri istehsalı üsullarının dəyişməsi yəqin ki,
hesablama maşınlarının gücünü arıtracaq və maya dəyərini daha da aşağı
salacaq. Ən yeni lazer texnologiyasının birbaşa təsirləri əridilmiş
silisiumun ən kiçik komponentlərini belə çap etməyə imkan verir. Yəqin
ki, bu, bir mikrosxemdə olan tranzistorların sayını 100 dəfələrlə
artmasına, həm də xərclərə əhəmiyyətli dərəcədə qənaətə imkan verəcək.
Firmalar öz məhsullarını qlobal bazara irəlilədərkən nternet şəbə-
kəsindən istifadə etməklə zamanı və məsafəni həddən artıq ixtisara
edirlər. Müasir dövrdə bu təmayülün göstəricilərindən biri əmtəə və
xidmətlər bazarının millətlər arası seqmentlərinin təkcə sürətlə
qidalanma, kitab və oyuncaq sahələrində deyil, həm də kompüter və
avtomobil satışı sferalarında inkişaf etməsidir. Omeyin (Ohmae, 1990)
yazdığı “Sərhədsiz dünya” indi kiberməkanda da mövcuddur.