Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

105 
deqradasiyası, 3) ağac-kol bitkilərinin odun kimi istifadə 
edilməsi ilə əlaqədar bitki örtüyünün məhv edilməsi, 4) də-
miyə  təsərrüfatçılığın nəticəsi kimi torpağın məhsuldarlığı-
nın azalması, 5) Xəzər sahilində (onun səviyyəsinin qalx-
ması ilə  əlaqədar) və süni əkin sahələrində qrunt sularının 
səviyyəsinin qalxması  nəticəsində torpağın təkrar duzlaş-
ması və təbii duzlaqların iriləşməsi. 
Səhralaşma yer üzərində  həm qədimdə, həm də müasir 
dövrdə baş verən prosesdir. Onun torpaq ehtiyatlarına ən çox 
təsiri üç dövrə bölünür: 
1)  1000-3000 il bundan əvvəllər Avropa, Asiya və 
Afrikanın böyük sahələri eroziya, deflyasiya və  şorlaşmaya 
məruz qalmışdır; 
2)  100-150 il bundan əvvəl geniş  ərazilərin müstəm-
ləkəyə çevrilməsi nəticəsində torpaqlar eroziya və çəmənlər 
intensiv otarmaya məruz qalmışdır; 
3)  Son 50 ildə antropogen təsirin güclənməsi və  səhra-
laşmanın bütün növlərinin inkişafının sürətlənməsi təmin 
edilmişdir. 
Ümumiyyətlə, səhrlaşma prosesinə aid vilayətlərin təbii 
ehtiyatlarından kənd təsərrüfatında və sənayedə geniş istifa-
də etməyin nəticəsi kimi baxmaq lazımdır. Otlaqlardan uzun 
müddət plansız istifadə olunması, kollektor-drenaj sistemi 
olmadan, sahələrin suvarılması, növbəti əkin sisteminin tət-
biq edilməməsi, müasir yerqazan və  nəqliyyat maşınlarının 
plansız işlədilməsi və s. ekoloji sistemlərdə müvazinəti tez-
tez pozur, təbii landşafta antopogen təzyiq, təbii kompleks-
lərin dözümlüyü həddini aşır və istifadə olan torpaqlar 
yararsız hala düşür (torpaqlar şoranlaşır, bataqlaşır, qumlar 
çılpaqlaşır və  hərəkətə  gəlir, eroziya və deflyasiya prosesi 
qüvvətlənir) (şəkil 8.1). 
 


106 
 
 
 
Şəkil 8.1 Qumların hərəkəti 
 
Əlbəttə, məhsul verməyən geniş qumlu, daşlı, gilli və şo-
ran səhralar təbii amillərin təsiri ilə əmələ gəlmişdir. Səhra-
ların sərhədinin genişlənməsi isə  əsasən insanların təsirinin 
fəal olduğu, səhralarla təmas edən rayonlar üçün xarak-
terikdir. 
M.İ.Budiko, Çerni, Pali və b. tədqiqatçıların fikrincə səh-
ralaşmaya əsas səbəb rütubətli illəri əhatə edən dövrlərdə ot 
yeyən heyvanların sayının artırılması, əkin sahələrinin xeyli 
genişləndirilməsi və başqa ərazilərdən gələn quru küləkdir. 
B.Q.Razanova görə  səhralaşma-torpağın və bitkilərin 
deqredasiyası  və onların bioloji məhsuldarlığının azalması 
prosesidir. Səhralaşma ekstremal hallarda biosferin potensia-
lının tam məhv olmasına və  ərazinin səhraya çevrilməsinə 
səbəb olur. Son onilliklərdə  səhralaşma prosesinə  və onun 
yaratdığı problemlərə maraq əhəmiyyətli dərəcədə artmışdır. 


107 
Səhralaşma əslində təbii yolla gedən prosesdir. İnsanların 
təsiri olmadan təbiətdə  səhralaşmanın getməsi təbii-tarixi 
prosesin nəticəsidir. Bununla yanaşı insanların təbiətə geniş 
miqyaslı təsirləri nəticəsində səhralaşma sürətlənir. 
8.2.1 Quraqlıq. Quraqlıq – səhralaşma prosesində daha 
mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Saheldə 20 il 
sürən quraqlıq nəticəsində tarlaların və otlaqların məhsul-
darlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axınları 
azalmış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın 
ilk dalğası zamanı (1968-1973-cü illər) 250 mindən artıq 
yerli  əhali acından ölmüş, mal-qaranın 40%-i məhv olmuş-
dur. Malidə  və Mavritaniyada mal-qaranın 90%-i qırılmış-
dır. 1980-ci ilin ortalarında Saxaradan cənubda quraqlıq 
nəticəsində 3 mln-a yaxın adam ölmüşdür. 
Quraqlıq – yağıntıların çatışmaması ilə yüksək buxarlan-
manın elə birləşməsidir ki, aqrotexnikanın lazımi səviyyə-
sinin olmaması halında bitkilərin rütubətə  tələbatı  və onun 
torpaqdan alınması arasında uyğunsuzluq yaradır ki, bunun 
da nəticəsində kənd təsərrüfatı və otlaq bitkilərinin məhsul-
darlığı aşağı düşür. 
Quraqlıq – yazda və yayda yağıntının normadan çox aşağı 
və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə 
xeyli aşağı olduğu uzun dövrdür. Quraqlıqda torpaqdakı 
rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf oluna-
raq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan 
şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə 
tarla, otlaq və biçənəklərdə  məhsul azalır, yaxud tamamilə 
məhv olur. 
Statistik məlumatlara görə Yer şarının  ərazisinin 85%-i 
quraqlığa məruzdur. Quraqlıq 3 növ olur: torpağın quraqlığı, 
yəni rütubətsizliyi, havanın nisbi rütubətliyinin kəskin sürət-


108 
də azalması, hava quruluğu ilə torpağın quruluğudur. Hər üç 
növ quraqlıq kənd təsərrüfatına böyük tələfat verməklə 
bitkilərin məhsuldarlığını azaldır.  
Havalar quraq keçən zaman quru isti küləklər də müşa-
hidə olunur. Bunlar ilin fəsillərində respublikamızın düzən-
lik rayonlarına  şərq və  cənubi-şərq tərəfdən  əsir. Quru kü-
ləklər havanın temperaturunu yüksəldir və nisbi rütubətliyi 
çox aşağı salır. Quraqlığın nəticəsində dünyanın taxıl ehti-
yatları 160 milyon t-dan 9 milyon tona qədər azalıb. Nəti-
cədə  hər ton taxılın qiyməti 120 dollardan 220 dollara 
qalxıb. 
Bəzi alimlərə görə, səhralaşma arid, yarımarid və yarım-
rütubətli ekosistemlərin insan fəaliyyəti və quraqlığın təsiri 
ilə qüvvədən düşməsi və məhsuldarlığını azaldan, mikro və 
makro faunanın və floranın bioloji kütləsində  dəyişikliklər 
yaradan, torpaq örtüyü strukturunun pozulmasını sürətləndi-
rən, insanın təsərrüfat fəaliyyətini məhdudlaşdıran, nəhayət, 
ekosistemdə ciddi mənfi dəyişiklik yaradan prosesdir. Səhra-
laşma təbii və antopogen proses olub, quraq ərazilərdə arid-
ləşmə istiqamətində torpaq və bitki örtüyündə dönməyən 
dəyişikliklər yaradır. Bioloji məhsuldarlığı azaltmaqla, bəzi 
hallarda biosferin imkanlarını tamamilə pozur və  ərazini 
səhraya çevirir. 
Quraqlığa qarşı mübarizə tədbirləri aqrotexniki tədbirlərin 
sistemi respublikamızın düzənlik rayonlarında həyata 
keçirilir. Sahələrdə su balansını nizama salmaqla, tarlaları 
quraqlıqdan və quru isti küləklərdən, torpağın səthindəki 
münbit təbəqəni külək vasitəsilə sovrulub, yağış suları ilə 
yuyulub aparılmaqdan qorumaq işində tarla-qoruyucu meşə 
ağaclarının əkilməsinin böyük rolu vardır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə