Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

135 
canlılar məhv olmuş, ümumiyyətlə, az bir fasilədən sonra ta-
mamilə yeni, keçmişdəkinə tamam oxşamayan həyat şəraiti 
əmələ  gəlmişdir. Yer kürəsinin bütün tarixi boyu vulkan 
püskürmələri, zəlzələlər, sunamilər insan və heyvanlar ara-
sında böyük tələfatlara səbəb olmuşlar. Amma sivilizasiya 
tarixində elə  fəlakətlər də baş vermişdir ki, bütün planetin 
tarazlığı pozulmuşdur. 
Son 200 ildə planetimizdə qlobal dəyişikliklər yaratmış 
iki təbii fəlakəti misal göstərmək olar. Onlardan biri XIX 
əsrin sonlarında  İndoneziyada Krakatau vulkanının 
püskürməsi və qüvvətli zəlzələlərin baş verməsi, ikincisi isə 
İndoneziyada 26 dekabr 2004-cü ildə baş vermiş 11 ballıq 
zəlzələ  və bunun nəticəsində  nəhəng sunnami dalğalarının 
əmələ  gəlməsi olmuşdur. Hər iki fəlakət nəticəsində 400 
minə yaxın insan tələf olmuşdur. 
Qeyd etmək lazımdır ki, İndoneziyada zəlzələnin qlobal 
nəticələri dərhal dünya alimlərinin və ictimaiyyətinin diqqə-
tini cəlb etmişdir. Birincisi, NASA-ABŞ-ın Milli Aerokos-
mik Agentliyinin məlumatlarına  əsasən bu Yer planetinin 
formalaşmasının sürətinin dəyişilməsinə və sutkanın uzunlu-
ğunun 2,68 mikrosekund çoxalmasına səbəb olmuşdur.  
Yuxarıda göstərilənlərdən aydın olur ki, bu proseslər qısa 
vaxt  ərzində  nəinki Dünya okeanının sularında böyük dəyi-
şikliklər əmələ gətirə bilər, eyni zamanda Yer kürəsində qlobal 
iqlim dəyişikliyinə, həm də atmosferin tərkibini göstərə bilər. 
Bundan əlavə hazırda Günəş sunamilərinin də baş verməsi 
artıq hamıya bəllidir. Günəşin üzərində ləkələr Günəşdə gedən 
fiziki proseslər nəticəsində yaranır, yanacaq yanarkən termo 
nüvə prosesləri zəifləyir. Ləkə-Günəş ətrafında daima yaranan 
günəşətrafı «qara» dəlikdir. Bu qara dəliklərin (deşiklərin) Yer 
səthinə istiqamətlənməsi Yerdə çoxsaylı katoklizmlərin: 
tayfunların, tornadonun, sunamilərin, siklon və antisiklonların 
yaranmasına şərait yaradır. 


136 
Yuxarıda qeyd etdiyimiz belə qlobal hadisələr, onların 
yaranma səbəbləri, Yer kürəsinə etdiyi təsirlər, törətdikləri 
fəlakətlər, insan tələfatı, dəyən maddi ziyanlar, sosioloji sar-
sıntılar göstərilməklə, onların tarixi ardıcıllığı gözlənilmiş-
dir. Fikrimizcə belə  təbii katoklizmlərin geniş izahı, araş-
dırılması  və proqnozlaşdırılması günün ən aktual vəzifələ-
rindəndir.  İndi hamıya məlumdur ki, hansı ölkələrdə ki, 
vulkanlar, zəlzələlər, sunamilər, fırtına və tornado olursa, 
orada bu fəlakətlərə qarşı xeyli hazırlıq olur və  nəticədə 
həmin ölkələrdə maddi və mənəvi itgilər xeyli az olur. 
Sunami  (yunan sözüdür, tərcüməsi – «iri dalğa» de-
məkdir) – bu okean və başqa su hövzələridə suyun təlatümə 
gəlməsi nəticəsində yaranan uzun dalğalardır.  Əksər 
sunamilərin yaranmasına səbəb qüvvətli sualtı  zəlzələlər 
hesab olunur. Sunamilərin 80%-dən çoxu Sakit okeanın hər 
iki sahillərində, həm də Hind okeanmda baş verir. 
Açıq okeanda sunami dalğaları 
H

sürəti ilə yayılır ki, 
burada g - sərbəst düşmənin sürətlənməsi, H-isə Okeanın 
dərinliyidir (Dalğanın uzunluğu onun dərinliyindən xeyli uzun 
olduqda, az su sahilə yaxınlaşır). Okeanın orta dərinliyi 4000 
m olarsa, dalğaların yayılma sürəti 200 m/san və ya 720 
km/saat olar. Açıq dənizdə dalğaların hündürlüyü əksər hal-
larda metrdən artıq olmur, dalğanın uzunluğu isə (dalğalar 
arasındakı  məsafə) 500-1000 km-ə çatır və ona görə  də 
gəmiçilik üçün təhlükəli deyil. 
Dalğalar dayaz, sahillərə yaxınlaşdıqda, sahil xəttinə 
yaxın, onların sürəti azalır, yüksəkliyi isə artır. Sahilə çatdıqda 
sunamilərin hündürlüyü bir neçə on metrlərə çata bilər. Daha 
hündür dalğalar, yəni 30-40 m hündürlükdə  sərt sahillərdə
buxtalarda və görünməsi mümkün olan hər yerdə yaranır. 
Sahil rayonlarında qapalı buxtalar az təhlükəli yerlər sayılır 
(şəkil 9.1, 9.2, 9.3). 


137 
 
 
Şəkil 9.1. İki halda sunamilərin əmələgəlməsi sxematik göstərilir:  
a) okeanın dibi yuxarıya qalxır, b) okeanın dibi aşağıya yerini 
dəyişir. Birinci halda sunnami gətirmə dalğası ilə irəliyə yayılır. Bila-
vasitə ikinci halda dənizin sahilndən qısa müddətli çəkilməsi müşahidə 
olunur. Bu da sunnami dalğalarının zirvəsinin sahilə yaxınlaşmasından 
bir an əvvəl baş verir. 
 
 
 
Şəkil 9.2. ENM-nın köməyilə alınmış, 1962-ci il 22 mayda baş 
vermiş Çili sunamisinin ardıcıl yayılmasının ilkin vəziyyəti verilir. 
Göründüyü kimi 14 saatdan sonra dalğalar Havay adalarına və Yeni 
Zelandiya adalarına çatmış, 19 saatdan sonra isə Avstraliya sahillərinə, 
22 saatdan sonra isə Yaponiya sahillərinə çatmışdır. 


138 
 
 
Şəkil 9.3. Sunami dalğalarının son mərhələdə  dəyişməsinin profili 
ümumi şəkildə göstərilir. Burada 0-sakit dənizin səviyyəsidir, 1-7 dal-
ğaların sahilə  çırpılmış  və oraya nəhəng su kütləsi atmış ardıcıl 
profilidir. 
 
 
 
 
 
Şəkil 9.4. Rusiyanın Sakit Okean Sahillərində sunamilər haqda yol 
verilən maqnetudalardan yuxarı həyəcan elan ediləcək – xəritə-sxem 
 


139 
 
 
Şəkil 9.5. Hesablamalara əsasən sunami dalğalarının maksimum 
hündürlüyü 
 
 
 
Şəkil 9.6. Donmuş sunamilər Antarktida 


140 
 
 
Şəkil 9.7. Sumatra adasında (İndoneziya) Sunaminin nəticələri.  
26.12. 2004 (E.Xəlilov) 
 
 
 
Şəkil 9.8. Sumatra adası Sunamidən sonra. 26.12.2004. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə