141
Şəkil 9.9. Sunami dalğalarının gəlişi
Sualtı zəlzələlər. Bütün sunamilərin 85%-i su altında zəl-
zələ nəticəsində, okean dibinin şaquli hərəkəti ilə baş verir.
Dibin bir hissəsi aşağı düşür, bir hissəsi isə yuxarı qalxır.
Suyun səthi şaquli istiqamətdə hərəkətə gəlir və ilkin səviy-
yəyə qayıtmağa çalışır, dənizin orta səviyyəsinə doğru bir
neçə dalğa əmələ gətirir. Heç də bütün sualtı zəlzələlər suna-
milərlə müşayət olunmur. Sunami yaradan dalğalar adətən
zəlzələ ocağının çox dərində olmadığını bildirir.
Təsəvvür edək ki, zəlzələ nəticəsində, sualtı vulkanın püs-
kürməsi və ya dənizin dibinin müəyyən hissələri üçqun
nəticəsində sürətlə yerini dəyişir. Məs. Yuxarıya doğru su-
yun heç vaxt sıxılmadığını nəzərə alsaq, onda həmin anda su
yuxarıya qalxır və dəniz səthinin müvafıq sahəsi - su
səthində çox da hündür olmayan təpə əmələ gətirir. Həmin
142
bu dalğa sunami ocağı hesab olunur; ondan suya atılmış daş
kimi hər tərəfə dalğalar yayılır.
Titrəmə dənizin dibindən səthə doğru baş verir; bilavasitə
beləliklə sunami dalğaları yaranır. Ancaq titrəmənin belə
ötürülməsi açıq dənizdə qüvvətli dalğa əmələ gətirmir. Də-
nizin ortalarında belə dalğalar zərərsizdir; onun kəskin təza-
hürü yalnız onda hiss olunur ki, dalğalar sahilə gəlib çatmış
olsun.
Dalğalar dayaz sahilə çatdıqda, sahil xəttinə yaxın onların
sürəti azalır, hündürlüyü isə artır.
Sunami dalğalarının davamiyyəti ardıcıl dörd mərhələyə
bölünə bilər. Birinci mərhələ dalğanın yaranması, ikinci
mərhələ dalğaların okean səthində hərəkəti, üçüncü mərhələ
dalğalarla sahil zonasının qarşılıqlı əlaqəsi, dördüncü mər-
hələ - dalğanın zirvəsinin sahil zonasına çırpılması, su küt-
ləsinin quru üzərinə hərəkəti.
9.1-ci şəkildə sxematik surətdə sunaminin iki halda ya-
ranması göstərilir:
a) dəniz dibinin sahəsi yuxarıya qalxır;
b) dəniz dibi aşağı enir.
Birinci halda sunami gətirmə dalğası ilə yayılır, ikinci
halda isə çəkilmə dalğası ilə irəli gedir.
İkinci halda dənizin qısa müddətli sahildən geri çəkilməsi
prosesi sunami dalğalarının zirvəsinin yaxınlaşması ərəfə-
sində müşahidə olunur.
Sunami dalğalarının hündürlüyü və uzunluğu (deməli onun
enerjisi) yeraltı təkanların gücündən asılıdır. Zəlzələnin
episentrinin səthə nə qədər yaxın olması rayonda dənizin
dərinliyindən asılıdır. Görünür, sunami dalğaları o vaxt daha
qüvvətli olur ki, yerdəyişmənin miqyası iri olsun. Bir halda
ki, okeanın müxtəlif yerlərində dərinlik müxtəlifdir, ona görə
də müvafıq olaraq sunamilərin sürəti də müxtəlif olacaqdır.
143
Okean dibinin relyefini və sunamilərin əmələ gəlmə
yerini bildikdə, hesablamaq olar ki, neçə vaxtdan sonra
dalğa bu və digər sahilə nə vaxt çatacaq (şəkil 9.2.)
Kosmosda uçan aparatlar Sakit okean üzərindən uçarkən
(sutkada 8-10 dəfə) onların göyərtəsində olan cihazlar
okeanda hərəkət edən sunami dalğalarının yerini, sürətini və
s. parametrləri çəkərək Sakit okeanın hər iki sahilindəki yer-
üstü obyektlərə verirlər. Həmin obyektlərdə onlar hesabla-
naraq operativ tədbirlər üçün yararlı olur. Sunami sahilə
yaxınlaşdığı zaman üçüncü mərhələsi - sürəti və uzunluğu
xeyli azalır, hündürlüyü artır.
Sunami dalğaları sahilə hücum edərkən onun axırıncı
(dördüncü) mərhələsi başlayır (şəkil 9.1). Adətən öldürücü
dalğaların gəlməsinə az qalmış gözlənilməz çəkilmə baş
verir, su sahildən minlərlə metr dənizə doğru çəkilir. Bu
fəlakətin ilk əlamətidir: bir neçə dəqiqədən sonra sahildəki
şəhərlərə və balıqçı qəsəbələrinə hündür divar kimi dalğalar
hücum edir və öz yolunda hər şeyi dağıdır və yuyub aparır.
Bu dalğaların fantastik qüvvəyə malik olmasını təxminən
yüz il bundan əvvəl Amerikanın Sakit okean sahillərində də
baş vermis hadisə ilə təsəvvür etmək olar. O vaxt sunami
dalğaları limanda lövbər salmış böyük gəmini göyə qaldı-
raraq onu liman şəhərindən keçirərək, xeyli uzaq ərazidə
rahat quru ərazidə yerə buraxmışdır. Məlumat verilir ki, gə-
minin heyəti dünyanın başqa bir küncündə yaşayan gəminin
sahibinin hansı qərar qəbul edəcəyini gözləyərək, gəmini
tərk etməmiş, hətta gəmi ətrafında tərəvəz yetişdirməyə
başlamışlar.
Əfsus ki, belə qəribə hadisələr çox təsadüfı halda olur.
Sunamilərlə çox maraqlı fıziki və mexaniki hadisələr əlaqə-
dardır. Bu hadisələr uzun müddət sirr olaraq qalırdı. Suna-
milər üzərindəki müşahidələri analiz edərək, hiss etmək olar
144
ki, sahillərdə (sahilə çıxışı eyni olan şəraitdə) dalğanın hün-
dürlüyü zəlzələnin episentrindən uzaqlaşdıqca həmişə mo-
noton azalmasına səbəb olur. Ekvator rayonunda belə
zəlzələ baş vermis və böyük dalğa yaratmışdır. Episentrdən
200-300 km aralı bu dalğanın dağıdıcı təsiri olmur. Bu
dalğalar Kamçatkaya çatdıqda, (məsafə bir neçə min km)
dalğa böyük dağıdıcı qüvvəyə malik olur.
Bu paradoks uzun müddət izah olunmamış qalmışdır. Bu
yaxın illərdə keçmiş SSRİ-EA-nın Sibir bölməsinin hidro-
dinamika İnstitutunun əməkdaşı R.M.Qaripov bu hadisə ilə
əlaqədar geniş izahat vermişdir. Məsələ ondan ibarətdir ki,
bu şəraitdə dalğa çox yüksəkliyə malik olub və öz əmələ
gəldiyi yerdən xeyli uzaqda yaranır.
Həmin proses belə izah olunur ki, az suyun xətti səviyyəsi
çərçivəsində dalğaların yayılması akustik bərabərliklə təsvir
olunur. Hansı ki, dərinlik az olduqda dalğanın sürəti az ol-
malı, dərin olduqda isə böyük olmalıdır. Bir halda ki, okea-
nın dibi nahamardır, onda sualtı qalxmaların sürəti dərin
sahələrə nisbətən az olur.
Bu dalğanın deformasiyasına səbəb olur ki, bu da hövzə-
nin dayaz sahələrində enerjinin toplanması ilə müşayət
olunur. Dalğaların əsas baş hissəsi sualtı dağın üstündə onun
kənarlarına nisbətən yavaş hərəkət edir, o hissə elə bilki, geri
qalır. Əgər belə dalğa cəbhəsinə yüksəkdən baxsaq, onda
görərik ki, həmin dalğa zirvəsi üzərində əyilmiş kimi olur.
Ona görə də, Kamçatkanın episentrdən çox uzaq olmasına
baxmayaraq sunami dalğaları burada iri həcmli və güclüdür,
nəinki episentrə yaxın yerdəkindən. Bu dalğaların sualtı
dağların üstündə toplanmasının nəticəsidir.
Sunami dalğalarını qüvvətli külək dalğaları ilə müqayisə
etmək olar. Onlar yayılma sürətlərinə görə bir-birindən fərq-
lənirlər. Fırtınalı dalğanın təyin olunmuş sürəti 0,8 küləyin
Dostları ilə paylaş: |