151
İnstitutunun direktoru Entso Boş söyləyir. Onun sözlərinə
görə, fəlakətli hadisənin əsasında, dərinlikdə kütlənin xeyli
yerdəyişməsi durur ki, bu da Yerin səthində dəyişikliyə və
Yer oxunun az hiss olunan dəyişməsinə gətirib çıxarır.
Bundan başqa, bizim planetin oxu son 26 min ildə ko-
nusvari hərəkət edərək yerini dalğavari dəyişir, ona görə də
zəlzələ nəticəsində baş vermis yerdəyişmənin ölçülməsi
daha da çətinləşir.
Son yüzilliklərdə belə hallar 11 dəfə müşahidə olunub.
Lakin, bu halda bütün göy cisimlərinin Günəş, Ay və s. tə-
sirini düzgün hesablamaq lazımdır. Sunamilərin ani dağıdıcı
nəticəsini hiss etməmək mümkün deyil. Sahilə çataraq dalğa
sözsüz ki, sahildə yaşayan dəniz quşlarının yuvalarını belə
yuyub aparır.
Belə hallarda bitki örtüyü daha çox təsirə məruz qalır.
Mərcan rifləri daha çox dağılır. Kakos palması isə xeyli
dözümlü olur. Çünki kakos qozu hətta okeanda üzə-üzə bitir.
Sunamilər haqqında təsəvvür yaratmaq üçün üzərində
«Raketa» tipli katerlər üzən su anbarlarında bunu müqayisə
etsək görərik ki, sahilə yaxınlaşarkən sahil nisbətən dayaz
olduğu üçün sualtı pərlər (mühərriklər) səthdən dibə qədər
bütün başqa gəmilərin əmələ gətirdiyi dalğadan güclü
olduğu üçün sahilə birinci çatır. Bu dalğa çox hündür olmasa
da çox uzundur. Belə çıxır ki, həmin o ilk dalğalar su
anbarından aşaraq 2-3 m sahilə tökülür, sonra geri çəkilir.
Ondan sonra isə adi dəniz dalğaları gəlir.
9.4. Sunamilərin gəlməsi haqqında xəbər edilməsi
Bu hadisələri xəbər verən sistemlər əsasən seysmik məlu-
matların araşdırılması nəticəsində mümkün olur. Əgər zəl-
zələ 7.0 və çox maqnitudaya malik olarsa (zəlzələ prosesin-
152
də bu Rixter şkalasına əsasən balla adlandırılır) və zəlzələ-
nin episentri su altındadırsa, onda bu sunamilərin olacağını
xəbər verir. Regionlarda və sahillərdə əhalinin yayılması
şəraitindən asılı olaraq həyəcan siqnalının verilməsi müxtəlif
ola bilər. Bu işdə Azərbaycan alimlərinin də əməyi çoxdur
(E.N.Xəlilov və b.)
Sunamilərin xəbər verilməsinin ikinci imkanı daha eti-
barlı olan «faktla» xəbərdarlığın edilməsidir, çünki bu halda
sözsüz ki, yalan xəbərlər olmur, amma belə xəbərdarlıqlar
çox gec hazırlanmış olur. Baş vermis fakta əsasən xəbər-
darlıq telesunamilər üçün qiymətlidir. 2004-cü ilin dekab-
rında baş vermis İndoneziyadakı sunamilər bir neçə saat
ərzində Afrikaya çatmış, 1960-cı ildəki Çili yaxınlığındakı
zəlzələ nəticəsində yaranmış sunamilər bir neçə saatdan
sonra Havay adalarına çatmış, daha altı saatdan sonra 6 metr
hündürlüyə çataraq Yapon adalarına çatması telesunamilər
vastəsilə xəbər verilmişdir (şəkil 14, 16).
Klassik misal kimi - Aleut sunamisini göstərmək olar,
çünki Aleut adalarında baş verən ləpələr Havay adalarında
özünü göstərir. Sunami dalğalarını okeanda təyin etmək
üçün hidrostatiq təzyiqlə işləyən təbii siqnalvericilərdən isti-
fadə olunur. Belə siqnalvericilərə əsaslanan xəbərvericilər
süni peyklərlə əlaqə saxlayan ABŞ-da hazırlanan və DART
(en.Deep Ocean Assessment and Reporting of Tsunamis)
adlandırılan cihazdır. Real dalğanı gördükdə onun haraya nə
vaxt çatacağını müəyyən etmək olar. Bu məlumatlara əsasən
ölkələr bu fəlakətin təsirinin azaldılmasına nail ola bilərlər.
Xəbərdaredici sistembrin əsas əhəmiyyəti əhali arasında
aktual informasiyanın yayılmasıdır. Ən vacibi odur ki, əhali
özü üçün sunamilərin necə təhlükəli olmasını təsəvvür etmiş
olsun. Yaponlar təbii kataklizmalar haqqında çoxlu ümum-
təhsil proqramlarına malikdirlər, amma İndoneziya və başqa
153
sahil dövlətlərinin əhalisi əsasən sunami dalğaları haqda çox
az məlumatlara malik olmuşlar ki, bunun da nəticəsində
çoxsaylı insan tələfatı baş vermişdir. Çünki bu zonalarda
belə hadisə çox az rast gəlinəndir. Həmçinin, Sahil zonala-
rının tikilməsi möhkəm qanunvericilik bazasına malik ol-
malıdır. Yuxarıda göstərilən hadisələrlə əlaqədar Azərbay-
canın sahil zonalarında yaşayan əhalinin kifayət qədər
məlumatlı olması vacibdir. Əgər Xəzər dənizində bu vaxta
qədər belə təbii fəlakət baş verməmişsə də, bu əhaliyə
sunamilər haqda geniş məlumatlar verməməyə əsas vermir.
Heç vəchlə unutmaq olmaz ki, Xəzər dənizinin xeyli hissəsi
aktiv tektonik zona olan Alp-Himalay dağəmələgəlmə qur-
şağında yerləşir. Hesab edirik ki, Azərbaycan əhalisi üçün,
xüsusilə sahil zonalarında yaşayan insanlar üçün bu təbii
katoklizmlər haqda geniş informasiyanın (lakin artıq
qorxusuz) olması çox vacibdir.
AMEA-nın Geologiya institutlarında alimlər Cənub-Şərqi
Asiyada baş vermis dəhşətli zəlzələnin əmələ gəlməsi və
nəticələri barədə öz mülahizələrini söyləyirlər. Onlar qeyd
edirlər ki, «belə qüvvətli sunami hətta Yerin ətrafında fır-
landığı oxa da təsir edir». Yuxarıda qeyd etdiyimiz kimi İta-
liyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun di-
rektoru Entso Boş yazır ki, əgər bizim planetin ölçülərini və
kütləsinin böyüklüyünü nəzərə alsaq bu inanılmazdır. Onun
sözlərinə əsasən belə dəhşətli hadisənin əsasında böyük küt-
lənin yerdəyişməsi durur ki, bu da Yer üzərində dəyişikliyin
əmələ gəlməsinə və yer oxunun azda olsa yerdəyişməsinə
səbəb olur.
Son 100 ildə belə hadisələri 11 dəfə müşahidə etmək
mümkün olmuşdur. Lakin bu halda hər şeyi düzgün hesab-
lamaq çox çətindir, çünki, Yerə Günəş və Ay xeyli təsir edir.
Bundan başqa bizim planetin oxu, 26 min il müddətində
Dostları ilə paylaş: |