Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

148 
amerikan və yapon tədqiqatçıları Yaponiyanın Cənub-Qərb 
sahillərində  dərin sualtı çökəklikdə  dənizin dibini tədqiq 
edərək, zəlzələ zamanı əmələ gələn sunamilərin yaranmasına 
daha yeni izahatlar tapmışlar. Sakit okeanın bu ərazisi 
özünün dağıdıcı sunamiləri ilə  məşhurdur. l994-cü ildə 
Tonankay rayonunda 8,1 ballıq amplituda ilə yaranmış bu 
sunami 1200 nəfər insanın ölümünə səbəb olmuşdur. 
ABŞ-ın Texas Ştatındakı Ostin Universitetinin bir qrup 
geoloq-alimi və onların Dəniz elmləri və Texnologiya 
Mərkəzindən yapon həmkarları  dərinlikdə yerləşən Nankay 
çökəkliyində üç təkrarlı  tədqiqatlar aparmışlar. Alınmış 
məlumatlar ekspertlərə belə bir suala cavab verməyə imkan 
verirdi ki, nə üçün okeanın altında olan bəzi zəlzələlər da-
ğıdıcı sunami yaradırlar. Nə üçün başqa yüksək maqnitudalı 
və ocaqları xassələrə malik zəlzələlər belə nəhəng dalğaların 
yaranmasına səbəb olmur? 
Məlumdur ki, qüvvətli sunamilərlə müşahidə olunan daha 
çox dağıdıcı  zəlzələlər o ərazilərdə baş verir ki, orada bir 
litosfer tavası, o biri litosfer tavasının altına girir. Qüvvətli 
zəlzələ  nəticəsində yaranan sunamilər 8 və daha çox 
maqnitudalı (Rixter şkalası ilə) zəlzələ nəticəsində baş verir. 
Bu halda dəniz dibindəki çatın geometriyası,  şaquli yerini 
dəyişən sahələrin böyüklüyü nə xeyli təsir göstərir. 
Tədqiqatçılar Nankay çökəkliyini öyrənərkən dəqiq 
aydınlaşdırmışlar ki, 1944-cü ilin dağıdıcı  zəlzələsi sunami 
dalğalarının yaranmasının səbəb olmasıdır. Həmin prosesin 
inkişaf tarixi izlənilmişdir. 
Yuxarıda göstərildiyi kimi, dağıdıcı sunamilərin yaranma-
sının  əsas  şərtlərindən biri dərin çatın olmasıdır, onun 
davamı boyunca zəlzələ ocaqları yaranır. Həmin  ərazilər 
seysmik zona hesab olunur. Alimlər okeanın dibinə 10 km-ə 
qədər aşağı enəndə aktivliyi ilə fərqlənən dərin çatın olma-


149 
sını aydınlaşdırmışlar. Nəhəng qruntun yuxarı atılması bura-
da yer qabığının iki müxtəlif blokunu bir-birindən ayırır. 
2002-ci ildə Yaponiya Dəniz və Texnologiya Mərkəzində 
çinli O Pakın rəhbərlik etdiyi qrup bu yuxarı atılma ərazisini 
çox dəqiq olmayan geofiziki tədqiqatlarla xəritələşdirmişlər 
və çatın yerləşdiyi  əraziyə  əsaslanaraq onun 1944-cü il 
zəlzələsi ilə əlaqəsi olmasını bir daha güman etmişlər. Lakin 
onda tədqiqatçılara dərinlik çatının müasir aktivliyini sübut 
edən amilləri əldə etmək mümkün olmamışdır. 
Nankay çökəkliyində baş verən qüvvətli sunamilərin ya-
ranmasının ikinci səbəbi kimi Yapon adalarının cənub-qər-
bindəki həmin  ərazinin qeyri-adi struktura malik olmasıdır. 
Adətən bir litosfer tavasının, başqa bir litosfer tavasının 
altına keçməsi nəticəsində, birincinin üzərindən çöküntü 
qatının qoparılması ilə baş verir. Bu siyrılmış çöküntülər üst-
üstə  yığılaraq bir-biri ilə toqquşan tektonik təbəqəni örtür. 
Okinava adasından Tokioya qədər 1500 km məsafədə uzan-
mış Simanto zonası yuxarıda göstərdiyimiz misala klassik 
nümunə olar, ona görə ki, bu zona Filippin litosfer plitəsinin 
Avrasiya plitəsi altına keçməsi nəticəsində formalaşmışdır. 
Adətən litosfer tavaları yaxınlaşdığı zaman siyrılmış 
süxurların atılması qalınlaşır, aktivləşir və sonrakı tektonik 
partlayışlar  əsas partlayış zonasından (əsas çatdan) kənarda 
formalaşırlar. Lakin dəqiq tədqiqatlar göstərmişdir ki, bu 
vəziyyətdə daha sonrakı parçalanmalar əks istiqamətə – 
quruya doğru yerini dəyişirlər. 
Əsas məqsəd müxtəlif litosfer tavalarının toqquşma xət-
tinin kənarlarında nələrin baş verməsini öyrənməkdir. Nan-
kay çökəkliyində sunamilərin yaranmasına səbəb olan pro-
sesləri öyrənməklə, Yer qabığının hansı hissələrində yarana 
biləcək potensial təhlükəli sahələri təyin etmək olar və 
bununla da bəşəriyyəti 2004-cü ildə İndoneziyada yaranmış 


150 
«sürprizlərdən» qorumaq olar. Çünki 2004-cü ildə  İndone-
ziyanın Sumatra adası yaxınlığındakı  zəlzələ  və bunun 
nəticəsində yaranmış sunaminin təkrarlanması ehtimalı 
qalmaqdadır (şəkil 19, 20). 
Sunamilərin yaranmasının  əlamətlərini müəyyən etmək 
mühüm  əhəmiyyət kəsb edir. Adətən dalğanın gəlməsindən 
bir az əvvəl – gözlənilmədən dənizin sürətli çəkilməsi baş-
lanır. Su sahildən min metrlərlə  dənizin dərinliyinə doğru 
çəkilir və yaxud da suyun sürətlə sahildən uzaqlaşması  və 
dibin quruması (çatlaması) baş verir, bu halda dalğanın səsi 
kəsilir. Bu bədbəxtliyin  ən doğru və  dəqiq  əlamətidir: bir 
neçə dəqiqədən sonra sahil zonasındakı şəhərlərə və balıqçı 
qəsəbələrinə divar kimi su dalğası  gəlir ki, bu dalğa da öz 
yolunda hər şeyi yuyub aparır. Dəniz geriyə çox çəkildikcə
sunami dalğaları da yüksək olur. Bu dalğaların fantastik 
qüvvəyə malik olmasını  aşağıdakı misal təsdiq edir. Təx-
minən 100 il bundan əvvəl Amerikanın Sakit okean sahil-
lərində sunami böyük gəmini qaldırıb, onu Port şəhərindən 
keçirərək, xeyli aralıda – quruda yerə endirmişdir. 
Sahilə yaxınlaşdıqda dənizin dibinin ləngiməsi üçün 
dalğanın uzunluğu azalır, yüksəkliyi isə təbii ki, artaraq, 30 
metrə çatır (görənlərin söylədiyinə görə). 800 km/saat sürətə 
çatan qüvvətli dalğa qəfildən sahil ərazilərinə  çırpılır və 
böyük dağıntılar törədir, əksərən də çoxsaylı insan tələfatı və 
maddi itgilərlə nəticələnir. 
Dünyanın müxtəlif geoloji institutlarında 26 dekabr 2004-
cü ildə Cənub-Şərqi Asiyada baş vermis dəhşətli zəlzələnin 
səbəbləri və nəticələri barədə onu müşahidə edənlər öz fikir-
lərini bildiriblər. «Belə qüvvətli sunami hətta Yer kürəsinin 
ətrafında fırlandığı oxa da təsir etdiyini göstərmişdir». 
Bizim planetin ölçülərini və kütləsini nəzərə alsaq bunun 
mümkünlüyünü İtaliyanın Vulkanologiya və Geofizika Milli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə