Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

145 
sürətinə bərabərdir. Qüvvətli küləyin sürəti (8-10 bal) 20-30 
m/saniyəyə bərabərdir. Deməli, fırtınalı dalğaların sürəti 60-
90 km/saat qiymətləndirilə bilər. Bu böyük sürətdir. Lakin, 
Sunamilərin sürəti bundan xeyli çoxdur (700-1000 km/s). 
Fırtınalı dalğanın sürəti 100-150 m-i keçmir, sunamilərin 
sürəti isə 100-1000 dəfə bundan çoxdur. Eyni vaxtda fırtınalı 
dalğaların hündürlüyü açıq okeanda 10-20 m-ə çatır, amma 
sunamilərin hündürlüyü 1-3 metrdən hündür olmur. Deməli, 
fırtmalı dalğaların meylliyi min və on minlərlə dəfə sunami 
dalğalarının hündürlüyündən çoxdur. ABŞ-ın Alyaska ştatı-
nın cənub-şərqində Lutuyya körfəzində qeyri-adi qüvvətli 
fəlakət baş vermişdir. Sahilə təqribən 11 km -dən çox olmuş 
bu körfəzdə geoloq D.Müller dağın döşündəki ağacların 
müxtəlif yaş fərqlərini görmüşdür. Ağacların kötüklərindəki 
dairələrlə o hesablamışdır ki, son 100 ildə bu körfəzdə ən azı 
dalğaların yüksəkliyi 100 metrdən çox olan 4 dəfə sunamilər 
baş vermişdir. D.Müllerin nəticələrinə az inanılsa da, 1958-
ci il iyulun 9-da bu körfəzdə baş vermis dəhşətli sunami 
dalğaları bu şübhələri dağıtdı. Hadisənin şahidlərinin söylə-
diklərinə görə bu vaxt körfəzdə lövbər salmış  gəmilərdəki 
insanlar dəhşətli təkandan yatacaqlarından yerə atılmışlar. 
Çölə  çıxdıqda isə  dəhşətli bir mənzərə görmüşlər: dənizin 
suyu qalxmış, Lituyya buzlağındakı buzlar 900 m-ə  qədər 
yüksəklikdən buz və torpaq (süxur) kütləsi ilə sürüşərək 
körfəzin daxili hissəsində suya düşmüşdür. Fəlakətin gəmi-
lərin lövbər saldığı yerdən 10 km-lə aralı olmasına baxma-
yaraq əks tərəfdəki sahildə insanların gözü önündə 500 m-ə 
qədər hündürlükdə yaranmış iri dalğalar şimal tərəfdəki da-
ğın yamaclarını altına almış, sonra dalğa körfəzdə dövr 
edərək yamaclarda ağacları kökündən qoparmış, dalğalar 
Kenotafiya adasının 50 m olan ən hündür nöqtəsindən aş-
mışdır. Bütün bu qarışıq kütlə dar körfəzə soxularaq nəhəng 


146 
(17-35 m hündürlükdə) dalğa  əmələ  gətirərək, körfəz boyu 
yayılmış,  şimal sahil dağlarının yamaclarını  əhatə etmişdir 
ki, nəticədə 600 m-ə  qədər hündürlükdə qayalar bitkisiz 
çılpaq qalmışdır. 
Təhlükə  dərəcəsinə görə birinci sunami dalğaları  fərq-
lənir. Sahil zolağında fırtınalı dalğalar daha az dağıdıcı qüv-
vəyə malikdir. Sunami dalğalarının hündürlüyü sahilə çat-
dıqda 40-50 m-ə çatır, fırtınalı dalğaların hündürlüyü sahil 
zonasında 20-30 m-i ötür. Sunami dalğaları 10 m-ə çatdıqda 
daha çox təhlükəlidir, nəinki, 20 m yüksəkliyə malik olan 
fırtınalı dalğa.  (şək. 9.4, 9.5, 9.6, 9.7, 9.8) Məsələ bura-
sındadır ki, fırtınalar sunamilərlə müqayisədə xeyli az uzun-
luğa və sürətə malikdir, bundan əlavə onlar sahilə dağınıq 
zərbələr vurur ki, onların da hər biri sahil zonasının xırda 
sahələrini əhatə edir. Sunami dalğaları çox böyük sürətlə va-
hid su axını (su divarı) valı sahilə on kilomertlərlə və daha 
çox enində yaxınlaşır və bunun nəticəsində sahilə bir anda 
nəhəng su kütləsi çırpılır. 
Sahil sunami dalğalarının monolit kütləsi onun yüksəkliyi 
ilə, çox uzunluğu ilə uyğunlaşan, həmçinin, böyük sürətli 
hərəkəti onun zərbəsini sahil zonalarındakı tikililəri, reyddə 
durmuş  gəmiləri basmasına imkan verir. Aydındır ki, 
insanlar üçün dalğanın sahilə çatdığı ərazilərdə belə fəlakət 
törədən hadisələr baş verir. 
Sürüşmələr. Bu tip sunamilər tez-tez baş verir. (bütün 
sunamilərin 7%-ə  qədəri). Belə sunamilərin baş verməsini 
aşağıdakı hadisə ilə izah etmək olar. 
Belə hadisələr az hallarda baş verir və ona görə də buna 
etalon kimi baxılmır. Lakin çay deltalarında belə sürüşmələr 
nisbətən tez-tez baş verir ki, onlar da xeyli təhlükəlidir. 
Vulkan püskürmələri ilə bağlı sunamilər 5%-ə qədərdir. 
Nəhəng sualtı püskürmələr çox vaxt zəlzələ effekti yara-
dırlar. Qüvvətli vulkan püskürmələri zamanı püskürülən 


147 
material suda yayılır, eyni zamanda güclü dalğa yaranır. 
Belə sunamilərə klassik nümunə kimi 1883-cü ildə 
Krakatau vulkanının püskürməsi nəticəsində yaranmış suna-
mi dalğalarını aid etmək olar. Krakatau vulkanının püskür-
məsindən  əmələ  gəlmiş sunami bütün Hind okeanı sahillə-
rində müşahidə olunmuş, ümumilikdə 5000 gəmi məhv 
olmuş, 36 min insan ölmüşdür. 
İnsan fəaliyyəti. Hazırda atom əsrində insanın əlində elə 
bir vasitə yaranmışdır ki, o, öz istəyi ilə  dəhsətli titrəyişlər 
yaradır. 1946-cı ildə ABŞ-da dəniz laqunasında 60 m 
dərinlikdə sualtı atom partlayışı keçirmişdir. Onun gücü 20 
min ton trotil ekvivalentinə  bərabər olmuşdur. Bu partlayış 
nəticəsində yaranmış dalğa, partlayış yerindən 300 m-lik 
məsafədə 28,6 m yüksəkliyə qalxmış, episentrdən 6,5 km 
məsafədə isə dalğanın hündürlüyü 1,8 m-ə çatmışdır. 
Meteoritin və asteroidin düşməsi nəhəng sunami əmələ 
gətirə bilər. Onlar böyük düşmə sürətinə malik olduğu üçün, 
çox böyük genetik enerjiyə malik olur, həmin enerji suya 
ötürülür ki, bu da sunami dalğası yaradır. 
Külək böyük dalğa əmələ gətirə bilər (təqribən 20 m hün-
dürlüyə  qədər), amma belə dalğalar sunami deyillər. Onlar 
qısamüddətli olur və sahildə su basması yarada bilmir. Am-
ma meteosunaminin yaranması, təzyiqin kəskin dəyişilməsi 
şəraitində ola bilər. Belə hallar Boliar adalarında müşahidə 
olunur və buna oxşar hadisələr az-az hallarda Xəzər 
dənizində də baş verir. 
Alimlər Yaponiya sahillərinə hücum edən dağıdıcı suna-
milərin yaranma səbəbini tapmağa çalışmışlar. Sakit okeanın 
qərbində Nankay çökəkliyinin altında indiyə  qədər aktiv 
olan nəhəng çat mövcuddur. Bu çat yer qabığına sərt bu-
caqla daxil olaraq, daim onun ətrafına doğru yerdəyişərək
böyük su kütləsinin uçulmasına səbəb olur. Bir qrup 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə