Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

125 
Yaxın vaxtlara kimi ərzaq problemlərini həll etmək üçün 
Dünya okeanına böyuk ümidlər bəslənilirdi. Geniş ərazisi və 
su kütləsi okeanın böyük və tükənməz bioresurs ehtiyatına 
malik olması kimi yanlış fikir yaratmışdır. Dünya alimlə-
rinin son illər apardıqları tədqiqatlar göstərmişdir ki, bu heç 
də belə deyildir. Buna baxmayaraq ərzaq probleminin həllin-
də Dünya okeanının rolu vardır. Dünya okeanının bioloji 
ehtiyatlarından hələlik yalnız balıq, bəzi dəniz heyvanları, iri 
fəqərəsizlər, xərçəngəbənzərlər və su bitkilərindən istifadə 
olunur. Praktiki olaraq okean və dənizlərin bioehtiyatlarının 
67%-ni təşkil edən planktonlar istifadə olunmur. Ona görə 
də Dünya okeanı insanlar tərəfindən istifadə olunan qida 
elementlərinin cəmi 1-2%-ni verir. Dəniz bioehtiyatlarının 
mühafizəsi okean və  dəniz sularının axır illər geniş vüsət 
almış çirklənməsinin qarşısını almadan mümkün deyil. 
Dünya okeanının bioloji ehtiyatlarının əksəriyyətini balıq-
lar təşkil edir. Balıqların tutulması Dünya okeanının müxtə-
lif hissələrində eyni deyildir. Tutulan bütün balıqların 60%-ə 
qədəri  şimal yarımkürəsinin mülayim qurşaqlarında olur. 
Tutumun  əksər hissəsi (80 %-ə  qədəri) materiklərin  şelf 
zonalardan (200 m-ə  dərinlikdən) tutulur. Hazırda Dünya 
okeanı sürətlə müxtəlif çirkləndiricilər tərəfindən korlanır. 
Beləliklə, Dünya okeanının müasir ekoloji vəziyyəti çox 
təhlükəlidir. Dünya okeanının çirkləndiriciləri müxtəlifdir. 
Bunlara birinci növbədə neftçıxarma, neftçıxarmada baş 
verən qəzalar daxildir. Neft məhsullarının nəqli nəticəsində 
yaranan və  sızan tullantılar, inkişaf etmiş  və etməkdə olan 
ölkələrin sənaye tullantıları, çıxarılan faydalı qazıntıların 
atılan hissələri, nüvə silahlarının sınağı  nəticəsində atılan 
tullantılar, vulkan püskürmələri nəticəsində yanar lava və 
atılan kül və tozlar və s.-dir. Bütün bu çirkləndiricilərin 
çaylara və Dünya okeanına atılması  nəticəsində, okean 


126 
çirklənir, məhsuldarlığı azalır, dəniz heyvanları qırılır. Buna 
misal olaraq bir çox ərazilərdə balinaların özlərini kütləvi 
olaraq sahilə atmaları, bir çox balıq və başqa canlıların artıq 
məhv olması  və s. Dünya okeanının müasir ekoloji vəziy-
yətinin olduqca gərgindir, qlobal xarakter daşıyır və bunun 
qarşısını almaq üçün Dünya ölkələrinin birgə səyi bu gün ən 
aktual problemlərdən biridir.  
Okeanlarda 160 min növ heyvan və 10 mindən çox yo-
sunlar yaşayır. Yem əldə etməsi və  həyat tərzinə görə 
canlılar 3 qrupa bölünürlər: 
1)  Planktonlar-passiv hərəkət edən bir hüceyrəli yosunlar 
(fitoplanktonlar) və heyvanlar(zooplanktonlar, xərçənglər, 
meduzalar və b.) 
2)  Nektonlar-aktiv hərəkətdə olan heyvanlar (balıqlar, 
balinayabənzəriər, tısbağalar, molyuskalar və s.) 
3)  Bentoslar-dəniz və okeanların dibində yaşayan hey-
vanlar (qonur və  qırmızı yosunlar, molyuskalar, xərçəngə-
bənzərlər, dəniz ulduzları və s). 
Bitkilər əsasən 200 m dərinliyə qədər (günəş şüaları çatan 
və fotosintez mümkün olan qat) heyvanlar isə okeanın bütün 
təbəqələrində yayılmışlar.Günəş şüaları düşən qatdan aşağı-
da yaşayan heyvanlar üst qatdan düşən orqanizm qalıqları ilə 
qidalanırlar və ya bir-birini yeyirlər. Dünya okeamndan hər 
il 70-90 mln. ton balıq və başqa dəniz məhsulları ovlanır. 
Dəniz yosunları xammal kimi yeyinti və formaseptik 
sənayedə istifadə olunur. Onlardan bərk spirt, efir, sirkə, 
natrium alginat, mannit, aqar-aqar və s. alınır. 
Dəniz pişiyi, suitilər, nerpalar qiymətli xəz dəri verirlər 
ki, bu da dünya bazarlarında qiymətlidirlər. Qeyd etdiyimiz 
kimi  şelf zonası insanların gəlir mənbəyi, okeanın  ən 
məhsuldar hissəsidir. Demək olar ki, bütün dünyada tutulan 
balığın hamısı  şelfdə tutulur. Ən məhsuldar zona mülayim 


127 
qurşaq hesab olunur. Belə ki, orada kifayət qədər istilik və 
işıq olur. İntensiv su dəyişməsi və  dərınliklərin yaxşı 
oksigenlə təmin olunmasıdır. 
Tropik enliklərdə sular üst qatlarda yüksək duzluluğa 
malik olur, amma yüksək temperatur olduğu üçün yüngül 
olur ki, bu da suyun yerdəyişməsinə mane olur, oksigen 2 
dəfə mülayim qurşaqdan az olur. 
Ekvatorial enliklərdə passat və əks passat cərəyanları rast-
laşan yerlərdə suyun qarışması olur, ona görə də qida duzları 
və oksigenlə nisbətən zəngin olurlar. 
Dünya okeanı – tükənməz uran ehtiyatına malik olsa da, 
son vaxtlara kimi az istifadə olunurdu. Həm də ondan dey-
terium (atom kütləsi ilə hidrogen qarışığı) alınmasında isti-
fadə olunur. Yaponiyada ilk dəniz suyundan uran istehsalı 
edən zavod 70-ci ilin sonunda tikilmişdir. Dəniz suyu sənaye 
üçün  şirin su almağa kömək edir. Bu gün Dünyada istehsal 
olunan saflaşdırıcı qurğuların yarısı Yaponiyada istehsal olu-
nur.  Şimal Buzlu okeanının  əksər hissəsi daimi buzlarla ör-
tülmüşdür. Bu nəhəng buzlağın təsiri bütün dünyada hiss olu-
nur. O planetin qlobal iqliminin yaranmasına böyük təsir edir. 
Dünya okeanı nəqliyyat vasitəsi kimi də aktualdır. 
Müxtəlif məişət, sənaye və  kənd təsərrüfatında işlədilmiş 
və təmizlənməmiş suların axını son 2-3 onilliklərdə dəfələrlə 
artmışdır. Bundan əlavə, gəmilərin atdıqları tullantıları da nə-
zərdən qaçırmaq olmaz, çünki bu hadisə  əsasən  şelf zo-
nasında (200-m-ə qədər dərinlikdə) baş verir. Məsələn: Şimali 
Atlantika sahillərində ən iri çirkləndirici, hər il kiçik buxtaya 
9 mln. tona yaxın tullantı tökülən Nyu-York şəhəridir. 
İnsan fəaliyyəti nəticəsində okeana atılmış maddələr ora-
da eyni bərabərdə yayılmırlar. Tullantılar  ən çox insanların 
yaşadıqları  və  işlədikləri yerlərə yaxın toplanır və deməli, 
okeanların insanlara yaxın olan əraziləri daha çox çirklənir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə