Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

165 
Sunamilərə qarşı qismən müdafiə olunmaq üçün tədbir-
lərə: süni sahil qurğularının (dalğakəsən, tökmələr və s.), 
okean sahili boyu meşə zolağının salınması zəruridir, 40-50-
ci illərdə ABŞ, Yaponiya və Keçmiş SSRİ-də əhalini qabaq-
cadan xəbərvermə qulluğu yaradılıb ki, onlar sunamilərin 
yaxınlaşması haqda, sahil seysmoqrafları ilə  təchiz olu-
nurlar. 
Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələri, zəl-
zələlər, sunamilər və tektonik aktuallıqla əlaqədar baş verən 
başqa təbii fəlakətlər dövrü olaraq insanlar və heyvanlar 
arasında böyük tələfatlara səbəb olmuşdur. 
Beləliklə  fəlakətli proseslərdən biri olan sunami dalğa-
larının törətdiyi təzadlarla əlaqədar apardığımız araşdırmalar 
aşağıdakı nəticələri söyləməyə imkan vermisdir: 
1.  Sunamilər okean və başqa su hövzəbrində suyun təla-
tümə  gəlməsi nəticəsində yaranan uzun dalğalardır.  Əksər 
sunamilərin yaranmasına səbəb qüvvətli sualtı  zəlzələlər 
hesab olunur. Sunamillərin 80%-dən soxu Sakit okeanın hər 
iki sahillərində baş verir. 
2.  Qüvvətli sunamilərlə müşahidə olunan daha çox 
dağıdıcı zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer 
tavası o biri litosfer tavasının altına girməkdə olur. 
3.  Dağıdıcı sunamilərin yaranmasının  əsas  şərtlərindən 
biri okeanın həmin sahələrində dərin çatın olmasıdır ki, onun 
uzunu boyunca zəlzələ ocağı yaranır, belə ki, onlar seysmik 
zona hesab olunur. 
4.  Adətən dalğanın gəlməsindən bir az əvvəl gözlənilmə-
dən dənizin sürətli çəkilməsi baş verir. Su sahildən min 
metrlərlə dənizə doğru çəkilir və yaxud suyun sürətlə sahil-
dən uzaqlaşması və dibin çılpaqlaşması baş verir. Bu zaman 
dalğanın səsi kəsilir. Bir neçə  dəqiqədən sonra sahil zona-
sındakı şəhərlərə və başqa balıqçı qəsəbələrinə divar kimi su 


166 
dalğası  gəlir ki, bu dalğa da öz yolunda hər  şeyi yuyub 
aparır. 
5.  Sunamilərin gəlməsini xəbər verən sistemlər  əsasən 
seysmik məlumatların aparılması nəticəsində mümkün olur. 
Xəbərdaredici sistemlərin əsas əhəmiyyəti əhali arasında ak-
tual informasiyanın yayılmasıdır. Ən mühümü odur ki, əhali 
sunamilərin necə təhlükəli olmasını təsəvvür edilmiş olsun. 
6.  Günəşin səthində ləkələrin olması hamıya bəllidir. Lə-
kə-Günəş  ətrafında daima yaranan günəşətrafı «qara dəlik-
lərdir». Bu «qara dəliklərin» Yer səthinə istiqamətlənməsi 
Yerdə çoxsaylı katoklizmaların-tayfunların, tornadonun, su-
namilərin, siklon və antisiklonların yaranmasına təsir 
göstərir. 
7.  Nəzəri cəhətdən belə kataklizmaları əvvəlcədən hesab-
lamaq mümkün olmasa da, belə ehtimal olunur ki, alimlər 
Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilərlər. 


167 
X FƏSİL 
KOSMİK PROSESLƏRİN EKOCOĞRAFİ 
NƏTİCƏLƏRİ 
 
10.1. İnsanla kosmosun qarşılıqlı əlaqəsi 
 
İnsan Yer üzərində  ən qəribə yaradılandır. O müxtəlif 
keyfiyyət və imkanlara qabil məxluqdur. 
Qədim dövrlərin ağıllı simaları və filosoflarının nöqteyi-
nəzərindən insan anlayışı – qeyri-adi görünməz dünyanın 
görünən hissəsidir. 
Kainat, Günəş, Yer və insanlar tarix boyu peyğəmbərləri
ağıllı zəkaları və alimləri bütün minilliklərdə narahat etmiş-
dir.  İnsanın yarandığı ilk dövrlərdə bu problemlər insanları 
düşündürmüşdür.  
Heliobiologiya elminin banisi Çiyevsiki A.L. deyirdi: 
«İnsan yalnız yerdə  məskunlaşmış  məxluq deyil o, həm də 
kosmik məxluqdur, özünün bütün biologiyası, bütün atom-
ları, öz bədəninin bütün hissələri ilə Kosmosla, onun şüaları, 
sahəsi və cazibəsilə əlaqəlidir, bağlıdır». 
Müəlliflərin bir çox fikirləri onunla bağlıdır ki: «Yer pla-
netində canlı aləmin həyat fəaliyyətinin mütəhərikliyi
Kainatın hadisləri ilə  sıxı  əlaqədadır, xüsusilə  də Günəş 
səthindəki hadisələrlə». 
Bəşəriyyətin qlobal problemlərinə Günəşlə – Yer əlaqələ-
rindən asılı olaraq baxmaq lazımdır. 
Vaxtın qarşısı alınmaz hərəkəti nəticəsində  əvvəllər 
mövcud olmayan obyektlər: Günəş – Yer əmələ gəlmişdir. 
Klod Bernar yazır ki, «Ayrıca götürülmüş orqanizmin 
həyatı – Kainatın həyatının yalnız fraqmentidir». 
V.İ.Vernadski yazırdı: «Həyat daimidir, çünki Kosmos 
daimidir və həmişə biogeosenoz vasitəsilə ötürülür». 


168 
A.L.Çijevski yazırdı: «Yer və insanlar Günəşin hissə-
ləridir». 
Yerin əks sədası Günəşin fəaliyyətidir. 
Heç nə və heç kim insanın Günəşlə və Kainatla bağlılığı 
kimi ola bilməz. 
Aristotel və Pifaqor hələ öz dövrlərində hesab edirdilər ki, 
insan bədəni ilə mikrokosmosu təmsil edir. İnsanla mikro-
kosmosun oxşarlığını astronomlar və parapsixoloqlar onda 
görürlər ki, planetlərin, onların peyklərinin hərəkətləri özlə-
rində dünyəvi həyatı təmsil edirlər. Bu bir növ insan həyatını 
tərənnüm edən orqanizmlərin funksiyasını tərənnüm edir. 
Paraselsin fikrincə – insan ulduzlardan ona görə asılıdır 
ki, müvafiq ulduz bədənini – astral bədəni təmsil edir (astral 
bədən insanın keçirdiyi emoisyasından, onun hadisələrə 
reaksiyasından ibarətdir. Bu isə yüksək hissiyatlı energetik 
substansiya olmaqla, ayrılaraq, bir az məsafədə o insanın 
bədənini əhatə edir). 
Hippokrat Ayruvedinin təliminə əsaslanaraq, hesab edirdi 
ki, bir çox xəstəliklərin səbəbi, ulduzlu səmanın hərəkəti və 
orada gedən gizli dəyişikliklərdir. Müasir dövrdə insanlar 
Günəş sistemini dərin tədqiq etməyə başlamışlar.  
Kiçik insan necə  nəhəng Səmaya (sonsuzluğa) tən gələ 
bilər, uyğunlaşa bilər və eyni zamanda Siolkovskinin dediyi 
kimi, həm də çox kiçik ola bilər? 
Azərbaycan alimi E.N.Xəlilovun fikrincə: «Yerə və onda 
gedən geoloji proseslərə, kosmosla sıx  əlaqədə baxmaq 
lazımdır» və birgə «Yer kosmik obyektdir və onun çox uzun 
qravitasiya dalğalarına reaksiyası, sözsüz ki, başqa kosmik 
obyektlərə – ulduzlara, planetlərə və s. reaksiyası – çox uzun 
qravitasiya dalğalarına oxşardır». 
Məlumdur ki, İnsan Yer üzərində yarandığı ilk gündən 
Kosmosa can atmışdır. Uzun minilliklər uçmağı arzulamış, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə