165
Sunamilərə qarşı qismən müdafiə olunmaq üçün tədbir-
lərə: süni sahil qurğularının (dalğakəsən, tökmələr və s.),
okean sahili boyu meşə zolağının salınması zəruridir, 40-50-
ci illərdə ABŞ, Yaponiya və Keçmiş SSRİ-də əhalini qabaq-
cadan xəbərvermə qulluğu yaradılıb ki, onlar sunamilərin
yaxınlaşması haqda, sahil seysmoqrafları ilə təchiz olu-
nurlar.
Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələri, zəl-
zələlər, sunamilər və tektonik aktuallıqla əlaqədar baş verən
başqa təbii fəlakətlər dövrü olaraq insanlar və heyvanlar
arasında böyük tələfatlara səbəb olmuşdur.
Beləliklə fəlakətli proseslərdən biri olan sunami dalğa-
larının törətdiyi təzadlarla əlaqədar apardığımız araşdırmalar
aşağıdakı nəticələri söyləməyə imkan vermisdir:
1. Sunamilər okean və başqa su hövzəbrində suyun təla-
tümə gəlməsi nəticəsində yaranan uzun dalğalardır. Əksər
sunamilərin yaranmasına səbəb qüvvətli sualtı zəlzələlər
hesab olunur. Sunamillərin 80%-dən soxu Sakit okeanın hər
iki sahillərində baş verir.
2. Qüvvətli sunamilərlə müşahidə olunan daha çox
dağıdıcı zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer
tavası o biri litosfer tavasının altına girməkdə olur.
3. Dağıdıcı sunamilərin yaranmasının əsas şərtlərindən
biri okeanın həmin sahələrində dərin çatın olmasıdır ki, onun
uzunu boyunca zəlzələ ocağı yaranır, belə ki, onlar seysmik
zona hesab olunur.
4. Adətən dalğanın gəlməsindən bir az əvvəl gözlənilmə-
dən dənizin sürətli çəkilməsi baş verir. Su sahildən min
metrlərlə dənizə doğru çəkilir və yaxud suyun sürətlə sahil-
dən uzaqlaşması və dibin çılpaqlaşması baş verir. Bu zaman
dalğanın səsi kəsilir. Bir neçə dəqiqədən sonra sahil zona-
sındakı şəhərlərə və başqa balıqçı qəsəbələrinə divar kimi su
166
dalğası gəlir ki, bu dalğa da öz yolunda hər şeyi yuyub
aparır.
5. Sunamilərin gəlməsini xəbər verən sistemlər əsasən
seysmik məlumatların aparılması nəticəsində mümkün olur.
Xəbərdaredici sistemlərin əsas əhəmiyyəti əhali arasında ak-
tual informasiyanın yayılmasıdır. Ən mühümü odur ki, əhali
sunamilərin necə təhlükəli olmasını təsəvvür edilmiş olsun.
6. Günəşin səthində ləkələrin olması hamıya bəllidir. Lə-
kə-Günəş ətrafında daima yaranan günəşətrafı «qara dəlik-
lərdir». Bu «qara dəliklərin» Yer səthinə istiqamətlənməsi
Yerdə çoxsaylı katoklizmaların-tayfunların, tornadonun, su-
namilərin, siklon və antisiklonların yaranmasına təsir
göstərir.
7. Nəzəri cəhətdən belə kataklizmaları əvvəlcədən hesab-
lamaq mümkün olmasa da, belə ehtimal olunur ki, alimlər
Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilərlər.
167
X FƏSİL
KOSMİK PROSESLƏRİN EKOCOĞRAFİ
NƏTİCƏLƏRİ
10.1. İnsanla kosmosun qarşılıqlı əlaqəsi
İnsan Yer üzərində ən qəribə yaradılandır. O müxtəlif
keyfiyyət və imkanlara qabil məxluqdur.
Qədim dövrlərin ağıllı simaları və filosoflarının nöqteyi-
nəzərindən insan anlayışı – qeyri-adi görünməz dünyanın
görünən hissəsidir.
Kainat, Günəş, Yer və insanlar tarix boyu peyğəmbərləri,
ağıllı zəkaları və alimləri bütün minilliklərdə narahat etmiş-
dir. İnsanın yarandığı ilk dövrlərdə bu problemlər insanları
düşündürmüşdür.
Heliobiologiya elminin banisi Çiyevsiki A.L. deyirdi:
«İnsan yalnız yerdə məskunlaşmış məxluq deyil o, həm də
kosmik məxluqdur, özünün bütün biologiyası, bütün atom-
ları, öz bədəninin bütün hissələri ilə Kosmosla, onun şüaları,
sahəsi və cazibəsilə əlaqəlidir, bağlıdır».
Müəlliflərin bir çox fikirləri onunla bağlıdır ki: «Yer pla-
netində canlı aləmin həyat fəaliyyətinin mütəhərikliyi,
Kainatın hadisləri ilə sıxı əlaqədadır, xüsusilə də Günəş
səthindəki hadisələrlə».
Bəşəriyyətin qlobal problemlərinə Günəşlə – Yer əlaqələ-
rindən asılı olaraq baxmaq lazımdır.
Vaxtın qarşısı alınmaz hərəkəti nəticəsində əvvəllər
mövcud olmayan obyektlər: Günəş – Yer əmələ gəlmişdir.
Klod Bernar yazır ki, «Ayrıca götürülmüş orqanizmin
həyatı – Kainatın həyatının yalnız fraqmentidir».
V.İ.Vernadski yazırdı: «Həyat daimidir, çünki Kosmos
daimidir və həmişə biogeosenoz vasitəsilə ötürülür».
168
A.L.Çijevski yazırdı: «Yer və insanlar Günəşin hissə-
ləridir».
Yerin əks sədası Günəşin fəaliyyətidir.
Heç nə və heç kim insanın Günəşlə və Kainatla bağlılığı
kimi ola bilməz.
Aristotel və Pifaqor hələ öz dövrlərində hesab edirdilər ki,
insan bədəni ilə mikrokosmosu təmsil edir. İnsanla mikro-
kosmosun oxşarlığını astronomlar və parapsixoloqlar onda
görürlər ki, planetlərin, onların peyklərinin hərəkətləri özlə-
rində dünyəvi həyatı təmsil edirlər. Bu bir növ insan həyatını
tərənnüm edən orqanizmlərin funksiyasını tərənnüm edir.
Paraselsin fikrincə – insan ulduzlardan ona görə asılıdır
ki, müvafiq ulduz bədənini – astral bədəni təmsil edir (astral
bədən insanın keçirdiyi emoisyasından, onun hadisələrə
reaksiyasından ibarətdir. Bu isə yüksək hissiyatlı energetik
substansiya olmaqla, ayrılaraq, bir az məsafədə o insanın
bədənini əhatə edir).
Hippokrat Ayruvedinin təliminə əsaslanaraq, hesab edirdi
ki, bir çox xəstəliklərin səbəbi, ulduzlu səmanın hərəkəti və
orada gedən gizli dəyişikliklərdir. Müasir dövrdə insanlar
Günəş sistemini dərin tədqiq etməyə başlamışlar.
Kiçik insan necə nəhəng Səmaya (sonsuzluğa) tən gələ
bilər, uyğunlaşa bilər və eyni zamanda Siolkovskinin dediyi
kimi, həm də çox kiçik ola bilər?
Azərbaycan alimi E.N.Xəlilovun fikrincə: «Yerə və onda
gedən geoloji proseslərə, kosmosla sıx əlaqədə baxmaq
lazımdır» və birgə «Yer kosmik obyektdir və onun çox uzun
qravitasiya dalğalarına reaksiyası, sözsüz ki, başqa kosmik
obyektlərə – ulduzlara, planetlərə və s. reaksiyası – çox uzun
qravitasiya dalğalarına oxşardır».
Məlumdur ki, İnsan Yer üzərində yarandığı ilk gündən
Kosmosa can atmışdır. Uzun minilliklər uçmağı arzulamış,
Dostları ilə paylaş: |