Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   55

191 
ilə əlaqədar olmuşdur. Tullantılar və sıçovullar da Çumanın 
yayılmasına səbəb olurdular. 
Bu gözə gönməyən dünyəvi fəlakətlər, nəinki, milyonlarla 
insanları  məhv etmiş, həm də  həyatın bütün mərhələlərinə 
toxunmuş, sağ qalan insanların  əqidəsinə böyük təsirlər et-
mişdir. 
Bu gün isə biz yaddan çıxarmamalıyıq ki, bu zəhər «sivi-
lizasiyanın» töhvəsi idi. Q.Xeflind yazır ki, «Ximikatlar 
yavaş» fəaliyyət göstərən bombadır. 
Bizim planetimizdə yavaş  fəaliyyət göstərən bombalar: 
təmizlənməmiş sular (onun məhvi – insanın məhvi demək-
dir), zibil, hava, ximikatlar, «səs-küy»dür. Bütün bunlar 
dəhşətli xəstəliklər törədirlər. Misal üçün: Əfsanəyə  əsasən 
qədim Çində cinayətkarı «musiqili qətlə» məhkum edirmiş-
lər. Məhkumu dözülməz səslər altında saxlayaraq, öldürür-
müşlər. Doğrudur səs insanın ixtiyarındadır, ona görə onunla 
da öldürə bilər. 
Dünyada sağlamlığın böhranının  əsas aspektləri demo-
qrafik, sosial-iqtisadi, tibbi və  fərdi  əhval-ruhiyyə hesab 
olunur: 
Demoqrafik aspekt. 1995-ci ildə dünyanın  əhalisi 5,6 
milyard təşkil edirdi, onun da 75%-i inkişaf etməkdə olan 
ölkələrdə, 25% isə inkişaf etmiş ölkələrdə yaşayırdı. Keçən 
əsrin 90-cı illərində dünya əhalisinin orta yaşı 62 il (inkişaf 
etmiş ölkələrdə – 73 il, inkişaf etməkdə olan ölkəlrədə 60 il) 
olmuşdur. Məsələn, Avropanın bütün ölkələrində orta yaş 
60-a yaxın, Afrikanın 44 ölkəsində – 48 yaş, cənub-şərqi 
Asiyada, Aralıq dənizinin  şərq ölkələridə isə 60 yaşdan 
aşağıdır. 
İnkişaf etməkdə olan ölkələrdə insanların ömrü sürətlə 
artmaqdadır. Məs. 1989-cu ildən sonra insan ömrünün uzun-
luğu inkişaf etməkdə olan ölkələrdə 29%, inkişaf etmiş ölkə-


192 
lərdə isə 8,6% artmışdır. 
Sosial-iqtisadi aspekt. Bu aspekti səciyyələndirən göstə-
rilən əhalinin məşğulluğu, urbanizasiya, yoxsulluq, sağlam-
lıqda qeyri-bərabərlik, ərzaq təsnifatı və sağlamlıqdır. 
Dünyada səhiyyəyə Ümumdünya məlumatlarına  əsasən 
5,4%-i (4,8% az inkişaf etməkdə olan ölkələrdə, 6,6% isə 
inkişaf etmiş ölkələrdə) ayrılır.  Əhalinin sağlamlığı onun 
məşğulluğu ilə də bağlıdır. İşsizlik insanın həm fiziki, həm 
də mənəvi sağlamlığına mənfi təsir göstərir. 
Urbanizasiya səviyyəsi sağlamlıq problemi ilə bilavasitə 
bağlıdır. Məs. Nyu-York şəhərində baş verən bəlaların çoxu 
XX-XXI əsrlərin urbanizasiyası ilə əlaqədardır. 
Şəhər mühiti bir qayda olaraq müxtəlif kommunal-məişət 
sənaye tullantıları ilə güclü çirklənmişdir. Ətraf mühiti bura-
da  ən çox çirkləndirən mənbə  nəqliyyat sayılır.  Şəhərlərdə 
fiziki çirklənmə, elektromaqnit, radiasiya, istilik çirklənməsi 
də yüksək həddə çatmışdır. 
Şəhər mühitinin çirklənməsi şəhərlərin sağlamlığına mən-
fi təsir göstərir və allergiya, ürək-damar, onkoloji, nəfəs 
yolları xəstəliklərinin artmasına səbəb olur. 
Cəmiyyətin sağlamlığının həlli yolları tapılmayınca prob-
lemlərdən biri də onun ölkələr arasında və ölkələr daxilində 
qeyri-bərabər olmasıdır. İnkişaf etməkdə olan ölkəlrədə əha-
linin 2/3 hissəsindən çoxu tibbi-sanitar xidmətindən məh-
rumdur. İnkişaf etmiş ölkələrdə əhalinin sağlamlığını təmin 
etmək üçün elm və texnikanın yeni nailiyyətlərindən istifadə 
olunur, lakin bu tibbi xidmətlərin bahalaşmasına səbəb olur. 
Buna görə  də  aşağı  gəliri olan adamların ölüm hadisəsi 
yüksək gəlirli adamlara nisbətən 2 dəfə yüksək olur. 
Əhalinin ərzaq problemi insanların sağlamlığında mühüm 
amil sayılır.  İnkişaf etmiş ölkələrdə adambaşına orta kalo-
rilik – 3400-3500 kalori təşkil edir, bu isə qidanın zəngin 


193 
olmasını  təmin etməklə,, bütövlükdə  əhalinin sağlamlığına 
yaxşı təsir göstərir. 
Əhalinin sağlamlıq dərəcəsini qorumaq işində sağlam 
həyat tərzini saxlamaq, əhalini ekoloji cəhətdən qorumaq və 
təkmilləşmiş tibbi yardımdan istifadə etmək də mühüm şərt 
hesab olunur. 
Tibbi aspekt.  Cəmiyyətin sağlamlığının tibbi istiqaməti 
xəstəlik, ölüm və əmək qabiliyyətini itirmək, əlilliyin, həm-
çinin az inkişaf etmiş uşaqların doğulması kimi göstəricilərlə 
səciyyənir.  
Yuxarıda qeyd etdiyimiz kimi belə hallar inkişaf etməkdə 
olan ölkələrdə geniş yer tutur. Bu xəstəliklərin bir qismi ta-
mamilə yox edilmişdir (məs. Çiçək), digərləri isə, məs. və-
rəm, allergiya və başqa xəstəliklərə qarşı peyvənd edilmə-
məsi səbəbindən yayılmışdır. QİÇS, zöhrəvi xəstəliklər, nar-
komaniya, alkoqolizm, quş  və donuz qripi artmağa doğru 
gedir. 
Körpə uşaqların ölüm halları arzu olunmaz haldır. 
Dünyada 1000 doğulan uşaqdan 70-i 1 yaşına qədər yaşa-
mır. Uşaqların 15%-ə qədəri aşağı səviyyədə doğulur. Dün-
ya  əhalisinin iş qabiliyyətini itirənlərin (o cümlədən psixi 
pozqunluq və başqa xəstəliklərlə  əlaqədar) sayı (10%-ə ya-
xın) həyəcan doğurur. 
Fərdi-əhval ruhiyyə (hal-əhval).  Dünya  əhalisinin sağ-
lamlığının demoqrafik, sosial-iqtisadi və tibbi aspektləri əha-
linin sağlamlığında obyektiv əks olunur. Fərdi-əhval-ruhiyyə 
– sağlamlığın vəziyyətinin sübutu göstəricisidir. O şəxsi his-
lərlə (duyğularla) – xoşbəxtliyin səviyyəsi ilə hal-əhval və s. 
ilə ölçülür. Hazırda həyatın keyfiyyəti və onun xəstəliklə 
əlaqəsi öyrənilir. Onların arasında aşağıdakılar ayrılır: ailə, 
narahatlıq hissi, maddi təhlükəsizlik, sağlamlığa şəxsi müna-
sibət, faydalı iş, istirahət, inam və ideyalar (ən yüksək arzu, 


194 
məqsəd). 
Fərdi  əhval-ruhiyyə – insanın mənəvi sağlamlığının  əsa-
sıdır. Mənəvi sağlamlıq sahəsinə özünə inam, düşüncə tərzi
vərdişlər, hissiyyat, bütövlükdə sağlam psixika (ruhi aləm) 
aiddir. 
25-30 il bundan əvvəl bəşəriyyət Spid haqqında məlu-
matlandırıldı. Bu illər ərzində tibbi-bioloji elmi geniş maliy-
yələşdirilərək öz imkanları daxilində əllərindən gələni etmiş-
lər. Əvvəla xəstəliyi törədən viruslar, onun əsas «Ocaqları» 
və «Zəif yerləri» dəqiq öyrənilmiş, onun diaqnozunun sə-
mərəli üsulları, işlənib hazırlanmış, epidemiyaya qarşı  təd-
birlər, yeni müalicə texnologiyaları  və onlarla dərman pre-
paratları tətbiq etməklə səmərəli üsulları hazırlanmışdır. La-
kin bütün görülən bu tədbirlər XX əsrin  ən dəhşətli 
«Vəbası» öldürücü və qlobal xarakter almış və artıq dünya-
nın əksər ölkələrində yayılmış bu xəstəiyin müalicəsinə kö-
mək edə bilməmişdir. Pandeya immunadefisiti davam edir 
və get-gedə  əhalinin yeni təbəqələrini, xüsusilə kasıb və 
sosial stabillik olmayan ölkələrdə geniş yayılır. Hər il Yer 
kürəsində BMT-nin məlumatına  əsasən QİÇS-ə (SPİD) 
(2000 il) 150000 nəfər tutulur. BMT-nin məlumatlarına 
əsasən yalnız QİÇS infeksiyasına 5 milyon nəfər tutulmuş 
və həm də onların əksəriyyəti inkişaf etməkdə olan ölkələrin 
payına düşür. Statistikaya əsasən Cənubi Amerika əhalisinin 
hər 8 nəfərindən biri QTÇS-lə infeksiyaya tutulmuşdur. 
2000-ci ilin axırına olan rəsmi məlumatlara  əsasən bu 
virusla xəstələnənlərin sayı keçmiş SSRİ ölkələrində  və 
Şərqi Avropa ölkələrində 700 min nəfərə çatmışdır. Həm də 
ki, bir ildə bu rəqəm 75% artmışdır. 
Qeyd edək ki, bir çox ekspertlərin fikrincə,  əsl həqiqətdə 
bu virusa məruz qalanların sayı ola bilsin ki, yazılanlardan ən 
azı beş dəfə çoxdur. 2001-ci ildə noyabrın əvvəllərinə xəbər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə