Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   55

195 
verilmişdir ki, Rusiyada 80 min uşaq bu virusa tutulmuşlar. 
Rəsmi məlumatlara  əsasən 2001-ci ilin martına kimi – 
23905 – adam bu xəstəliyə tutulmuşdur. Bu xəstəliyin belə 
geniş yayılmasını Çin hökuməti də təsdiq etmişdir. 
Çinin Səhiyyə Nazirliyinin qeyri-rəsmi məlumatına görə 
artıq 6000 mindən çox Çinli bu xəstəliyə tutulmuş  və  xəs-
tələnmə faizi ildə 30%-ə çatmışdır. Yeni müalicə üsulları 
xəstəliyin inkişafını ləngitsə də, belə müalicə çox baha – 12-
15 min, (1 ilə) ABŞ dollarına başa gəlir. Həm də ki, təqribən 
15% xəstə ümumiyyətlə bu dərmanları  qəbul edə bilmirlər. 
Çünki, bu dərmanları içdikdə onlarda qida-həzm orqanla-
rının, böyrəkdə daşlaşma xəstəliyi, qanda şəkərin qalxması 
və yüksək xolestrin olmasına səbəb olur. 
Heç təəccüblü deyil ki, bəzi kasıb dövlətlərin başçıları bu 
xəstəlikdən xilas olmaq üçün ekzotik üsullar təklif edirlər. 
Belə ki, 2001-ci ilin yayında Keniyanın prezidenti əhalini 
heç olmasa iki il sekslə  məşğul olmamağa çağırmışdır. Bu 
ölkədə  səhiyyə nazirliyinin məlumatına  əsasən, 30 milyon-
luq əhalinin 2,2 milyonu QİÇS-lə əhatə olunub və hər il bu 
xəstəlik 700 nəfərin həyatına son qoyur. Afrikanın cənu-
bunda Svazilend monarxı – kral daha qabağa getmiş  və 
qızlara beş il müddətinə sekslə məşğul olmağı qadağan edib. 
2001-ci il noyabrın 13-dən Malaziyanın Djoxor ştatında ailə 
qurmaq istəyənlər mütləq bu xəstəliyə qarşı testdən keçməli-
dirlər. Çünki təkcə keçən il bu ştatda bu xəstəliklə 8000 nə-
fər xəstələnib. Lakin bütün görülən tədbirlər hələlik bu xəs-
təliyin qarşısını almaq üçün kifayət deyil. Bu xəstəliyə qalib 
gəlməyin yeganə yolu – səmərəli vaksin və ya virusu məhv 
edə biləcək başqa bir yolu tapmaqdır.  
Hazırda Hindistan və Braziliyada QİÇS-ə qarşı ucuzlu 
dərmanlar buraxırlar. Amma ki, alimlərin fikrincə Hindis-
tanda istehsal olunan bu preparatlarla bu xəstəliyin qarşısını 


196 
almaq olmaz. BMT-nin Birləşmiş proqramının icraçı 
direktoru (QİÇS üzrə) Piter Piotun fikrincə, az inkişaf etmiş 
ölkələrdə bu problemi BMT-nin sabiq Baş Katibi Kofi 
Annan ölkələri bu xəstəliyin qarşısını almaq üçün 7 milyard 
dollar ayırmağa çağırıb. 
Azərbaycanda QİÇS-ə tutulanların dinamikası mütəxəs-
sisləri həyəcanlandırır.  Əgər 1997-ci ildə Azərbaycanda 
QİÇS-lə 13 nəfər xəstələnirdisə, 1998-ci ildə bu rəqəm – 68, 
1999-cu ildə – 81, 2000-ci ildə – 200 və 1 oktyabr 2001-ci 
ilə bu rəqəm 315 nəfərə çatmışdır. Bu gün bu rəqəm daha 
çox olar. Nəzərə alsaq ki, Azərbaycanda bu xəstəliyi giz-
lədən, xəbər verməyən və vermək istəməyən adamlar varsa 
bu rəqəm daha böyük olar. Məs. təkcə 2001-ci ilin noyabr 
ayına kimi Azərbaycanda bu xəstəlikdən 24 nəfər vəfat 
etmişdir. Bu o dövr üçün kiçik rəqəm olsa da, dəqiq demək 
olar ki, bu virus respublikada sürətlə çoxalır. 
Hazırda Azərbaycanda bir neçə uşaq artıq bu xəstəlikdən 
ölmüşdür. Dünyada 6 milyondan çox uşaq bu infeksiyaya 
tutulub. Onların da 2 milyonu ölmüşdür. Yalnız 2000-ci ildə 
bu xəstəlik 500 min insanın həyatına son qoymuş və həmin 
ildə bu virusla xəstələnənlərin sayı 600 min nəfər artmışdır. 
Bu virusla xəstələnən uşaqların 90%-dən çoxu inkişaf etmiş 
ölkələrdə yaşayır. 
Hər il Dünyada infeksiyaya tutulanların yarıdan çoxu 
uşaq doğum yaşlı qadınlardır. Azərbaycanda QİÇS infeksi-
yasına tutulmuş qadınlardan 5 uşaq doğulmuşdur. QİÇS 
BMT-nin uşaq hüquqlarını qoruyan Konvesiyasının məlu-
matlarına əsasən hər gün dünyada bu qəddar virusla 16 min 
nəfər xəstələnir ki, onların yarıdan çoxu 10-24 yaşlı  gənc-
lərdir. Bu xəstəliyin gətirdiyi  əzab və  əziyyətlər  əsasən bi-
zim öz bədənimizin qiymətsiz immunitet sisteminin imkan-
larını yaxşı bilmədiyimizin nəticəsidir. 


197 
XII FƏSİL 
NARKOMANİYA VƏ TERRORÇULUĞUN QLOBAL 
EKOLOJİ MAHİYYƏTİ 
 
12.1. Narkomaniya və terrorizmin təbii-tarixi inkişafı 
 
Arxeoloji tədqiqatlar sübut edir ki, bəşəriyyət kefləndirici 
və beyini dumanlandıran maddələrlə çox qədim zamanlar-
dan tanış olmuşdur.  İlkin insanların yaşadığı yerlərdə apa-
rılan qazıntılar nəticəsində tapılan qalıqlar və bitkilərin 
toxumlarının yuxarıda göstərilən xüsusiyyətlərə malik olma-
sını göstərir.  İnsanların ilk zamanlar psixoloji inkişafını iz-
ləyən səyyah və etnoqraflar da belə halların olmasını  təs-
diqləyirlər. Arxeoloqlar b.e.ə. X-VIII əsrlərdə xüsusi gizli 
yerlərdə  və insanlar dəfn olunan yerlərdə psixi cəhətdən 
insanlara aktiv təsiri olan bitkiləri tapmışlar. Kulturologiya 
istiqamətində iri monoqrafiya yazan Peter Fersta (1985) öz 
kitabında göstərir ki, psixi cəhətdən aktiv maddələri tarix 
boyu bütün xalqlar istifadə etmişər. Opium tərkibli maddə-
lərin Şumerlərin sivilizasiyasına gedib çıxmasına dair məlu-
matlara bizim eradan əvvəl X əsrdə ərəb ədəbiyyatında rast 
gəlinir. Bizim eranın VI əsrində perulular kok yarpaqlarına 
bürünmüş ölü basdırmışlar. Onlar bunu ölən üçün «o 
dünyasına lazımlı» hesab etmişlər. Çinlilər ilk dəfə efedrinin 
aktivləşdirici xüsusiyyətini 5000 il bundan əvvəl təsdiq 
etmişlər. Elə o vaxtlarda çinlilər marixuananı, cərrahiyyə 
əməliyyatı vaxtı agrıkəsici vasitə kimi istifadə etmişlər, 
sonralar isə yunan tarixçisi Herodot onun psixoloji aktiv 
pereparat rolunun oynamasını  təyin etmişdir. Opiumla ya-
naşı, qaşiş Avitsena (Zərdüşt) tərəfindən istifadə edilmişdir. 
Sonralar Avropada daha yüksək sürətlə narkotik maddələr-
dən istifadə olunmağa başlanmışdır.  
Dirçəliş dövründən başlayan bütün imperiyalar xarici 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə