Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

179 
alt hüquq komitəsində vaxtaşırı müzakirə olunur. 
Beləliklə, kosmik zibil adlı yeni anlam yaranmağa 
başladı. Bu məfhum öz enerji potensialı tükənmiş peykləri, 
lakin buraxılışa  şərait yaratmış  və b. daşıyıcı – raketlərin 
yuxarı pillələrinin, müxtəlif detalları birləşdirir. Bu hissələr 
artıq insan cəmiyyətinə heç bir xeyir verməyəcək, amma 
onlar praktiki olaraq, daima yerətrafı boşluqda qala bilərlər. 
İnsanın 50 illik kosmik fəaliyyəti dövründə yerətrafı orbitin 
müxtəlif qatlarına və uzaq kosmosa çəkisi 3 min ton olan 20 
mindən çox obyekt buraxılmışdır. 
Yeni süni mənşəli səma obyektlərinin  əmələ  gəlməsini 
astronavtlar hazırda astronomiyanın xüsusi sahəsi kimi 
yaranmasınını qəbul edirdlər. Bu sahə Yerin səthini öyrənən 
meteor astronomiyası ilə və Yerin təsir dairəsindən kənarda 
yerləşən planet astronmiyaasına keçid zona adlanırdı. 
Yerətrafı orbitdə dövr edən obyektlər üzərində ilk sistematik 
müşahidələr keçmiş SSRİ və ABŞ hərbçiləri tərəfindən raket 
əleyhinə  və kosmos əleyhinə müdafiyə  vəzifələri çərçivə-
sində başlanmışdır. Hər iki ölkədə uzaq hədəfləri tapan optik 
cihazlarla Yerətrafı aləmə  nəzarət sistemi yaradılmışdır. 
Nəzarət sistemi tərəfindən yerətrafı kosmosda 10 mindən 
çox obyekt müşahidə edilmiş  və fasiləsiz nəzarətdə olmuş-
lar. Bunlar əsasən 10 sm ölçüdə iri cisimlərdir. Onlardan 8 
minə yaxın obyekt rəsmi kataloqa salınmışdır. 
Fəaliyyətdə olan peyklər (təqribən – 500) kataloqa salın-
mış yerətrafı obyektlərin az bir hissəsidir. Fəaliyyətdə olan 
peyklərin kosmik zibillərlə toqquşmasından yaranan riski 
qiymətləndirmək üçün kataloqa düşməmiş obyektləri də 
bilmək lazımdır. Belə məlumatları əldə etmək üçün hazırda 
vahid bir yol – kataloqlaşdırılmamış törəmələrin modelləş-
dirilmiəsi lazımdır. Belə modellər ABŞ-ın, Qərbi Avropanın 
və Rusiyanın aparıcı kosmik stansiyalarında yaradılmışdır. 


180 
Yerətrafı orbitin tez-tez istifadə olunan hissəsində  ən çox 
çirklənmiş – 850-1200 km yüksəklik və geostasionar orbit-
lərdir. Burada kosmik zibil toplanmış olur. 850-1200 km 
yüksəklikdə meteoroloji peyklər və Yerin məsafədən zond-
laşdırılmış peykləri, həmçinin nüvə enerjisi ilə  təchiz olun-
muş peyklərin böyük bir hissəsi uçurlar. Nüvə enerjisi ilə 
təchiz olunmuş peyklər bu yüksəkliklərdə radioaktiv təhlükə 
tam yox olana qədər yüz illərlə qala bilər. 
Yerətrafı pillələrin planlı partladılmasının qarşısını almaq 
üçün qəbul olunmuş  tədbirlər və ya öz işini qurtarmış 
peyklərin orbitadan çıxarılması yolları  hələlik yaradılma-
mışdır. Geostasionar – peyklər hər  şeydən  əvvəl mikrome-
teorit və bolid kimi təbii səma cisimləri tərəfindən bom-
bardman ola bilər. 
Yerətrafı boşluğun yaxın hissəsində, 400 km yüksəklikdə, 
yəni pilotlarla idarə olunan apparatların uçduğu zonalarda da 
həmçinin çoxlu miqdar komsik zibil vardır. Lakin bu 
obyektlər nisbətən uzun dövrlü deyillər: yarandıqdan bir 
neçə il sonra onlar yerin atmosferinə daxil olaraq yanırlar. 
Rusiya EA və NASA institutlarında aparılmış tədqiqatlar 
bu fikrə gəlməyə imkan verdi ki, alçaq yerətrafı orbitdə olan 
kosmik zibilin 40%-dən çoxu – raketlərin ikinci pillələrinin 
və orbitdəki peyklərin partlaması  nəticəsində  əmələ  gəlmiş 
qəlpələrdir. 
Kosmik fəzanın ekoloji vəziyyətinin sabit saxlanılması 
problemlərinə aid əsas götürülən sənəd kosmosla əlaqədar 
Müqavilənin (1967-ci il) olmasıdır. Bu müqavilənin 1-ci 
bəndində göstərirlir ki, kosmik fəzanın istifadəsi elə həyata 
keçirilməlidir ki, kosmosun sülh əsasında mənimsənilməsin-
də başqa dövlətlərin işi çətinləşməsin və hüquqları pozul-
masın. 
Müqavilənin 9-cu bəndi Dövlətləri, ictimaiyyəti və bey-


181 
nəlxalq elmi cəmiyyətləri maksimum imkaniyyət daxilində 
və təcrubi işdə kosmosda görəcəkləri işlər, onların gedişi və 
tarixi barədə BMT-nin Baş katibini vaxtında məlumatlan-
dırmağa çağırır. 
Kosmosun ekologiyası  məsələlərinin nizamlanması üçün 
Beynəlxalq-hüquq məsələlərində əsas yer «Kosmik obyekt-
lər» tərəfindən dəyən ziyana görə məsuliyyət haqda Konven-
siyaya (1972-ci il) verilir. Konvensiya dövlətlərdən tələb 
edir ki, buraxılışa məsul olan dövlət və ya kosmosa hər hansı 
apparat buraxan dövlət Yer üzərində  və Uçan hava gəmi-
sinin vurduğu zərər üçün tam məsuliyyət daşımalıdır. 
Yer  ətrafındakı töküntülərin böyük olanları mütəmadi 
olaraq izlənir. Daha xırda obyektlərin izlənilə bilməsi üçün 
işlər davam etdirilir. Töküntülərlə bağlı əldə olan məlumat-
lara və edilən müşahidələrə  əsaslanmaq Rusiya, İngiltərə, 
İtaliya, Almaniya və Amerikada kompyürter modelləri 
inkişaf etdirilir. Alimlər bu modellərdən istifadə edərək 
dünya ətrafındakı fərqli orbitlərdə dönən kiçik-böyük bütün 
tullantıların hərəkətlərini ortaya çıxarmağa çalışır. 
Bu hərəkətlər incələnərək gələcəklə bağlı təxminlər, yürü-
dülür və risklər hesablanır. 
Bugünkü çalışmalar hələlik kosmos çirklənməsi proble-
mini anlamağa istiqamətləndirilmişdir.  
Hər keçən gün böyüyən bu problemin həllinə istiqamətli 
edilən bir şey yoxdur. Orbitdəki çirklənmə mövzusunda 
beynəlxalq bir razılaşma da əldə olunmamışdır. Amma 
kosmos agentlikləri öz aralarında Kosmos Agentliklər arası 
Kosmos Çirklənməsi Eşgündüm Komitəsi adında bir təşkilat 
meydana gətirmişdir. Bununla yanaşı, kosmos çirklənməsi 
mövzusu 1994-cü ildən bu yana, Birləşmiş Millətlər Kos-
mosun Sülhpərvər Məqsədlərlə  İstifadəsi Komitəsinin Elmi 
və Texniki Altkomitəsi tərəfindən bir müzakirə  və qiymət-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə