Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

173 
gəmilərin, orbitə çıxarılması ilə əlaqədar olaraq son zaman-
lar Yer kürəsi haqqında elmi məlumatların miqdarı gündən-
günə artır, keyfiyyət isə yaxşılaşır. 
1957-ci il noyabrın 3-də SSRİ-də ikinci süni peyk bu-
raxıldı  və burada canlı orqanizmin kosmik şəraitdə yaşaya 
bilməsinin mümkün olub-olmaması  məsələlərini də müəy-
yən etmək lazım idi. Bir az sonra orbitə  çıxarılmış üçüncü 
peyk, kosmosda avtomatik elmi laboratoriya rolunu oyna-
mış, kosmik şüaların intensivliyi, yerin maqnit sahəsi, peykə 
toxunan mikrometeorit hissəciklərinin həkərəti və s. 
məsələlər haqqında Yerə məlumat verilmişdir. 
1961-ci il aprelin 12-də Y.A.Qaqarin, sonra G.S.Titov, 
A.Nikolayev, P.Papoviç və başqaları kosmosa uçaraq yeni 
nailiyyətlər əldə etmişlər.  
Atmosferin üst qatlarının tədqiqini davam etdirmək, Ye-
rin radiasiya zonalarını müəyyənləşdirmək, kosmik stansiya-
ların səmada uzun müddət qala bilməsini bir daha yoxlamaq 
və yerlə stansiyalar arasında, radio rabitə seanslarının həyata 
keçirilməsini öyrənmək üçün 1964-1965-ci illərdə xeyli 
kosmik stansiyalar orbitə çıxarılmışdır. 
Son zamanlar bir çox ölkələrdə  təbii mühitin öyrənilmə-
sində yeni, daha mütərəqqi üsul-aerokosmik tədqiqat və ya 
təbii mühitin «məsafədən öyrənilməsi» üsulandan geniş 
istifadə olunur.  
 
10.3. Qlobal proseslərin təbii (planetar) əsasları 
 
Çoxtəkrarlı aerokosmik fotoşəkillər vasitəsilə dağlıq sa-
hələrdə buzlaqların dinamikası, onların evolyusiyası və əra-
zinin hidroloji rejimindəki rolu müəyyənləşdirilir. 
Dəniz və okeanlarda qəflətən baş verən bir sıra təbii pro-
sesləri  ənənəvi üsullarla tədqiq etmək mümkün olmur. Bu 


174 
baxımdan kosmik informasiyaların rolu çox diqqətə layiqdir. 
Məs. Sunami hadisəsi nəticəsində  əmələ  gəlmiş dağıdıcı 
dalğanın Sakit okeanın bir hissəsindən o biri sahilinə çatma-
sı üçün bir sutkaya qədər vaxt lazımdır. Əgər bir süni peyk 
sutka  ərzində Yer ətrafında 14 dəfə dövr edirsə, ondan 5-i 
Sakit okeanın üzərindən keçir və burada baş verən dağın-
tının bütün xüsusiyyətlərini, o cümlədən onun intensivliyini, 
hündürlüyünü və yayılma istiqamətini asanlıqla qeydə alır. 
Müasir dövrdə okeonologiya elminin ən aktual problemlə-
rindən biri Dünya okeanının çirklənməsininin tədqiq olun-
masıdır. Dünya okeanının çirklənməsi  əsasən üç səbəbdən 
baş verir: bakteoroloji, kimyəvi və radioaktiv çirklənmələr. 
Bu üç növ çirklənmədən hazırda ən geniş yayılanı karbohid-
rogen birləşmələrindən əmələ gələn kimyəvi çirklənmələridir. 
Təxmini hesablamalara görə  hər il dünya okeanına 5 mln. 
tondan çox neft daxil olur və bu neft suyun üzərində xüsusi 
bir qat əmələ gətirərək su mühiti ilə atmosfer arasındakı qa-
rışılıqlı əlaqəni pozur. Çirklənmiş suyun rəngi və bulanıqlığı 
ətraf sahələrdən asanlıqla seçildiyinə görə onları çoxzonalı 
və spektrozonal kosmik fotoşəkillərin köməyi ilə daha tez 
aşkara çıxarmaq mümkün olur. 
Müasir dövrdə  cəmiyyəti düşündürən  ən mühüm prob-
lemlərdən biri də  ətraf mühitin qorunmasıdır. Bu məsələyə 
son illər Azərbaycanda da çox ciddi fikir verilir. Ətraf mühit 
hazırda, əsasən təbiətə düzgün olmayan münasibət nəticəsin-
də korlanır, o öz ilkin xüsusiyyətlərini itirir, sonradan isə 
onu bərpa etmək olduqca çətinləşir. Məs. Təbiətdə baş verən 
toz tullantıları atmosferin antropogen çirklənməsinin başlıca 
səbəblərindən biri hesab edilir. Məlum olduğu kimi toz tu-
fanları əsas etibarilə bitki örtüyünün zəif inkişaf etdiyi və ya 
onun düzgün olmayan insan fəaliyyəti nəticəsində tələf olun-
duğu sahələrdə baş verir. Təbiətə kosmosdan aparılan 


175 
nəzarətin nəticəsində toz tufanlarının baş verdiyi sahələr, 
onun yayılması, ölçüləri və dinamikası, relyef və litoloji tər-
kiblə  əlaqəsi aşkar olunur. «ERTS-1» və «Çemeni-7» kos-
mik gəmilərindən çəkilən  şəkillərdə Sinay yarımadasında 
yerləşən Neqev qumlu səhrasında insanın təsərrüfat fəaliy-
yətinin atmosferin çirklənməsində oynadığı rol açıq-aydın 
görünür. Burada Saksaul və digər yarımkol bitkilərindən 
ibarət, ifrat dərəcədə mal-qara otarılmış  ərazidə geniş miq-
yasda toz tufanları müşahidə olduğu halda, planlı surətdə 
kənd təsərrüfatı bitkiləri üçün istifadə olunan və vaxtaşırı 
suvarılan qonşu sahələrdə eyni vaxtda toz tufanları müşahidə 
olunmamışdır. 
Havanın çirklənməsində oraya buraxılan müxtəlif sənaye 
tüstüləri də böyük rol oynayır.  Ən çox sənaye tüstüləri 
kömür istehsalı, meşə və bataqlıq yanğınları zamanı və nəq-
liyyat vasitələrinin işləməsi nəticəsində baş verir. Kosmik 
şəkillər vasitəsilə sənaye tüstülərilə çirklənmiş ərazilər asan-
lıqla aşkar olunur, onların qarşısının alınması üçün müxtəlif 
tədbirlər hazırlanır. Kosmik apparatlar vasitəsilə liman şə-
hərləri  ətrafında dəniz suyunun çirklənməsinə  də  nəzarət 
edilir. «ERTS-1» kosmisk gəmisindən 0,6-0,7 mikrometr 
diapozonlarda alınmış şəkillər göstərir ki, Süveyş körfəzində 
geniş ərazidə neft tullantılarından zolaqlar əmələ gəlmişdir. 
Belə hadisələr Yerin «Numbuz» süni peyki vasitəsilə Qərbi 
Avropa,  Şimal dənizi və Baltik dənizi sahillərində  də mü-
şahidə olunmuşdur. 
Vaşinqton və Baltimor şəhərlərinə yaxınlaşdıqca kosmik 
şəkillərdə suyun çirklənməsi daha aydın surətdə nəzərə çar-
pır. Ona görə də müasir elmin qarşısında duran əsas məqsəd 
təbiətin qlobal miqyasda qorunub saxlanması üçün tədbir-
lərin işlənib hazırlanmasından ibarətdir. Təbiətin qlobal miq-
yasda qorunmasına yönəldilmiş tədbirləri yalnız aerokosmik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə