Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

158 
sahillərində 50 ildən bir güclü sunami olur. 
Kenon Biç şəhəri kurort şəhəridir. Yay aylarında burada 
turistlərlə birlikdə 20 minə qədər insan olur. Orada sunami-
lərdən qorunmaq üçün müasir hazırlıq işləri görülüb. Suna-
mi təhlükəsi olan hallarda sirena (siqnal) çalır və  məktəb 
şagirdləri təcili çölə çıxaraq bir neçə dəqiqəyə yaxınlıqdakı 
hündürlüyə  çıxırlar və xilas olurlar. Orada axırıncı sunami 
30 il bundan əvvəl baş verib. Az insan tələfatı olub. 
Vaşinqton  Ştatındakı Lonq Biç şəhəri sunami dalğaları 
üçün daha təhlükəlidir. Məs. orada 1994-cü ildə baş vermis 
sunami vaxtı əhali təhlükəli əraziləri operativ tərk etmiş və 
insan tələfatı olmamışdır. 
Hazırda Dövlət qoruyucusunda qurulmuş 6 metrlik qurğu 
qabaqcadan sunaminin hündürlüyünü, gücünü və vaxtını 
xəbər verməyə imkan verir. 
Tektonik hərəkətlər nəticəsində Havay adalarında 96 km 
uzunluğu olan nəhəng çat əmələ  gəlmişdir ki, o istənilən 
vaxt adanı iki yerə bölə bilər. Bundan başqa meteoridlərin 
düşməsi nəticəsində sunami yarana bilər. 50 il bundan əvvəl 
belə bir sumami qeydə alınmışdır. 
Keçmiş ittifaq ərazisində güclü sunamilər 1737, 1780, 
1898, 1918, 1923, 1953-cü illərdə qeyd edilmişdir. Sunami-
lərin qorxusu müxtəlifdir və dalğanın hərəkət yolundakı 
okeanın dərinliyi ilə müəyyən olunur. Keçmiş  İttifaqda su-
namilərin yerləşməsini müəyyənləşdirmək üçün iki əsas: 
seysmik və hidroakustik üsuldan istifadə edən xəbərdaretmə 
xidməti mövcud idi. Seysmik və hidrostatik dalğaların ya-
yılma sürəti sunamilərin sürətindən xeyli çox olduğundan
xəbərdarlıq xidməti  əksər hallarda həyəcan siqnalını 30-40 
dəqiqə qabaqcadan verə bilər. 1952-ci il noyabrın 4-dən 5-nə 
keçən gecə, səhər saat 4-ə yaxın  Şimali Kurilsk şəhərinin 
sakinləri 7 ballıq zəlzələ ilə yuxudan oyanırlar. Qorxmuş 


159 
 
C
ədv
əl 9.5
 


160 
insanlar evlərdən çıxırlar. Təkanlar dayandıqdan sonra in-
sanlar evlərinə qayıtmağa başlayırlar. Yalnız sunamilərlə 
keçmişdə tanış olanlar, o cümlədən balıqçı-koreyalılar bax-
mayaraq ki, sakit dəniz var idi, onlar birinci təkanı hiss edən 
kimi dağa qaçmışlar. Zəlzələdən 45 dəqiqə sonra okean tə-
rəfdən bərk uğultu eşidildi və bir neçə saniyəyə  şəhərə 
yüksək dalğalar çırpıldı. Dalğa qüvvətli sürətə malik idi və 5 
m yüksəkliklə şəhərin mərkəzinə doğru irəliləyir və şəhərin 
içərisindən keçən çayın dərəsinə qədər çatır. Bir neçə dəqi-
qədən sonra dalğa öz yolunda dağıtdığı  hər şey ilə birlikdə 
dənizə  çəkilir. Dalğanın geri çəkilməsi o qədər intensiv idi 
ki, dənizin dibi bir neçə yüz metrlərlə  çılpaqlaşır, sakitlik 
başlayır. 
15 dəqiqədən sonra şəhərə yüksəkliyi daha hündür 10 m 
olan ikinci dalğa çırpılır. Bu dalğa qabağına çıxan hər  şeyi 
dağıdaraq daha çox ziyan vurur. Dalğaların ardınca yalnız 
evlərin sement bünövrəsi qalmışdı. Şəhərin içindən keçən bu 
dalğa ətrafındakı dağların yamaclarına qədər qalxaraq şəhər-
dəki dərəyə tökülür. Burada dəhşətli bir su dövranı baş verir. 
Bu suyun tərkibində tikinti-töküntüləri və kiçik gəmilər də 
sürətlə  fırlanır. Bir neçə  dəqiqə  ərzində bu su dövranında 
çoxlu insan məhv olmuşdur. 
Geriyə qayıdan dalğa arxadan sahil valını vurur və dağın 
ətrafına fırlanaraq Kuril boğazına soxulmuşdur. Sahil valı və 
dağ bir neçə  dəqiqəyə adaya çevrilir. İkinci dalğadan bir 
neçə  dəqiqə sonra daha zəif üçüncü dalğa gələrək, sahilə 
çoxlu tör-töküntü gətirir. Səhər saat 9-da okeanın səthi 
qüvvətli hərəkətə gəlir və bütün gün ərzində yavaşıyır. 1737-
ci ildə Avaçidə, Kuril Lopatasında və adalarda baş vermis 
zəlzələ zamanı  dəhşətli subasma olmuşdur. Oktyabrın 6-da 
gecə yarı 15 dəqiqədə bir neçə  təkan olur və bunun 
nəticəsində çoxlu kamçatkalıların obaları və köçlərini yuyub 


161 
aparmışdır. 
Günəş sunamiləri.  Günəşin səthində  ləkələrin olması 
hamıya bəllidir. Onlar Günəşdə fiziki proseslər nəticəsində 
yaranırlar, yanacaq yanarkən termonüvə prosesləri zəifləyir. 
Alimlər belə  fıkirləşirlər ki, ləkələr səsin sürətinin kəskin 
azalması ilə  əlaqədar olan kosmik yaranmadır. Belə ki, bu 
ləkələrin yaxınlığında səsin sürəti adi haldan xeyli azdır. 
Məlumat, rabitə, idarəetmə, elm, cəmiyyət (MAUSU) Bey-
nəlxalq Akademiyasının prezidenti Y.İ.Borovkov bu fıkirləri 
çoxdan söyləsə  də 2003-cü ildə Los Anjelesli fiziklər öz 
günəşətrafı «Soxo» zondunun köməkliyi ilə ölçülər apararaq 
həmin fikirləri təsdiqləmişlər. 
Ləkə-Günəş  ətrafında daima yaranan günəşətrafı «qara» 
dəlikdir. Bu dəlik Günəşdən 2-10 mln. km məsafədə yaranır. 
Bu «qara dəliklərin» (deşiklərin) Yer səthinə istiqamətlən-
məsi Yerdə çoxsaylı katoklizmaların, tayfunların yaranma-
sına şərait yaradır. Bundan əlavə bu «qara» ləkələr Yer sət-
hindəki havada daha xırda dəyişikliyin yaranmasına səbəb 
olur. Bu ona görə baş verir ki, Yer Günəşin fokusunda 
dayanmışdır. Fərz etsək ki, Günəş iri uzunfokuslu linzadır, 
onda Yer planeti onun fokusunda olur. 
Alimlər hesablamışlar ki, L/GD - Günəşdən yerə  qədər 
olan orta məsafənin Günəşin diametrinə (GD-1,39 mln.km) 
nisbəti (L-149, 5 mln. km), sonra isə Günəşin diametrinin 
Yerin diametrinə nisbəti (YD-12,756 min km), yəni GD/YD 
eyni qiymət-108 alırsa da, belə münasibət Ay üçün də alınır: 
LA/GD=108 olur. Günəş şüalarının fokuslaşmasından qızır. 
Bizim Günəş sisteminin başqa planetləri isə Günəşin foku-
sunda deyillər və ona görə  də onlarda həyat yoxdur və ola 
bilməz. 
26 dekabr 2004-cü il sunamisi xüsusilə qüvvətli olmuş-
dur, çünki, o gün Ay tam görünürdü. Ona görə  də okeanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə