Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

162 
suyu sahildən 500 m-ə qədər uzaqlaşır, sonra bu nəhəng su 
kütləsi qüvvətlə sahilə çırpılaraq qarşısındakı hər şeyi dağı-
dır. Təsəvvür oyanırdı ki, qovulan dalğa 4000 m dərinlikdə 
baş vermis sualtı  zəlzələnin nəticəsində yaranmışdır. Bu 
Sumatra adası yaxınlığında Birma və İndoneziya plitələrinin 
tərpənməsindən baş vermişdir.  Əslində isə sualtı qayıqla 
enib baxsaq heç bir tərpəniş olması görünmür. Şri-Lanka 
adasında çəkilmiş  şəkildə  əyri-üyrü dəmir yol relslərin 
olması göstərir ki, bu böyük su kütləsinin sahilə hidravlik 
qüvvəsi vasitəsilə  çırpılması  nəticəsində baş vermişdir. Bu 
zərbə isə Yerə  gələn Günəşətrafı «qara dəliyin» proyeksi-
yasının Cənub-Şərqi Asiyanın ekvatorial vilayətlərinə düş-
məsindən baş verir. 
2004-cü ilin 26 dekabrında baş verən zəlzələ bilavasitə 
Günəşin ləkəəmələgətirən aktivliyi vaxtına düşmüş, həm də 
ki, bu ayın tam bədrlənmiş vəziyyətinə təsadüf edirdi. 
Buna oxşar mənzərə 2004-cü ilin yanvar ayının 9-da 
Sankt-Peterburqda olmuşdur. Günəşətrafı «qara deşiyin» pro-
yeksiyası yüksək təzyiq zonası - antisiklon yaratmış  və  şə-
hərdə  az  rast  gəlinən qış subasması baş vermişdir. Nəzəri 
olaraq belə kataklizmaları  əvvəlcədən hesablamaq mümkün 
deyil. Birincisi ona görə ki, Günəş üzərindəki ləkənin fizi-
kasını bilmirik. İkincisi, həm Günəş, həm də Yer fırlanır. Ona 
görə  də hansı  ləkənin bilavasitə Yerə istiqamətlənməsini 
demək çətin olur. Bundan əlavə Yerin peyki olan Ay da Yerin 
kosmosdakı  vəziyyətinə  təsir edir. Amma hər halda alimlər 
Günəşdə  ləkəyaradan aktivliyin monitorinqini apara bilirlər. 
Rusiyada kristalların böyüdülməsi indikatoru yaradılmışdır. 
Bu cihazın içərisindəki xüsusi məhsul Günəşdəki təzyiqin 
temperaturun və lazer şüalarının dəyişilməsini hiss edir. 
2004-cü il dekabrın 4-də Moskva vaxtilə saat 14
25
-də 
Günəş  səthində birinci partlayış başlayaraq, Yer səthinə 


163 
doğru yüklənmiş hissəciklərin böyük kütləsi atılır. Bundan 8 
dəqiqə sonra Amerika süni peyki GOES rentgen şüalarının 
zərbəsini qeydə alır. Rentgen şüaları adətən S, M və X adlı 
üç sinfə bölünür. Hər bir sinif özündən əvvəlkindən 10 dəfə 
qüvvətli olur. Elə buna görə  də dekabrın 5-də rentgen 
şüalanması şkalanın ən yuxarısına, 9-10 ballara çatmışdır. 
Belə rentgen şüalarının partlayışı tarixdə çox nadir hal-
larda baş verir. Xoşbəxtlikdən partlayış dalğası birbaşa Yer 
səthinə yönəlməmişdi. Dekabrın 7-də baş vermis ikinci part-
layış daha ciddi olmuşdur. Bu zərbə Günəş üzərində 3,5 mil-
yard km
2
 ərazidə yayılmışdır. Bu ərazi isə Yerin ərazisindən 
85 dəfə çoxdur. 
Bu iki partlayışdan gələn maqnit dalğaları, əgər 2004-cü 
il dekabrın 10-13-ü arasında olsaydı, onda o dalğalar birbaşa 
Yerə istiqamətlənmiş olardı. Bu partlayış dalğaların Yer 
səthinə bir başa istiqamətlənmədiyinə görə  bəşəriyyət  əziy-
yət çəkməmiş, bir neçə süni peyklərdə olan elektron cihaz-
ların korlanması ilə nəticələnmişdir. Qüvvətli sunami 1952-ci 
ilin payızında Kuril adaları və Kamçatkanın şərq sahillərini 
tutmuşdur. Sualtı  zəlzələnin ocağı nisbətən uzaq deyildi 
(Kuril-Kamçatka dərinliyi  ərazisində). Dalğa tezliklə Kuril 
adalarına və Paramuşir adasına yaxınlaşaraq,  ən çox 18 m 
yüksəkliyə qalxmışdır. 
Paramuşir adasında peçlər uçmuş, ev əşyaları tökülüb 
sınmış, insanlar çölə qaçmışlar. 
Paramuşirdə noyabrın 4-dən 5-nə keçən gecə əhali zəlzələ 
nəticəsində tələsik oyanaraq evlərdən çölə çıxmışlar. Peçlər, 
qab-qacaq, ev əşyaları dağılmış  və  qırılmışlar. Bir neçə 
dəqiqədən sonra məlumatsız  əhali evlərinə dönmüşlər. 
Amma sunamilər haqda məlumatı olanlar, əsasən balıqçılar 
dənizin sakit olmasına baxmayaraq, dağlara qalxmışlar. 
Zəlzələdən 45 dəqiqə sonra okean tərəfdən güclü uğultu 


164 
eşidildi və bir neçə saniyə sonra Şimali Kurilə böyük sürətlə 
nəhəng dalğa irəlilədi. Dalğaların ən hündür hissəsi şəhərin 
mərkəzi hissəsində olmuş və çayın dərəsinə qədər çatmışdır. 
Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır 
və özü ilə dağıtdığı  hər  şeyi aparmışdır. Boğazın dibi bir 
neçə yüz metr məsafədə boşalır, sakitlik yaranır. 15-20 
dəqiqədən sonra şəhərə daha qüvvətli 10 metr hündürlükdə 
olan ikinci dalğa gəlir. Bu dalğa daha böyük dağıdıcı qüv-
vəyə malik olmuş, bütün tikililəri dağıtmışdır. Dalğanın 
arxasında yalnız evlərin bünövrəsi görünürdü. 
Dalğa şəhərdən keçərək, dağın yamacına çatmış, sonra isə 
geri-çökəkliyə  çəkilmişdir. Burada su dövrəsi yaranmış  və 
dövretmədə tikililərin qalıqları  və kiçik gəmilər iştirak et-
mişlər. Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurmuş-
dur. Orada arxada qalmış bir neçə evi də dağıdaraq Kuril 
körfəzinə dolmuşdur. 
İkinci dalğadan bir neçə  dəqiqə sonra üçüncü daha zəif 
dalğa gəlir ki, bu da özü ilə sahilə çoxlu qırıntılar gətirir. 
1960-cı ildə Çili yaxınlığında baş vermis sunami də 
dəhşətli olmuşdur. Bu sunami nəticəsində nisbətən az adam 
ölsə də, əsasən Maulin çayının mənsəbində təqribən 1000-ə 
yaxın adamın batması güman olunur. Çili sahillərinə bir ne-
çə nəhəng dalğa hücum edir. Dənizdə ilk qabarma çox hün-
dür olmur. 4-5 m hündürlüyə qalxan dalğa 5 dəqiqə sakit 
qalır. Sonra isə dalğa geri çəkilir. Geri çəkilmə sürətli ol-
maqla bərabər, sovrulan su səsinə oxşar qüvvətli səslə 
müşahidə olunur. İkinci dalğa 20 dəqiqə sonra sahilə çırpılır. 
Sürət 5-200 km/s, hündürlük isə 8 m olur. 
Beləliklə yuxarıda yazılanlarda göründüyü kimi təbiətdə 
elə  təbii fəlakətlər vardır ki, onlar insanların fəaliyyətindən 
asılı olmayaraq yaranır və bunların qarşısını almaq mümkün 
olmur, həm də ki, böyük itkilərlə başa gəlir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə