154
konusvari hərəkət edir. Amma xətti istiqamətdə yox,
dalğavari istiqamətdə olur.
Lakin sunamilərin bir anlıq dağıdıcılıq fəaliyyətini hiss
etməmək olmaz. Ekologiya institutunun əməkdaşı Alessand-
ro Montemogjori qeyd edir ki, «Sahilə çatdıqda dalğalar
mütləq sahildə yaşayan dəniz quşlarının yuvalarını dağıdır».
Bir çox növ quşlar bu zaman nəsil artırırlar. Sunamilər
gəldikdə iri növlər xilas olsalar da, körpə balalar məhv olur
və bu da onu göstərir ki, bu il burada yeni nəsil olmayacaq.
Filippin pelikanlarına daha böyük ziyan dəymişdir, bu çox
az rast gəlinən növdür. Onlar indi məhv olmaq ərəfəsində-
dirlər. Hazırda onların cəmi 11 min ekzemplyarı qalmışdır.
Belə fəlakətli hadisələrdən bitki aləmi çox ziyan çəkir.
Qüvvətli dalğa xırda faunanı dağıdır. Onların populyasiyası
yalnız 40-50 ildən sonra bərpa oluna bilərlər. Bundan əlavə
duz torpağa hopmuş olur və yağışın yağmasını gözləmək
lazımdır ki, onu yusun. Buralarda yalnız kakos palması
(qozu) dalğalara dözür, çünki o, hətta okeanda üzə-üzə
yaşaya bilir. Mərcan adaları sunamilərdən daha çox ziyan
çəkirlər. Onların nazik və incə bədənləri onsuz da iqlim
dəyişikliklərinə və insan təsirinə məruz qalırlar.Yalnız sahil
zonaları geoloji prosesləri nöqteyi-nəzərdən qüvvətli
dalğalardan çox az zərər çəkmişlər.
Bəs insanları bu fəlakətdən necə xilas etmək olar?
Əgər bu dəhşətli dalğanın gəlməsi barədə insanlar heç ol-
masa 1 saat əvvəl xəbər tuta bilsələr, qurunun dərinliklərinə
gedə bilər, gəmilər isə açıq dənizə çıxa bilərlər. Sunamilərin
gəlməsini xəbər verməyə başqa dalğalar – Seysmik dalğalar
kömək edir. Bu dalğalarla birlikdə yaranır, lakin yerin təki
ilə, həm də sunamilərdən xeyli sürətlə hərəkət edirlər.
Novosibirsk alimləri yerin təki ilə yayılan dalğaların
köməyi ilə təhlükənin istiqamətini təyin etməyi öyrənmiş,
155
Nijni Novqorod şəhərindəki Tətbiqi Fizika İnstitutunun
mütəxəssisləri isə hesablama üsulu ilə sunamilərin sahildə
özünü necə aparacağını müəyyən edirlər. Buna əsasən sa-
hillərdə «böyük dalğanın» hansı yerdə daha təhlükəli olma-
sını aydınlaşdırmaq olar.
Məlumdur ki, hər 1000 sunami hadisəsinin 100-dən çoxu
fəlakətli nəticələri ilə fərqlənərək hər şeyi məhv edir, tikililər
və torpaq-bitki örtüyü dağılır (məs. 1993-cü ildə Yaponiya
sahillərində, 1952-ci ildə Kamçatkada və b.). Sunamilərin
80%-i Sakit okeanın kənarlarında baş verir. Ən çox da
Kuril-Kamçatka çökəkliyində olur.
İndoneziyada 26 dekabr 2004-cü il sunamiləri nəticəsində
ölənlərin sayı 173 min 981 nəfərə çatıb. İndoneziyada suna-
mi dalğaları ətraf mühitə 675 mln. ABŞ dolları məbləğində
zərər vermişdir.
Uzaq Şərqdə sunami əmələgələn rayon əsasən dar bir sa-
hədə Kuril Kamçatka çökəkliyinin qərb yamacları hesab
olunur. Bu ərazi sahildən 70 km məsafədə uzanmış, 90 km
enində zolaqdır. Bir çox fəlakətli sunamilər burada baş
verərək Kuril adalarına doğru irəliləyirlər.
Kuril adalarında sunamilər haqqında ilk məlumatlar 17
oktyabr 1737-ci ilə aiddir. O vaxt dalğaların hündürlüyü
onlarla metr olmuşdur. Sonrakı illərdə bu ərazilərdə 75 dəfə
sunami hadisələri baş vermişdir.
Keçən yüzillikdə ən nəhəng sunamilərdən biri 5 noyabr
1952-ci ildə Kamçatka yarımadası sahillərində baş vermiş-
dir. Ən çox zərər çəkmiş ərazi Paramuşir adasındakı Severo-
Kurilsk şəhəri olmuşdur. Şəhərə hücum etmiş dalğaların
hündürlüyü 10-15 m olmuşdur. Bəzi məlumatlara əsasən o
zaman şəhərdə 13 nəfər həlak olmuşdur. Bu dağıdıcı suna-
midən sonra Uzaq Şərqdə Rusiyanın sunamilərlə mübarizə
xidməti yaradılmışdır.
156
1960-cı il mayın 23-də Çili sahillərində yaranmış sunami
16 min km-dən çox məsafə qət edərək, 21-22 saatdan sonra
Rusiyanın Uzaq Şərq sahillərinə çatmışdır.
Dalğanın hündürlüyü 4,7 m olmuşdur. Sunami həmçinin
Oxot dənizinə keçmişdir.
9.5. Təbiətdə sunami dalğalarının vurduğu zərərlər
iqtisadi, ekoloji, mənəvi mahiyyət kəsb edir
Sunamilər əsasən dənizin titrəyişi və vulkan fəaliyyətin-
dən törənən, saatda 600-700 km sürətlə hərəkət edən, hün-
dürlüyü 30-40 m, bəzən daha artıq olan uzun dövrlü dalğa-
lardır (şəkil 13). Onlar Sakit okeanın hər iki sahili boyu
Kamçatkanın, Kuril adalarının, Saxalin adasının, Havay ada-
larının, Çilinin, Alyaskanın əhalisi üçün çox böyük təhlükə
yaradır (şək. 14, 16).
1996-cı ildə Yaponiyada hündürlüyü 29 m olan sunami
dalğaları San Riqo şəhəri sahillərinə çırpılmış və nəticədə 28
min adam həlak olmuşdur. Ümumiyyətlə, sunami yaponlara
yaxşı məlum olsa da 1993-cü ildə baş vermis sunami nəticə-
sində əhali qaçmağa macal tapmamış və Yapon adaları sa-
hillərində 200 nəfər ölmüş, 500-dən çox ev dağılmışdır.
Ölənlərin əksəriyyəti uşaqlar və yaşlılar olmuşdur. 1933-cü
iidə Akudzizi adasının cənub qurtaracağından 320 km
cənubda Toqo şəhərində dağıdıcı sunami baş vermis və xeyli
insan tələfatına səbəb olmuşdur. İndi həmin şəhər ətrafında
sunami dalğalarının qarşısını almaq məqsədi ilə 10 m 40 sm
eni, 24 m hündürlüyü olan divar tikilmişdir. Yayda divar
qızır, evlər bərk isti olur. Toqo şəhərində də Havay adaların-
da olduğu kimi tədqiqat obyekti vardır ki, orada gecə-
gündüz nəzarət aparırlar. Toqo şəhəri ətrafındakı divarlarda
6 iri qapı vardır. Həmin qapılar nəzarət postlarından verilən
xəbərlərə əsasən sunami dalğalarından 4 dəqiqə əvvəl bağla-
157
nır. Hazırda Akudzizi adasında da bənd tikilir.
9.5-ci cədvəldə ayrı-ayrı illərdə Dünya okeanında baş ver-
mis sunamilərin fəlakətli dalğalarının bəşəriyyətə vurduğu
ziyanlar haqqında bəzi məlumatlar verilmişdir. Burada
göstərilir ki, bunun nəticəsində 100 minlərlə insan tələf olur,
sunamidən dəyən zərərin miqdarı milyardlarla, dağılan evlərin
sayı minlərlə, batan gəmilərin, yaralananların sayı minlərlə
hesablanır. Sunami dalğalarının fəlakətlərindən ölən insanların
xatirəsini yad edərək həmin ölkələrin bəzilərində (xüsusilə
Amerika qitəsi sahillərində) suya işıq yanan kağız fənərlər
buraxılır və bu böyük bir ərazidə qəribə bir mənzərə yaradır.
1946-cı il aprelin 1-də Havay adaları ətrafında Xilas bux-
tasına saatda 640 km yol qət edən, hündürlüyü 30 m olan su-
nami dalğaları hücum etmişdir. Bu dalğalar 3800 km yol qət
edərək sahilə çırpılıb. Nəticədə buxta ətrafındakı bütün
rayonlar dağılmışdır. 159 insan tələf olmuşdur, onlardan 95-i
Xilas buxtasında həlak olmuşlar. Bu dalğaların gücü bəzən 960
km-ə çata bilir (cəd. 9.5.).
1960-cı ü mayın 22-də Çili ətrafında əmələ gəlmiş sunami
dalğaları, 11 m hündürlükdə su bombası kimi Havay adaları-
na çırpılır. Nəticədə 31 nəfər tələf olub. Ölkəyə 30 milyon
dollar ziyan dəymişdir. Ümumiyyətlə, keçən əsrdə hər yeddi
ildən bir orada sunami baş verib. İkinci dünya müharibə-
sindən sonra Havay adalarında sunamidən ölənlərin sayı
zəlzələdən ölənlərdən çox olub.
1964-cü ildə Alyaskadakı zəlzələ sunami yaradır. Dalğa-
nın hündürülüyü 24 m olmuşdur. Mart ayının 27-də dalğalar
Alyaska sahillərindəki (Sakit okeanm Şimal-Qərb sahillərin-
də) Kreysen Siti şəhərinə çatır və şəhər suyun altında qalır.
11 nəfər həlak olur, ölkəyə 7 milyon dollar zərər dəyir. Qa-
çıb xilas olmuş insanlar şəhərə qayıtdıqda orada şəhər yox
idi. Tarixdə Vaşinqton ətrafında 300 il bundan əvvəl sunami
olması məlumdur. Alimlərin fıkrincə Amerikanın şimal-qərb
Dostları ilə paylaş: |