Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

182 
ləndirmə başlığı olaraq ələ alınır. Bu cür beynəlxalq cəhd-
lərlə yanaşı Kosmos agentliklərinin başladığı  işlər də var. 
Məsələn, NASA və NASDA-nın (Yaponiyanın Kosmos 
Agentliyi) kosmik çirklənmə ilə bağlı nəşr etdiyi bələdçilər 
var. Rusiya, Fransa və b. ölkələr də bənzər bələdçilər hazır-
lama və inkişaf etdirmə işlərini davam etdirirlər.  
Kosmosdakı tullantıların ən təhlükəlisi hal-hazırda Peqa-
sus raketi hesab olunub. 1996-cı ildə parçalanan Peqasus 
raketinin müşahidə edilə bilən 668 hissəsi kosmosdakı  ən 
böyük tullantılardır. Bunlar beynəlxalq kosmos stansiyasın-
dan 500 km məsafədə yerləşir. 
Kosmik tədqiqatlarda istifadə edilən raketlərin yer atmos-
feri xaricinə çıxarıla bilməsi üçün birdən çox yanacaq tankı 
istifadə edilməkdədir. Mərhələ-mərhələ icra olunan bu yana-
caq tanklarının  əvvəlcə istifadə edilən hissələri atmosferdə 
raketdən ayrılaraq geri qayıdır, digər hissələr isə atmosfer 
xaricində buraxılır. Vəzifəsini yerinə yetirən hər parça 
kosmos boşluğunda bir göy cismi kimi tək qalmaqdadır. Çox 
yüksəkdə olmayan tullantılardan bəziləri zaman-zaman at-
mosferə daxil olur. Atmosferdə meydana gələn sürtünmə ilə 
yanmağa başlayan bu tullantılar bəzi insanlar tərəfindən 
UFO adlandırılır. 
Kosmosda çirklənmə yaradan obyektlərin sayı hər keçən 
gün bir az da artmaqdadır. Hər nə  qədər bu töküntülərin 
böyük bir qismi zamanla Dünyaya düşsə  də, Kosmos 
çirklənməsinin meydana gəlmə sürəti, yox olma sürətindən 
daha böyükdür. Birinci bölgə Yerdən 36000 km uzaqdakı 
bölgədir. Bu bölgənin  əsas xüsusiyyəti, buradakı peyklərin 
periodlarının 24 saat olmasıdır. Bu orbitdə 150-si raketin üst 
mərhələsi olmaqla, 700 böyük cisim müəyyən olunmuş  və 
kataloqlaşdırılmışdır. Bu bölgədəki töküntülərin sürətləri 
Aşağı Yer Orbitindəkilərlə müqayisədə daha azdır, saatda 


183 
7000 km-ə  qədər. Bu töküntülərin kosmos araşdırmaları 
baxımından yaratdığı təhlükə də çox azdır. 
Kosmos zibilliyində neçə  dənə ömürünü tamamlamış 
peyk olduğu bilinmir. Ancaq meteor toqquşması, maqnetik 
fırtına və bir-birilə toqquşmaları  nəticəsində bu peyklərin 
kiçik hissələrə parçalanmış olduqları güman edilir. Kosmos 
Komitəsinin 1968-ci ildə verdiyi qərara görə, hər dövlət 
Kosmosa göndərdiyi vasitələrə  nəzarət edilməsində  və geri 
qaytarılmasında məsuldur.  
Çirklənmə mövzusunda ortada müxtəlif təkliflər var, am-
ma üzərində razılığa gəlinən və tətbiq olunan ciddi bir plan 
yoxdur. Bu məqsədlə yaxın zamanlarda Almaniyanın Darm-
stadt şəhərində toplaşan müxtəlif ölkələrdən 200-ə qədər elm 
xadimi kosmos tullantılarının necə aradan qaldırıla biləcə-
yinə dair təkliflər irəli sürmüşdür. Bütün kosmos agentlik-
lərinin razılaşdığı nöqtə ilk mərhələdə kosmos çirklənmə-
sinin artım surətinin qarşısını almaqdır. Kosmos agentlikləri 
bundan sonra kosmosa çıxacaq vasitələrin göndərilmələri və 
orbitə yerləşdirilmələri əsasında kosmosu ən aşağı səviyyədə 
çirklətmələrini təmin edəcəklər. Xüsusən də, bundan sonra 
ömrü tükənən peyklərin və kosmik vasitələrinin Yerə düş-
mələri təmin ediləcək. Sonra isə yerinə yetirilməsi əsas olan 
bu günkü çirkliliyin aradan qaldırılmasıdır. Ancaq bu 
«təmizlik» texnoloji və daha çox da iqtisadi bir mövzudur. 
Bunun üçün müxtəilf təkliflər mövcuddur. Amma bütün 
bunlar hələlik düşüncə  məsələsində olan proyektlərdir. Rus 
tədqiqatçıları bu problemin həlli üçün beynəlxalq müşahidə 
sistemi qurulması təklifini irəli sürmüşlər.  
Kosmosun sülhpərvər məqsədlərlə istifadəsini nəzərdə 
tutan beynəlxalq qanun Birləşmiş Millətlər Təşkilatının 
ümumi orqanlarında 1961 və 1963-cü illərdə qəbul etmişdir. 
Təşkil edilməsində okeanların və Antarktikanın sülhsevər 


184 
məqsədlərdə istifadəsi üçün yaradılan beynəlxalq qanunu da 
kosmosda beynəlxalq əməkdaşlığı nəzərdə tutur. 
Kosmosda nüvə sınaqları bu qanunla qadağan edilmişdir. 
Hər dövlət kosmosda sülhpərvər fəaliyyət üçün bərabər 
hüquqlara sahibdir. Həmçinin kosmos stansiyalarına və göy 
cisimlərinə nüvə silahı yerləşdirilməsi və orada hərbi əsaslar 
qurulması bu qanunla qadağan olunmuşdur. Çətin vəziy-
yətdə qalan kosmonavtlara hansı müddətdə olursa olsun, 
kosmosda yardım ediləcəyi qəbul edilmişdir. Bundan başqa, 
qanun ölkələrin öz kosmik vasitələri tərəfindən kosmosda və 
Yer səthində verdikləri və verəcəkləri zərərlər üçün məsul 
tutulacaqlarını da nəzərdə tutur. 
Rusiya Kosmos Agentliyi Roskosmosun internet saytında 
verilən məlumatda kosmosu Çindən sonra ən çox çirkləndirən 
2 ölkənin ABŞ  və Rusiya olduğu qeyd olunur. Şərhdə 
Kosmosdakı tullantıların yüzdə 93%-in bu 3 ölkədən qaynaq-
landığı göstərilərək, «Təxminlərə görə, tullantıların 40%-ni 
Çin, 27,5%-ni ABŞ, 25,5%-ni Rusiya, 7%-ni isə kosmik 
tədqiqatlara qatılan digər ölkələr yaradır» deyilmişdir.  
 
10.5. Orbitdə toqquşma və partlayışlar 
 
24 iyul 1996-cı ildə  təxminən 660 km yüksəklikdə iyul 
1995-ci ildə buraxılmış günəşin sinxron orbitinə fransız 
CERİSE peyki ilə, başqa bir fransız peyki – 1986-cı ildə or-
bitə çıxmış «Arian» raketinin üçüncü pilləsinin fraqmentləri 
ilə toqquşması baş vermişdir. Toqquşma zamanı obyektlərin 
nisbi sürəti 15 km/s-a yaxın və ya 50000 km/saat olmuşdur. 
İlk dəfə olaraq insanın kosmik fəaliyyətinin 39-cu ilində 
Kosmosda toqquşma problemi həqiqətə çevirldi. Təbii səma 
cismləri kimi, həm də süni peyklərin dağılmış parçaları öz 
müşahidə sistemini tələf edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə