Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

176 
texnikanın nailiyyətlərindən geniş istifadə edilməklə  həyata 
keçirmək mümkündür. 
Kosmik informasiya vasitəsilə  təbii mühitin öyrənilməsi 
üçün bizim respublikamızda  əlverişli imkanlar vardır və o 
nəhəng bir laboratoriyanı xatırladır. Yer üzərində 14 iqlim 
tipinin 9 – oxşarlığına və dünya torpaq tiplərinin əksəriyyətinə 
respublikamızda rast gəlinir. Onun kənd təsərrüfatı da olduqca 
zəngindir. O da təsadüfi deyildir ki, keçmiş SSRİ-nin məşhur 
alimləri ətraf mühitin qorunmasında kosmik vasitələrin tətbiq 
olunması məsələləlrini çox vaxt Bakıda həll edirdilər. Bu işdə 
Azərbaycan Elmlər Akademiyası  Təbii Ehtiyatların Kosmik 
Tədqiqi institutunun böyük xidmətləri olmuşdur. 
Aerofotoşəkillərdən istifadə edərək torpağın öyrənilmə-
sində qazanılmış müvəffəqiyyətlər sonradan onun böyük 
dəqiqliklə kosmosdan öyrənilməsi üçün də geniş imkanlar 
yaratmışdır. 
Hazırki dövrdə torpağın öyrənilməsində kompleks, başqa 
sözlə desək, çoxmərtəbəli tədqiqat vasitələrindən – yerüstü 
müşahidələr, təyyarə, helikopterlər və  nəhayət, kosmik gə-
milərdə  və süni peyklərdə qoyulmuş mürəkkəb cihazlardan 
istifadə edirlər. 
BMT-nin məlumatlarına görə torpağın eroziyası  və  şor-
laşması  nəticəsində hazırda planetimizin artıq 500 mln.ha 
qədər  əkin sahəsi tamamilə  sıradan çıxmışdır. Aerokosmik 
üsulla torpaq eroziyasının öyrənilməsinin respublikamız 
üçün də böyük əhəmiyyəti vardır. Çünki, onun əkin sa-
həsinin 60%-ə  qədəri dağlıq  ərazilərdə yerləşir. Müxtəlif 
vaxtlarda çəkilmiş aerokosmik fotoşəkillər xətti eroziyanın 
dinamikasını  və yarğanların inkişaf xüsusiyyətlərini aşkar 
etməyə imkan verir. 
Kosmik informasiya vasitələri həmçinin, atmosferdə mü-
şahidə edilən bir sıra proseslər nəticəsində əmələ gələn təbii 


177 
fəlakətləri də vaxtında qeydə almaqla (sel, ildırım, quraqlıq 
və s.) kənd təsərrüfatının inkişafına təkan verir. Aerokosmik 
fotoşəkillərin kənd təsərrüfatında  ən böyük rolu onların 
əsaslında müxtəlif təsərrüfat xəritələrinin hazırlanmasının 
mümkün olmasıdır. Bu sahədə  məqsədəuyğun metodikanın 
işlənib hazırlanması üçün kosmik gəmilərdən alınmış məlu-
matlarla yanaşı bir sıra kənd təsərrüfatı poliqonlarında 
(Arizona, Kaliforniya, Marikon və s.) bir neçə il müddətində 
hər 10 gündən bir aerofotoşəkillər və başqalardan istifadə 
edərək yerüstü fotoşəkillər çəkilmişdir. 
Planetimizin meşə sahəsi, planetimizin cəmi – 10%-dən 
az hissəsini tutur. Spektrozonal kosmik fotoşəkillər yaşıl 
sərvətimizin daha yaxından öyrənilməsi üçün geniş imkanlar 
yaradır.  İlin fəsillərindən asılı olaraq bitkilərdə baş verən 
dəyişikliklər, məs. yarpaqların payızda saralması, ilin isti 
vaxtında göyərməsi və qışda tökülməsi müxtəlif diapazonlu 
kosmik  şəkillərdə aydın nəzərə çarpır. Aerokosmik nəzarət 
həyatımızın yaşıl mühafizəçilərinin daha da artırılmasına, 
onların inkişafına və daha səmərəli qorunmasına kömək 
edir. Aerokosmik şəkillərdə vizual və instrumental deşifrə 
vasitəsilə çay terrasları, deltaları, qədim və müasir çay gə-
tirmə konusları da ayırd olunur. Bu üsulun köməyilə  səh-
ralarda sular səthə yaxın olduğu yerlər kosmik cihazların 
köməyilə müəyyən edilir.  
 
10.4. Kosmik ekologiya və kosmosun çirkləndirilməsi 
 
1957-ci ildə Yer kürəsinin ilk süni peykini buraxan vaxt 
onun orbitini alimlər təqribi bilirdilər. Peyk buraxıldıqdan 
sonra müşahidəçilər qrupu peykin təqribən görünə biləcəyi 
yerə gedərək, səmanın görünən hissəsini öz aralarında 
böldülər. 


178 
Beləliklə, peykin səmada görünəcəyini gözləyirdilər. Bu-
nunla da onlar aydınlaşdırdılar ki, peyk Yer kürəsinin hansı 
yerində  və hansı rayon üzərindən uçur və alınan məlu-
matlarla az dəqiqliklə  də olsa onun orbitini aydınlaşdırmaq 
mümkün oldu. Sonrakı illər Yerin yeni süni peykləri burax-
mış, Yerə siqnal göndərməyi dayandırmış (qüvvəsi tükən-
miş) ilkin peyklərə isə maraq azalmış  və tezliklə onların 
hansı orbitada uçmalarını bilən olmamışdır. Süni peyklərlə 
yanaşı yaxın Kosmosda daşıyıcı – raketlərin yuxarı pillələri 
qalmağa başladı  və onların orbitlərini artıq heç kim öyrən-
mirdi. 1961-ci ildə ABŞ-ın daşıyıcı «Tranzit» tipli raketinin 
ilk partlayışı baş verir, 1964-cü ildə planlaşdırılmış (yerdən 
komanda ilə) partlayışı baş verdi. Beləliklə, Yer ətrafı or-
bitdə yayılmış, lakin heç kəsi maraqlandırmayan  əşyaların 
sayı artmağa başlayır. İlk zamanlar bu hadisələr nə alimləri, 
nə kosmik gəmilərin layihəçilərini, nə  də ki, ictimaiyyəti 
maraqlandırmadı. Kosmosun çirklənməsi problemi ilə yalnız 
keçən əsrin 80-ci illərində danışılmağa başlanılır, çünki Yer 
ətrafı boşluqda yaranmış  vəziyyət  ətraf mühitə, sadəcə 
olaraq Yerin əhalisinə təhlükə yaratmağa başlanmışdır. 
1978-ci ildə «Kosmos – 954» peyki Şimali Kanadanın 
tayqa zonasına, bir il sonra isə «Skayleb» adlı amerikan 
kosmik stansiyasının qalıqları (tör-töküntüsü) Avstraliyanın 
səhra rayonlarına səpələnmişlər, 1964-cü ildə isə ABŞ-ın 
nüvə enerji mənbələri olan nəqliyyat peykinin səhv bura-
xılması  nəticəsində radioaktiv materiallar Hind okeanı 
üzərinə  səpələnmişdir. Hazırda yerətrafı kosmosda çirklən-
dirmə problemlərinin aktual olması bir çox beynəlxalq 
təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq astronomiya 
ittifaqı, KOSPAR və b. tərəfindən qəbul olunmuşdur. Son 
onilliklərdə bu əhəmiyyətli problem BMT-nin kosmik 
fəzanın istifadəsi üzrə Komitəsində və onun elmi-texniki və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə