Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   55

185 
Öz enerji resursları tükənmiş peyklər orbitə buraxıldıqdan 
20 ildən çox dövr etdikdən sonra dağılırlar və onlar kosmik 
zibil («Tranzit», NOAA, «Kosmos», «Vostokların» yuxarı 
pilləsi) hesab olunurlar. Müxtəlif peyklər nəzarətdə olan 
müxtəlif miqdar dağılmış hissələr verirlər (6-dan 50-yə 
qədər və çox). Bəzi iri hissələr ayrı nömrə ilə kataloqa daxil 
edilirlər. 
Yerətrafı kosmosun çirkləndirilməsi raketlərin buraxıl-
ması üçün istifadə olunan gücün artması ilə artır. «Delta» 
raketləri sistemlərinin ikinci pilləsinin partlayışları (yanaca-
ğın qalması  və qazmanın mövcud şəraitindən asılı olaraq) 
kosmosa 1300 müşahidə olunan və kataloqlaşdırılmış fraq-
mentlər  əlavə etmişlər. Həmin bu səbəblər də keçən  əsrin 
90-cı illərində «Titan», «Kosmos», «Proton», «Zenit», «Ro-
kot», «Peqas» tipli raketləirn yuxarı pillələrinin partlamasına 
səbəb olmuşdur. Yuxarıda qeyd etdik ki, geosentrik orbitdə 
yerləşən peyklər təbii səma obyektləri tərəfindən xüsusi 
bombardman olunurlar. 
Bir neçə kosmik layihələr həyata keçirilmişdir ki, aşağı 
orbitdə pilotlarla idarə olunan kosmik zibilin mövcudluğu 
öyrənilsin. Xüsusilə də 1990-cı ilin aprelində peykdə qoyul-
muş ümumi sahəsi 130 m
2
 olan xüsusi platformanın səthində 
0,5 mm-dən böyük həcmli hissəciklərin 35 min-dən çox 
zərbəsi qeydə alınmışdır. Analizlər göstərmişdir ki, səthə 
dəyən hissəciklərin «Kraterləri» həm süni, həm də  təbii 
mənşəli hissəciklərinin zərbələrinin nəticəsində yaranmışlar 
(o cümlədən də nüvə reaktorlarından dəyən zərbələr). Yerə 
düşən iri kosmik zibilə (1 m
2
 en kəsiyi olan) gəldikdə isə, 
onlar orta hesabla həftə  ərzində bir dəfədən az düşmürlər. 
Əfsuslar olsun ki, zibillərin düşmə vaxtı, düşmə yerlərini 
təyin etmək mümkün olmur. 
Rusiya EA və NASA-nın institutlarında aparılmış  tədqi-


186 
qatlar bu fikrə gəlməyə imkan verdi ki, alçaq yerətrafı orbitdə 
olan kosmik zibilin 40%-dən çoxu - raketlərin ikinci pillələ-
rinin və orbitdəki peyklərin partlaması nəticəsində əmələ gəl-
miş qəlpələrdir. Bəs onda geosentrik orbitdə dövr edən peyk-
lərlə  nə hadisə baş verir? Geostasionar iş rejiminin vəziy-
yətində olan peyklər bütün hallarda korrektə olunduqları üçün 
(onları «aktiv» sayılırlar) nisbətən kiçik sürətə (– 5 m/s-dan 
az) malikdirlər. Öz aktivliyini itirmiş (onlar «passiv» adlan-
dırırlar) peyklərin orbitaları səma qanunları mexanizmlərinin 
qanunları ilə  dəyişməyə, təkamül etməyə başlayırlar: orbitin 
yastılığı 52 illik dövrlə və 15
0
-lik amplituda ilə dəyişir.  
Geostasionar orbitlərə peyklər 1963-cü ildən buraxılır, bir 
ildən sonra isə onlardan bəziləri artıq aktiv ola bilmir və 
onların orbiti dəyişir (təkamül edir). Bu ona gətirdi ki, 90-cı 
llərdə onların orbitləri yenidən geosentrik orbitlərə yaxınlaş-
mışlar və XXI əsrin ilk onilliyindən bu proses kütləvi xa-
rakter alır. Bu zaman fəaliyyət göstərən obyektlərin fəaliy-
yətini başa vurmuş obyektlərlə toqquşması üçün əlavə  təh-
lükə yaradırlar ki, bunun da nəticəsində kosmik aləmin yeni 
zibilləri əmələ gəlir. Ona görə də geostasionar orbitdə dövr 
edən bütün peykləri və onların hərəkətini nəzarətdə saxla-
maq lazımdır. Belə  nəzarəti iri fotoqrafik kamera ilə geniş 
profillə etmək mümkündür. Bir gecə  ərzində onlar geo-
stasionar orbitadakı bütün ərazidə stansiyadan görünən 
tərəfə nəzarət etməyə imkan verirlər. 
 «Kosmik obyekt» terminini müəyyənləşdirərkən, «Kos-
mik obyekt» anlayışının tərkib hissəsi kimi, həmçinin onu 
daşıyıcı vasitələr (daşıyıcı-raketlər) və onun hissələri (pillə-
lər və onların ayrı-ayrı hissələri) fəaliyyət göstərmirsə  də, 
Konsepsiya kosmosa aparat buraxan və Kosmosu çirklən-
dirən dövlət üzərində potensial məsuliyyət saxlayır. 


187 
XI FƏSİL 
DÜNYANIN SƏHİYYƏ PROBLEMLƏRİ 
 
İnsanlar bütün tarix boyu müxtəlif kütləvi xəstəliklərdən 
zərər çəkmişlər. XX əsrin sonu isə insanlar üçün daha 
təhlükəli xəstəliklər törətmişdir. 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa belə tə-
rif verir: «Sağlamlıq xəstəlik və fiziki defektlərin olmaması 
ilə yanaşı, həm də fiziki, ruhi və sosial sağlamlıq deməkdir. 
Vətəndaşların sağlamlığı milli və dünyəvi məfhumdur». 
ÜST – eyni zamanda qeyd edir ki, əhalinin sağlamlığı 
50% həyat tərzindən, 20% - genetik amildən, 10% səhiyyə 
təşkilatından və 20% ətraf mühitin vəziyyətindən asılıdır. 
Sağlamlıq probleminin qlobal xarakter daşıması digər 
problemlərdən  əvvəl yaranmışdır. Ticarətin coşğun inkişaf 
etdiyi və Böyük Coğrafi kəşflər dövründən dünyada bir çox 
epidemiyalar yayılmış, lakin onlara qarşı milli mübarizə təd-
birləri kifayət qədər olmamışdır. Bu zaman bütün bəşəriy-
yətin sağlamlığını qorumaq üçün səylər tələb olunurdu. 
XIX  əsrin ikinci yarısında L.Paster vaksinin köməyi ilə 
yolxucu xəstəliklərə tutulmamaq qabiliyyətini yaratmaq 
prinsipini əsaslandırdı və J.J.Meçnikovun ilk immunitet nə-
zəriyyəsi meydana gəldi. Bu elmi kəşflər qara çiçək, vəba, 
taun, tetanus, titrətmə-qızdırma kimi bir çox qorxulu yo-
luxucu xəstəliklərin qarşısını almağa imkan verdi. Yaxın 
vaxtlara qədər bəzi xəstəliklərin, məsələn, malyariya, qrip, 
zöhrəvi xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa 
müvəffəq olunmamışdır.  
Hazırda dünyanın bütün ölkələrində superurbanizasiya, 
zülal aclığı, ərzaq, içməli su problemi, demoqrafik partlayış 
və s. qlobal problemlər başlayıb. Biosferdəki bu dəyişiklik-
lər yeyinti məhsullarını yararsız hala salıb, insan və hey-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə