Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   55

198 
sərvətlər axtarmaqla məşğul olmuşlar və demək olar ki, on-
ların hamısı Böyük Britaniya, Fransa və Hollandiya da daxil 
olmaqla öz xarici təcavüzkar siyasətlərində narkotikləri öz 
xərclərini ödəmək üçün ucuz vasitə kimi istifadə etmişlər. 
Bununla  əlaqədar  İngiltərədə 1860-cı ildə opiumdan başqa 
xəstəliklərə nisbətən iki dəfə çox insan ölmüşdür. Bu rəqəm 
1880-ci ildə əhalinin 14%-ni təşkil etmişdir.  
Xəstələrə ağrı kəsici kimi morfinin geniş tətbiq olunması 
Rusiyada XIX əsrdə bu maddəyə  həvəsi artırmış  və onu 
«əskər xəstəliyi» adlandırmışlar, morfinizm isə tipik 
alkoqolsuz narkomaniya əhəmiyyəti daşıyırdı. 1937-ci ildə 
Çində opium istifadəçilərinin sayı 4 milyon nəfərdən çox 
olmuşdur. 1931-1942-ci illərdə Almaniyada dörd milyondan 
çox narkoman qeydə alınmışdır (buraya alkoqolla xəstə 
olanlar aid edilməmişdir).  İkinci Dünya müharibəsindən 
sonra ABŞ  və Finlandiyada heroindən geniş istifadə olun-
ması müşahidə olunmuşdur. ABŞ Senatının xüsusi Komis-
siyası 1956-cı ildə ABŞ-da 600 mindən çox narkoman oldu-
ğunu (alkoqol xəstələr nəzərə alınmır) göstərmişdir. Bəzi 
ekspertlərin hesablamalarına görə ABŞ-da o vaxtlar faktiki 
olaraq 1 milyona qədər narkoman olmuşdur. Hindistanda 
1952-ci ildə  rəsmi olaraq iki milyondan çox xəstə insan 
olduğu qeyd olunmuşdur. İndoneziya və Myanmada (Birma) 
dəqiq olmayan rəsmi məlumata əsasən yarım milyona qədər 
opium istifadə edən insan olmuşdur. BMT-nin narkotiklər 
üzrə Komitəsinin məlumatına  əsasən 1950-ci illərin  əvvəl-
lərində opium istifadəsi ilə daha ağır vəziyyət İranda qeydə 
alınmışdır. Orada əhalinin 20%-ə  qədəri opium yetişdirmiş 
və istifadəçisi olmuşlar. 1950-ci illərin sonuna yaxın İçveç-
rədə  ağrıkəsici medikamentlərdən istifadə  hərisliyi elə 
artmışdır ki, o da alkoqolizm kimi kütləvi xarakter almışdır. 
1980-ci illərin sonlarında Yaponiyada yarım milyona yaxın 
narkoman olması göstərilmişdir. 


199 
ABŞ-da geniş qəşiş epidemiyası Vyetnam müharibəsi ilə 
əlaqələndirilir. 1994-cü ildə Polşada müxtəlif qiymətləndir-
mələrə əsasən 10 mindən 21 minə qədər insan narkomaniya 
ilə xəstə olub. Həm də ki, xəstələrin 90%-i narkotikləri vena 
daxilinə yeritməyi üstün tutmuşlar. 
1999-cu ildə Ukraynada tibb müəssisələrində  nəzarətə 
götürülmüş narkomanların ümumi miqdarı 83 min nəfərə 
çatmışdır ki, onların da 4 mindən çoxu həd-buluğa çatmamış 
gənclər olmuşdur. 
Asiya ölkələri içərisində Hindistan xüsusi yer tutur. Bu 
ölkə  ərazisində, beynəlxalq razılaşmaya  əsasən, hər il 678 
tona qədər opium başqa ölkələrə satılmaq üçün istehsal 
olunur. Hindistanda heroin istifadəçiləri  əhalinin ümumi 
sayınadan 1%-dən çox təşkil edir. Tayland və Birmanın 
payına narkomanların 7%-i düşür. 
Rusiyada narkotiklərin yayılmasının öz xüsusiyyətləri 
vardır. Rusiyada uzun illər narkomaniyanın inkişafı zəif idi: 
1965-ci ildə burada 10,0 min nəfər narkomaniya ilə  xəstə 
qeydə alınmışdı. 1975-ci ildə bu xəstələrin sayı 1,5 dəfə 
artmış  və 14,8 min nəfər, 1985-ci ildə narkormanların sayı 
dəyişməmişdir. 1985-1988-ci illərdə keçmiş SSRİ-də narko-
maniya ilə  xəstələnənlərin sayı 3,7 dəfə artmışdır. 1988-ci 
ildə SSRİ-də 50 minə  qədər insan qeydiyyatda olmuşlar. 
1985-1991-ci illərdə narkomaniya ilə xəstələnənlərin sayı iki 
dəfə artaraq, 1991-ci ilin əvvəlinə 28,3 min nəfərə çatmışdır. 
XX  əsrin sonuncu onilliyində Rusiya siyasi, sosioloji və 
iqtisadi gərginliyə  məruz qalmışdır. 1991-2000-ci illərdə 
narkomaniya ilə xəstələnlərin sayı 9 dəfə artmışdır. Rusiya-
da narkomaniya ilə  xəstələnənlərin sayı 270 min nəfərə 
çatmışdır. 2000-ci ilin axırına Rusiyada 2 milyon insan 
narkomaniya xəstəsi olub.  
Yazılanlardan göründüyü kimi keçmiş  əsrlərdən fərqli 
olaraq XX əsrdə, xüsusilə onun sonlarında narkomaniyanın 


200 
ictimai təhlükə  dərəcəsi xeyli artmış  və dünyəvi xarakter 
almaqdadır.  
Bu proses xüsusilə gənclər arasında «Ağ ölümün» (tiryək, 
həşiş, heroin, kakoin və s.) yayılmasına səbəb olmuşdur. Bu 
xəstəliyin yayılma sürəti və coğrafiyası o, qədər sürətlə 
dəyişir ki, bunların uzunmüddətli statistik rəqəmlərini belə 
düzgün söyləmək çətindir. 
Məlumdur ki, narkomaniya insanlara, xüsusilə gənc yaş-
larında çox böyük əxlaqi zərər vurur, onların mənəviyyatının 
pozulmasına, müalicəsi çətin xəstəliklərə tutulmasına,  ən 
əsası isə ayrı-ayrı ölkə  və regionlarda cinayətkarlığın və 
digər xoşagəlməz proseslərin güclənməsinə səbəb olmuşdur. 
Hazırda Kolumbiya, Əfqanıstan, İran, Tacikistan, Myanma, 
Hindistan və s. kimi ölkələrin dağlıq  ərazilərində istehsal 
olunan narkotik maddələr ağılagəlməz yollar və üsullarla 
dünyanın bütün ölkələrinə aparılır. Bu maddələrin  Şimali 
Amerika və Avropanın bir çox ölkələrinə, Rusiyaya və digər 
regionlara daşınmasının getdikcə artması böyük təhlükə 
doğurur. Narkotiklərin yayılması get-gedə daha yeni-yeni 
ölkələri əhatə edir. Məlumdur ki, narkotik maddələr istehsal 
edən regionlarda sosial-iqtisadi səviyyənin aşağı olması, 
qeyri-siyasi vəziyyətin mövcudluğu bu biznesin daha geniş 
vüsət almasına imkan yaradır. BMT narkotik maddələrdən 
istifadə edənlərə nəzarət üzrə xüsusi fond yaratmışdır.  
Əfsuslar olsun ki, Azərbaycan da bu dünyəvi, qlobal bə-
ladan xilas ola bilməmişdir. Azərbaycanın səlahiyyətli or-
qanlarının rəsmi məlumatına  əsasən 2012-ci ilin sonuna 
respublikada narkomanların sayı 27 min nəfərə çatmışdır. 
Ən təhlükəlisi isə budur ki, son illər respublikada narkotik 
xəstələrin yaşı xeyli cavanlaşmışdır. Mütəxəssislərin fikrin-
cə narkotik maddələrin istifadəçilərinin artması  səbəblərin-
dən biri də respublikanın geosiyasi mövqeyi göstərilir. Belə 
ki, Azərbaycan narkobiznesin kəsişmə nöqtəsində yerləşir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə