Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   55

188 
vanlar arasında infeksion və invazion xəstəliklər çoxalıb, ye-
ni, indiyədək elmə  məlum olmayan, uzunmüddətli müalicə 
tələb edən dəhşətli, faciəli xəstəliklər (QİÇS, quş qripi, 
atipik pnevmaniya, sarı qızdırma, dəli dana-inək quduzluğu, 
hepatitlər və s.) uşaqlar arasında müşahidə olunan genetik 
xəstəliklər (talassemiya, hemofiliya, anumiliyalar, teratogen 
xəstəliklər, immun çatışmazlıqları), o cümlədən ekoloji mü-
hitin təsirindən bəzi xəstəliklər (şəkərli diabet və mineral ça-
tışmazlığı, uşaqların ölü və vaxtından əvvəl doğulması və s.) 
müşahidə edilir və bəşəriyyəti təlatümə gətirir. 
Statistika məlumatlarına  əsasən XX əsrdə bir çox yeni 
xəstəliklər – onkoloji, SPİD (QİÇS), infeskion meningit, al-
koqolizm, narkomaniya, quş qripi, donuz qripi və s. peyda 
olmuşdur. Həm də xəstəliklər onsuz da ölüm hadisəsi (uşaq 
ölümü) daha da çox baş verən inkişaf etməkdə olan (İEO) 
ölkələrdə geniş yayılmışdır. Bunlardan QİÇS ən müasiridir. 
Spidin yayılması səbəbləri müxtəlif faktlarla izah olunur və 
ayrı-ayrı nəzəriyyələr irəli sürülür.  
BMT-nin QİÇS üzrə Birləşmiş Proqramının (UNAİDS) 
məlumatına görə, xəstəlik müşahidə olunandan (1959, 
Afrika) indiyədək dünyada 60 milyondan çox insan bu 
xəstəliyə yoluxub, indi hər gün 24 yaşınadək 6000 gənc və 
15 yaşınadək 2000 uşaq və yeniyetmə bu xəstəliyə yoluxur. 
Artıq planetin 10 mln. əhalisi bu bəladan dünyasını dəyişib. 
Respublikamızda rəsmi 2012-ci ilin sonuna olan məlumata 
əsasən QİÇS-lə  xəstələnmiş 650 nəfər yerli və  əcnəbi 
vətəndaş qeydiyyata alınıb. 
Bəşəriyyət əvvəllər alimlərin diqqət mərkəzindən yayınan 
və hazırda çox ciddi real təhlükəyə çevrilən H5N2 virusunun 
törətdiyi quş qripi xəstəliyi ilə qarşılaşıb. Bu xəstəlik 1918-
ci ildən etibarən müşahidə olunmaqla indiyə  qədər dünya 
üzrə 40 milyon adamın ölümü ilə nəticələnib. Bu gün həmin 


189 
xəstəlik dünyanın bir çox ölkələrində, o cümlədən Azərbay-
canla qonşu olan Türkiyə  və  İranda da quşlar arasında 
yayılaraq respublikamız üçün də ciddi təhlükə yaradır. 
Bu xəstəliklə  əlaqədar irəli sürülən nəzəriyyələrdən biri 
son illər Pitsburq Universitetinin (ABŞ) professoru – 
radioloq Sternqlass və Birminhem Universitetinin (AFR) 
fiziki, doktor H.Şqer tərəfidən formalaşdırılmışdır. Onların 
söylədikləri nəzəriyyəyə  əsasən QİÇS-in virusu hidrogen 
bombalarının partladılması  nəticəsində atmosferin yuxarı 
qatlarına atılmış radioaktiv atom və başqa kimyəvi element-
lərdən və  bəlkə  də insanlar üçün zərərsiz ilkin – virusa ra-
dioaktiv stronsiumun təsiri nəticəsində əmələ gəlmişdir. Bu 
radioaktiv nukleidlər Yer kürəsinə hava vasitəsilə daxil olur.  
Mütəxəssislərə görə dünyada yüz milyonlarla insanın və-
ziyyəti yaxşı deyildir. İnkişaf etmiş və inkişaf etməkdə olan 
ölkələrdə  səhiyyənin səviyyəsində böyük uyğunsuzluqlar 
vardır. Belə ki, Afrikanın şimal-şərqində yerləşən Efiopiya-
da insanların yaşayış  həddi 45 yaş, Yaponiyada isə 80 yaş 
göstərilir. Cavan yaşlarında Hindistanda ölüm hər 1000 nə-
fərdən 80, İsveçdə isə 5 adam qiymətləndirilir. Bu ölkələrdə 
ixtisaslaşmış  həkimlər və  səhiyyənin vəsaitlə (pulla) təmin 
olunmasında da böyük fərqlər mövcuddur. Belə ki, inkişaf 
etmiş ölkələrdə (İEÖ) 520 adama 1 həkim düşür, səhiyyəyə 
Ümumi Milli məhsulun 80%-i, inkişaf etməkdə olan ölkə-
lərdə isə 17 min adama 1 həkim, səhiyyəyə Ümumi Milli 
məhsulun cəmi 1% yönəldilir. 
Bir çox alimlər dünyada sağlamlığın böhran həddinə çat-
masını göstərir. Bu əsasən inkişaf etməkdə olan ölkələrə aid-
dir. Bunun səbəbi qidanın çatışmaması ilə əlaqədar əhalinin 
çox hissəsində xəstəliklər və vaxtsız ölüm hadisəsi, çirklən-
miş su xidmətinin adekvat olmaması; inkişaf etmiş ölkəlrədə 
xərçəng (onkoloji xəstəliklərinin 80%-i ətraf mühitin vəziy-


190 
yətindən asılıdır), ürək-damar və allergiya xəstəliklərinin 
statistikasında birinci yeri əsasən qeyri infeksion, inkişaf 
etməkdə olan ölkələrdə isə infeksion xəstəliklər tutur. 
Ekoloji problemlərin tarixi faktiki olaraq yolxucu xəstə-
liklərlə daimi mübarizə tarixidir. 
Pozulmuş ətraf mühitə canlı orqanizmlərin özlərini müha-
fizə mexanizmi də təsir edir. Başqa sözlə desək, insanın və 
ev heyvanlarının xəstəliyi əsas etibarilə ətraf mühitlə əlaqə-
dardır. 
Bir çox bakteriyaların viruslarının yayılması su və hava 
vasitəsilə baş verir. 
«Qara ölüm» - «Çuma» qədim zamanlarda bir çox xalqla-
rın, dövlətlərin və sivilizasiyaların həyatına son qoymuşdur. 
Tarixi faktlara müraciət etsək, görərik ki, 1348-ci ildə Çü-
ma xəstəliyi  İtaliyadan Avstriyaya, oradan da Bavariyaya 
keçmişdir. Sonra Venada tuğyan edib. Şəhərdə  və onun ət-
raflarında onun əhalisinin 1/3-i sağ qalmışdır. Cəsədlərdən 
xilas olmaq üçün onları, hərəsi min nəfər olmaqla ümumi 
qəbirlərə atırdılar. 
1350-ci ildə Çuma xəstəliyi Frislandiya və Şelezviq-Qolş-
teyn  əyalətlərinə çatır. Burada epidemyia o qədər qüvvətli 
olmuşdur ki, hətta bu hadisədən 20 il keçməsinə baxayaraq 
evlər hələ də boş qalmışdı.  
Çuma xəstəliyi daha dəhşətli nəticələri İngiltərədə və xü-
susilə İrlandiyada qoymuşdur. Yoluxma elə qüvvətli olmuş-
dur ki, xəstəyə bir dəfə toxunan insan tezliklə özü ölürdü. 
Ölümün qorxusu insanları öz yaxınlarını da sevməyə mane 
olurdu və ölənlər qarşısında axırıncı köməklərini də göstərə 
bilmirdilər. 
Şərqdə (Çində) başlamış «qara ölümün» yolu uzaq İslan-
diyada qurtarmışdır. Çumanın qarşısını heç nə ala bilmirdi 
və onun kütləvi yayılması əsasən o dövrün antisanitariyyası 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə