185
Öz enerji resursları tükənmiş peyklər orbitə buraxıldıqdan
20 ildən çox dövr etdikdən sonra dağılırlar və onlar kosmik
zibil («Tranzit», NOAA, «Kosmos», «Vostokların» yuxarı
pilləsi) hesab olunurlar. Müxtəlif peyklər nəzarətdə olan
müxtəlif miqdar dağılmış hissələr verirlər (6-dan 50-yə
qədər və çox). Bəzi iri hissələr ayrı nömrə ilə kataloqa daxil
edilirlər.
Yerətrafı kosmosun çirkləndirilməsi raketlərin buraxıl-
ması üçün istifadə olunan gücün artması ilə artır. «Delta»
raketləri sistemlərinin ikinci pilləsinin partlayışları (yanaca-
ğın qalması və qazmanın mövcud şəraitindən asılı olaraq)
kosmosa 1300 müşahidə olunan və kataloqlaşdırılmış fraq-
mentlər əlavə etmişlər. Həmin bu səbəblər də keçən əsrin
90-cı illərində «Titan», «Kosmos», «Proton», «Zenit», «Ro-
kot», «Peqas» tipli raketləirn yuxarı pillələrinin partlamasına
səbəb olmuşdur. Yuxarıda qeyd etdik ki, geosentrik orbitdə
yerləşən peyklər təbii səma obyektləri tərəfindən xüsusi
bombardman olunurlar.
Bir neçə kosmik layihələr həyata keçirilmişdir ki, aşağı
orbitdə pilotlarla idarə olunan kosmik zibilin mövcudluğu
öyrənilsin. Xüsusilə də 1990-cı ilin aprelində peykdə qoyul-
muş ümumi sahəsi 130 m
2
olan xüsusi platformanın səthində
0,5 mm-dən böyük həcmli hissəciklərin 35 min-dən çox
zərbəsi qeydə alınmışdır. Analizlər göstərmişdir ki, səthə
dəyən hissəciklərin «Kraterləri» həm süni, həm də təbii
mənşəli hissəciklərinin zərbələrinin nəticəsində yaranmışlar
(o cümlədən də nüvə reaktorlarından dəyən zərbələr). Yerə
düşən iri kosmik zibilə (1 m
2
en kəsiyi olan) gəldikdə isə,
onlar orta hesabla həftə ərzində bir dəfədən az düşmürlər.
Əfsuslar olsun ki, zibillərin düşmə vaxtı, düşmə yerlərini
təyin etmək mümkün olmur.
Rusiya EA və NASA-nın institutlarında aparılmış tədqi-
186
qatlar bu fikrə gəlməyə imkan verdi ki, alçaq yerətrafı orbitdə
olan kosmik zibilin 40%-dən çoxu - raketlərin ikinci pillələ-
rinin və orbitdəki peyklərin partlaması nəticəsində əmələ gəl-
miş qəlpələrdir. Bəs onda geosentrik orbitdə dövr edən peyk-
lərlə nə hadisə baş verir? Geostasionar iş rejiminin vəziy-
yətində olan peyklər bütün hallarda korrektə olunduqları üçün
(onları «aktiv» sayılırlar) nisbətən kiçik sürətə (– 5 m/s-dan
az) malikdirlər. Öz aktivliyini itirmiş (onlar «passiv» adlan-
dırırlar) peyklərin orbitaları səma qanunları mexanizmlərinin
qanunları ilə dəyişməyə, təkamül etməyə başlayırlar: orbitin
yastılığı 52 illik dövrlə və 15
0
-lik amplituda ilə dəyişir.
Geostasionar orbitlərə peyklər 1963-cü ildən buraxılır, bir
ildən sonra isə onlardan bəziləri artıq aktiv ola bilmir və
onların orbiti dəyişir (təkamül edir). Bu ona gətirdi ki, 90-cı
llərdə onların orbitləri yenidən geosentrik orbitlərə yaxınlaş-
mışlar və XXI əsrin ilk onilliyindən bu proses kütləvi xa-
rakter alır. Bu zaman fəaliyyət göstərən obyektlərin fəaliy-
yətini başa vurmuş obyektlərlə toqquşması üçün əlavə təh-
lükə yaradırlar ki, bunun da nəticəsində kosmik aləmin yeni
zibilləri əmələ gəlir. Ona görə də geostasionar orbitdə dövr
edən bütün peykləri və onların hərəkətini nəzarətdə saxla-
maq lazımdır. Belə nəzarəti iri fotoqrafik kamera ilə geniş
profillə etmək mümkündür. Bir gecə ərzində onlar geo-
stasionar orbitadakı bütün ərazidə stansiyadan görünən
tərəfə nəzarət etməyə imkan verirlər.
«Kosmik obyekt» terminini müəyyənləşdirərkən, «Kos-
mik obyekt» anlayışının tərkib hissəsi kimi, həmçinin onu
daşıyıcı vasitələr (daşıyıcı-raketlər) və onun hissələri (pillə-
lər və onların ayrı-ayrı hissələri) fəaliyyət göstərmirsə də,
Konsepsiya kosmosa aparat buraxan və Kosmosu çirklən-
dirən dövlət üzərində potensial məsuliyyət saxlayır.
187
XI FƏSİL
DÜNYANIN SƏHİYYƏ PROBLEMLƏRİ
İnsanlar bütün tarix boyu müxtəlif kütləvi xəstəliklərdən
zərər çəkmişlər. XX əsrin sonu isə insanlar üçün daha
təhlükəli xəstəliklər törətmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa belə tə-
rif verir: «Sağlamlıq xəstəlik və fiziki defektlərin olmaması
ilə yanaşı, həm də fiziki, ruhi və sosial sağlamlıq deməkdir.
Vətəndaşların sağlamlığı milli və dünyəvi məfhumdur».
ÜST – eyni zamanda qeyd edir ki, əhalinin sağlamlığı
50% həyat tərzindən, 20% - genetik amildən, 10% səhiyyə
təşkilatından və 20% ətraf mühitin vəziyyətindən asılıdır.
Sağlamlıq probleminin qlobal xarakter daşıması digər
problemlərdən əvvəl yaranmışdır. Ticarətin coşğun inkişaf
etdiyi və Böyük Coğrafi kəşflər dövründən dünyada bir çox
epidemiyalar yayılmış, lakin onlara qarşı milli mübarizə təd-
birləri kifayət qədər olmamışdır. Bu zaman bütün bəşəriy-
yətin sağlamlığını qorumaq üçün səylər tələb olunurdu.
XIX əsrin ikinci yarısında L.Paster vaksinin köməyi ilə
yolxucu xəstəliklərə tutulmamaq qabiliyyətini yaratmaq
prinsipini əsaslandırdı və J.J.Meçnikovun ilk immunitet nə-
zəriyyəsi meydana gəldi. Bu elmi kəşflər qara çiçək, vəba,
taun, tetanus, titrətmə-qızdırma kimi bir çox qorxulu yo-
luxucu xəstəliklərin qarşısını almağa imkan verdi. Yaxın
vaxtlara qədər bəzi xəstəliklərin, məsələn, malyariya, qrip,
zöhrəvi xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa
müvəffəq olunmamışdır.
Hazırda dünyanın bütün ölkələrində superurbanizasiya,
zülal aclığı, ərzaq, içməli su problemi, demoqrafik partlayış
və s. qlobal problemlər başlayıb. Biosferdəki bu dəyişiklik-
lər yeyinti məhsullarını yararsız hala salıb, insan və hey-
Dostları ilə paylaş: |