Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

 
 
110
həcminin infrastrukturun yenidən qurulmasına geniş investisiya 
axınları təmin ediləcəkdir. Bütün bunlar Azərbaycanın valyuta 
ehtiyatlarını  zənginləşdirməklə, onun dünya iqtisadiyyatına 
inteqrasiyasının sürətləndirəcək, respublikada istehsal olunan 
malların rəqabət qabiloyyətinin səviyyəsi yüksələcək, 
iqtisadiyyatın  əsas sahələrinin yenidən qurulması  və 
modernləşdirilməsi daha tez reallaşaçaqdır. Ölkəmizdə bazar 
iqtisadiyyatə prinsiplərinin dünya təcrübəsinə uyğun olaraq, 
mövcüd iqtisadi potensialımızdan daha səmərəli istifadə 
olunmasına  şərait yaradacaq, üzün müddətdir ki, durğunluq 
vəziyyətində olna neft maşınqayırması, neft emalı  və neft 
kimyası sahələrinin yeni inkişaf dövrünə qədəm qoyacaq, eyni 
zamanda sənayenin digər sahələrinin də tam gücü ilə işlənməsi 
təmin ediləcəkdir. 
Beynəxalq neft şirkətlərinə Azərbaycanın neft-qaz 
yataqlarını dünya standrtlarına uyğun olaraq işlətmək 
imkanlarının verilməsi Azərbaycan xalqına daha firavan, 
zəngin yaşatış tərzi təmin etmək şansı vermişdir. Belə imkanın 
yaradılması  təkcə region üçün deyil, dünyanın digər ölkələri 
üçün də bir madel oynaya bilər. 
«Əsrin müqaviləsi» keçmiş Sovetlər məkanında xarici 
beynəxalq şirkətlər tərəfindən qoyulmuş ən böyük sərmayədir. 
Təkcə  həmin müqavilə  çərçivəsində qoyulan sərmayələrin 
həcmi 2 milyard dollar təşkil edir. Digər müqavilələr üzrə 
sərmayələr də  nəzərə alınmaqla, bu rəqəm 3 milyon dollara 
yaxındır. Adambaşına düşən xarici sərmayələrə görə 
Azərbaycan Sovet İqtifaqının keçmiş respublikaları arasında 
birinci yeri tutur və bir çox Şərqi Avropa ölkələrini ötüb keçir. 
İmzalanmış 20 müqavilə  çərçivəsində birbaşa sərmayələrin 
gözlənilən həcmi 60 milyard dollar təşkil edir. 
Bu vaxtadək 15 ölkəni edən 33 şirkətlə 20 beynəxalq 
saziş imzalanmışdır. Bunların 15-i dənizdə, 5-i isə quruda 
tətbiqi nəzərdə tutulan layihələrdir. Azərbaycan bonus və akr 
hesablı ödənişlər  şəklində 372 milyon dollar əldə etmişdir. 


 
 
111
Bundan başqa ölkəmiz vergi, icarə haqqı  və sosial fondlara 
pdənişlər şəklində 30 milyon dollardan artıq vəsait almışdır. Bu 
layihələrin həyata keçirilməsinə  cəlb edilmiş Azərbaycan işçi 
həyəti vergiləri ödədikdən sonra 12 milyon dollar həcmində 
maaş almışdır. Azərbaycan müəssisələri və müştərək 
müəssisələri öz layihələrini həyata keçirən neft əməliyyat 
şirkətlərinə 179 milyon dollar həcmində müqavilə  və  təchizat 
xidmətləri göstərmişdir. 
Xarici neft şirkətlərinin müqavilə  çərçivəsində ölkəmizə 
qoyduğu sərmayələrin təxminən 1 milyard dolları bilavasitə 
iqtisadiyyat sahələrinə qoyulmuşdur. Bunlar əsasən bonuslar, 
yerli  şirkətlərlə bağlanmış müqavilələr, tariflər və maaşlar 
formasında Azərbaycana çatmışdır. Lakin xarici neft 
şirkətlərinin verdiyi mənfəətlər təkcə bunlarla kifayətlənmir. 
Hesablamalara görə xarici şirkətlərin Azərbaycanda xərclədiyi 
hər bir dollar həm iqtisadiyyatda, həm də  fəaliyyət mühiti 
yaradır. Bütün bunlar xarici sərmayədarlar üçün yaradılan 
şəraitin, imkanların, biznes mühitinin nəticəsidir. 
Azərbaycanın xarici neft şirkətləri ilə bağladığı müqavilə 
bir daha onun dünya səhnəsində neft və qaz sahəsində 
kommersiya, iqtisadiyyat, xüsusən istehsal sahələri üzrə layiq 
olduğu lider, mərkəz rolunu oynamağa hazır olduğunu 
göstərdi. Bunu Azərbaycanın yerləşdiyi çoqrafi şərait də tələb 
edir. Bütün Qərb-Şərq nəqliyyat dəhlizi Azərbaycandan keçir. 
Bütün Xəzər regionunda və ondan şərqdə yerləşən ərazilərdən 
keçən dəmir yolları, makistrallar, avtomobil yolları Avropaya 
Azərbaycanın  ərazisindən keçir. Bu isə o deməkdir ki, tale 
Azərbaycanın  Şərqdə Çin səddindən Qərbdə Aralıq 
dənizinədək bütün xalqların inkişafında aparıcı rol oynamasına 
şərait və şans yaratmışdır. 
Bu müqavilə Azərbaycanın inkişafında  əsas dönüş 
nöqtələrindən biri olmasına rəvac vermış, bundan sonrakı 
inkişafının da təminatçısı olacaqdır. Müqavilə obyekti ollan 
zonalarda proqnozlaşdırılan neft ehtiyatları 4,5 milyard ton, 


 
 
112
qaz ehtiyatları isə 4-5 trilyon kubmetr həddindədir. 
Respublikaya birbaşa xarici investisiyaların umümi həcmində 
neft müqavilələrindən daxil olmamalar əsas hissəni təşkil edir. 
1994-cü ildən başlayaraq təkcə neft sanəyesinə 3,2 milyard 
ABŞ dolları  məbləğində investisiya qoyulmuşdur. Bunun 2,2 
milyard dolları «Azəri-Çıraq-Günəşli» müqaviləsi 
çərçivəsində, 1 milyard dolları isə qalan müqavilələr 
çərçivəsində qoyulmuşdur. Müqavilə ərazisində neft hasilatının 
səviyyəsi bu gün 115 min barellə  bərabərdir. Təkcə 2000-ci 
ildə 5,4 milyon ton neft hasil olunması planlaşdırılır. 
Ümumiyyətlə, «Çıraq» yatağından bu ilin 8 ayında 10,6 milyon 
ton neft, 1,3 milyard kubmetr çox qaz hasil edilmişdir. 
«Əsrin müqaviləsi»ndən sonra bağlanan  ən mühüm 
müqavilələrdən biri «Şahdəniz» yatağı üzrə müqavilədir. Bu 
müqavilə 1996-cı ilin iyunun 4-də imzalanmışdır. Keçən 
müddət  ərzində 800 kvadratmetr sahədə seysmik məlumatlar 
toplaşıb təhlil edilmiş, dəyəri 200 milyon dollar olan «İstiqlal» 
qazma qurğusunun modernləşdirilməsi başa çatmışdır. Çox 
çətin geoloji şəraitdə  dərinliyi 6316 metr olan ilk kəşfiyyat 
quyusu qazılmışdır. 
«Şahdəniz» yatağı Azərbaycanda dünya əhəmiyyətli 
nadir qaz-kondensat yatağıdır. Artıq onun qaz ehtiyatlarının 1 
trilyon kubmetr, qaz kondensatı ehtiyatının 300 milyon ton 
olması  təsdiq olunmuşdur. 1999-cü ilin iyununda qazılan 1 
saylı quyunun 1,4 milyon kubmetr qaz və 400 ton kondensat, 
2000-ci ilin martında qazılan 2 saylı quyunun isə 1,8 milyon 
kubmetr qaz, 550 ton qaz kondensatı debitinə malikdir. Onun 
ehtiyatları  nəinki Azərbaycanın təbii qaza olan daxili 
ehtiyaclarını ödəməyə çatacaq, həm də beynəxalq bazarlara 
ildə 20 milyard kubmetrdən az olmayaraq qaz ixrac etməyə 
imkan verəcəkdir. Bir çox tanınmış  Qərb ekspertlərinin 
fikrincə, «Şahdəniz» qaz-kondensat yatağının kəşfindən sonra 
Azərbaycan təkcə neft deyil, həm də qaz kralına çevriləcəkdir. 
Bu yatağın kəşfi ilə qarşımızda Azərbaycan qaz sənayesinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə