Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

 
 
116
 
Xəzər dənizinin enerji ehtiyatlarının mənimsənilməsində
neft və qaz ehtiyatlarının hasilatı  və  nəqlində Amerika neft 
şirkətlərinin beynəxalq neft konsorsiumunda geniş  iştirakı 
Azərbaycan-Amerika Birləşmiş  Ştatları  əlaqələrinin inkişaf 
etməsinə  təkan vermişdir. Amerika-Azərbaycan münasibətləri 
haqqında iki ölkə prezidentləri tərəfindən imzalanmış birgə 
bəyənat, investisiyaların təşviqi və qorunması, ticarət və 
kapital qoyuluşu, banklararası  sənədlər Azərbaycanın dövlət 
müstəqilliyinin möhkəmlənməsinə, ölkəmizin daha sürətlə 
sosial-iqtisadi tərəqqisinə xidmət edir. Azərbaycan 
Respublikası və Amerika Birləşmiş Ştatları arasında tərəfdaşlıq 
münasibətlərinin genişləndirilməsi haqqında imzalanmış xüsusi 
sənəd Amerika iş adamlarının ölkəmizdə fəaliyyət göstərmələri 
üçün  əlverişli  şərait yaradılmasının hüquqi bazasının təşkil 
edir. 
Avropanın nifuzlu ölkələri-Böyük Britaniya, Almaniya
Fransa,  İtaliya, Belçika, Niderland, Junanıstan, Polşa, 
Rumıniya, Bolqarıstan və Skandinaviya ölkələri ilə indiyədək 
90-dan artıq mühüm sənəd və sazişlər imzalanmışdır və bunlar 
da həmin ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsinə şərait 
yaradacaqdır. Avropa ölkələri ilə münasibətlərin inkişafında 
qədim  İpək yolunun brəpasını  nəzərdə tutan TRASEKA 
proqpamının həyata keçirilməsinə başlanması mühüm yeer 
tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə 
kimi Azərbaycan  Şərqlə  Qərbin qovuşmasında mühüm rol 
oynayır. Dünyanın nəhəng və güdrətli dövlətlərindən olan Çin 
və Yaponiyanın bu layihəyə qoşulmaları Azərbaycana marağı 
daha da artırır. 
Norveçin «Statoyl» şirkəti «Şahdəniz» neft yatağı üzrə 
müqavilənin  ən fəal iştirakçılarındandır. Bu şirkət istər qaz 
ixracı, istərsə  də infrastruktur sahəsində böyük işlər görməyi 
planlaşdırmışdır. 
İngiltərənin «BP/AMOKO», «Remko» şirkətləri və bir 


 
 
117
neçə icracı  şirkəti Azərbaycanın neft kontraklarında iştirak 
edir. Bunlar əsasən texniki işləri görən, mühəndis-layihə işləri 
aparan icracı, təchizatçı şirkətlərdir. 
Türkiyəni TPAO şirkəti «Əsrin müqaviləsi»  əsasında 
yaradılan konsorsiumda yer alan ilk4 şirkətdən biridir. 
Türkiyədə 1998-ci ilin oktyabrında imzalanan Ankara 
bəyannəməsi «Əsrin müqaviləsi»nin reallaşmasında, Bakı-
Çeyhan ana ixrac neft boru xəttinin həyata keçirilməsində 
bölgə ölkələri rəhbərlərinin  ən ciddi addımlarından 
sayılmalıdır. 
Yaponiyanın «İqoçu», Amerikanın «Eksson» və 
Amerada «Hsss» şirkətləri «Azəri», «Çıraq» və «Günəşli» 
yataqlarına dair müqavilədə iştirak edir. 
Rusiya Federasiyası beynəxalq konsosiumda «LUKoyl» 
şirkəti ilə  təmsil olunmuşdur. Bu çirkətin Azərbaycanın 
beynəxalq layihələrinə qoyduğu sərmayələrin ümumi məblıği 
300 milyon dollardan artıqdır. Layihələrin icrasında  şirkətin 
rolu vəsait qoyulması ilə  məhdudlaşmır.  Şirkət layihələrin 
icrası üçün əsas texniki, texnoloji, kommersiya və  təşkilatı 
qərarların işlənib hazırlanması prosesində yaxından iştirak edir. 
Rusiyanın sənaye potensialının bu layihədə  iştirakı regionda 
bir çox texniki problemlərin həlli, neft-qazçıxarma 
kompleksinin yaradılması, Rusiyanın Xəzər dənizi 
akvatoriyası, Volqa və Don çayları hövzəsi rayonlarındakı 
müəssisələrində iri ölçülü və iritonnajlı metal 
konstruksiyaların, ayrı-ayrı blokların və ya modulların 
hazırlanması  səviyyəsini yüksəldə bilər, nəqliyyat xərclərinin 
və danışma müddətini qısasltmadan yüksək iqtisadi 
səmərəliliyi təmin etməyə imkan yaradacaqdır. Bu isəöz 
növbəsində  Xəzərin qapalı hövzə olduğu  şəraitdə tikinti-
quraşdırma işlərini vaxtında, qrafik üzrə yerinə yetirməyə 
imkan verəcəkdir. 
Rusiya və Azərbaycan  ərazisindəki ixtisaslaşdırılmış 
müəssisələr, stasionar dəniz platformalarının, dəniz qazma 


 
 
118
qurğularının və xüsusi kəmilərin inşası üçün infrastruktur, o 
cümlədən Bakıdakı  «Şelflayihətikinti» zavodu və s. 
Müəssisələr 80-90-cı illərdə  Xəzər  şelfindəki yataqlardan 
istifadəyə dair geniş miqyaslı proqramların yerinə 
yetirilməsindən ötrü inteqrasiyalı sistem kimi yaradılmışdı. 
Rusiyanın «Transfert» şirkəti də Azərbaycanda çıxarılan 
neftin nəql edilməsində mühüm rol oynayırş Rusiya və 
Azərbaycan neftin şimal marşurutu ilə  nəqli haqqında sazış 
imzalamışdır. Yatağın işlənilməyə başladığı vaxtdan bəri 
Rusiya ərazisi ilə həmin marşrutla 3,4 milyon ton, 1999-cu ildə 
isə 1,5 milyon neft nəql edilmişdir. 
Ukrayna bilavasitə neft müqavilələrində  iştirak etməsə 
də, müqavilənin həyata keçirilməsində, Azərbaycanın 
energetika ehtiyatlarının Avropa bazarlarına çatdırılması ilə 
bağlı  nəhəng vəzifələrin yerinə yetirilməsində, habelə bu 
ehtiyatların birgə emalında  əhəmiyyətli rol oynaya bilər. 
Bundan ötrü Ukraynanın kifayət qədər inkişaf etmiş nəqliyyat 
şəbəkəsi, o cümlədən  neft-qaz kəmərləri şəbəkəsi vardır. İstər 
bu imkanlardan, istərsə də mövcud neftyırma müəssisələrindən 
istifadə edilməsi Azərbaycana Ukraynanın ikitərəfli ticarət-
iqtisadi əlaqələrini yeni səviyyəyə qaldıra bilər. 
Azərbaycan neft sahəsində Qazaxıstanla da geniş 
əməkdaşlıq imkanları vardır. Təkcə 1999-cu ildə 
respublikamızın ərazisi ilə Qazaxıstan 2 milyon ton neft ixrac 
etmişdir. Yenicə istifadəyə verilən liman vasitəsilə  gələcəkdə 
bu nəqli ildə 4-5 milyon tona çatdırmaq mümkün olacaqdır. 
Dünyanın müxtəlif ölkələrini təmsil edən konsorsium 
iştirakçılarının geniş diapazonu göstərir ki, inteqrasiya, 
qarşılıqlı sürətdə faydalı  əlaqələr, iqtisadi potensialların 
birləşdirilməsi çox iri layihəkəri həyata keçirməyə imkan verir. 
Xarici neft şirkətlərinin birgə layihələrin həyata 
keçilməsində rolu təkcə qoyduqları  sərmayələr, yeni 
texnologiyalarla məhdudlaşmır, onlar həm də özlərinin 
idarəetmə  təcrübəsini,  ətraf mühitin mühafizəsinə, işçi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə