178
qatlarda yerləşir. Mütəxəssis rəyincə bu ehtiyatlar ən azı 60-80
ilə kifayət etməlidir.
Geoloji məlumatlara əsasən respublika ərazisinin ən azı
15%-i neft-qaz yataqların mövcudluğu baxımdan hələ tam
öyrənilməmşdir. Bu ərazilərdə də xeyli ehtiyatların olması
güman edilir. Bununla belə, hələ də neft ehtiyatlarının 40-45,
qaz resurslarının 80%-i kəşf edilməmiş qalır. Kəşf edilmiş
neftin 24%-i, təbii qazın isə 15%-i qurunun payına düşür. Son
vaxtlar aşkarlanan neft-qaz ehtiyatları 5000-7000 metr
dərinlikdədir. Respublikamıza məxsus karbohidrogen
yataqlarının ümumi sahəsi təxminən 64,5 min kvadrat
kilomaetr quru və su ərazisini əhatə edir.
1999-cu ARDNŞ xətti ilə 13,8 milyon ton neft hasil
edilmişdir. Bunun 4,8 milyon tonu «Azəri-Çıraq-Günəşli»
yatağından çıxarılmışdır.
Neft-qazçıxarma sənayesində 1990-cı ilin əvvəlindən
start götürən islahatlar prosesi köklü dəyişikliklərə məruz
qalacaq yeni mərhələyə qədəm qoyur. Burada aparılacıq
islahatlar neft-qaz hasilatının səmərəliliyinin və rentabelliyini
artmasına; sahəyə serviç xidmətinin yaxşılaşdırılmasına; yeni
standartlara cavab verəcək iş yerlərinin açılmasına və kadr
hazırlığının gücləndirilməsinə; konssesiya və lisensiya
sisteminə, səhmləşmə və özəlləşdirmə strategiyasına keçidin
tam formalaşmasına istehsalın yenidən strukturlaşdırılması və
diversifikasiyasına; elmi-texniki nailiyyətlərin müntəzəm və
geniş tətbiqinə; investisiya mühitinin yaxşılaşdırlımasına və
maliyyə dayanaqlığının qorunmasına; inteqrasiya proseslərinin
və rəqabətin genişlənməsinə; işçilərin sosial təminat
məsələlərinin yaxşılaşdırılmasına; neft-qaz sənayesində ayrı-
ayrı təsərrüfat subyektlərinin manevr və dəyişilmə
qabiliyyətinin artırılmasına; iqtisadi mexanizmlərlə
tənzimlənən idarəetmə
şəbəkəsinin yaradılması ilə
nəticələnməlidir. Hazırda bu sahədə struktur dəyişiklikləri
dərinləşməkdə və genişlənməkdədir. Burada yeni bazar
179
infrastrukturunun, azad rəqabət mühitinin formalaşdırılması,
səmərəli müqavilə şəbəkəsinin genişləndirilməsi, neft-qaz
kompleksinin ayrı-ayrı sahələri üzrə müvafiq istehsal xərcləri
standartlarının işlənməsi, vergiqoyma prosedurlarının
təkmilləşdirilməsi daha əhəmiyyətli sayılsa da, müasir maliyyə
mexanizmlərindən istifadə, menecment və digər yeni iqtisadi
tədbirlər və metodların şəbəkəsinin genişləndirilməsinin rolunu
da azaltmaq yolverilməzdir. Eyni zamanda, islahatların
dərinləşməsi və təkmillləşdirilməsində hüquqi bazanın
yeniləşməsi və genişlənməsi də mühüm şərtlərdəndir. Aparılan
təhlil və müşahidələr bir daha əsas verir ki, islahatlar
prosesində işin təşkilatı-idarəetmə aspektlərinə də diqqət
artırılmalıdır.
Neft-qazçıxarma sənayesində iqtisadi islahatların
strategiyasında mühüm istiqamətlərindən biri də əməyin təşkili,
məşğulluqla bağlı problemlərdir. Belə ki, milli neft sektoru
izafi işçi kütləsi ilə boş olan sahələrdir. Təbii ki, sahənin
xüsusiyyətləri əməyin mühafizəsi və texniki təhlükəsizlik
tədbirlərin, iş şəraitinin yaxşılaşdırılması, erqonomika
məsələlərinin də gücləndirilməsini tələb edir.
Neftçıxarma sənayesində iqtisadi yüksəlişin təmin
edilməsi
əhəmiyyətli dərəcədə aparılan amortizasiya
siyasətindən asılıdır. Yüksək fond tutumu ilə seçilən
neftçıxarma kompleksində yeni texniki və texnologiyanın
mənimsənilməsinə
tələbat məhz sürətləndirilmiş
amortizasiyanın tətbiqini zərürətə çevirir. Sürətləndirilmiş
amortazasiya prosesində kombinasiyalı və ya reqrissiv şkala
metodu daha cəlbedici görünür. Bu metod amortazasiya
ayırmaları şkalası ilə hasilatın dinamikası arasında əlaqəni
göstərərək, yataqların işlənməsinin sonrakı mərhələsində daxil
olmuş əsas istehsal fondlarının tam amortazasiya olunmasını
maya dəyərində əks etdirir.
Aparılan amortazasiya strategiyası təkcə köhnə
yataqlarda səmərəliliyi yüksəltməklə kifayətlənməməli, həm də
180
yeni açılan yataqlarda eyni qüvvə ilə texnoloji yüksəlişi təmin
etməlidir. Bütün bunlar nəzərə alınaraq, neft-qaz sənayesini
əhatə edən amortazasiya strategiyasının hüquqi bazası
yaradılması, onun müasir dünya standartlarına çatdırılması
üçün əməli tədbirlər görülməlidir. Müvafiq amortazasiya
fondlarının təşkili yığılan amortizasiya ayırmalarının təkrar
istehsalına, yeni əsas vəsaitlərin alınmasına, onun yenidən
qurulmasına, istehsalın texniki təchizatının yaxşılaşmasına
çərait yaratmalıdır. Bu sənayesinin bəzi müəssisələrinin
amortizasiya prosesində hüquqları genişləndirilə də bilər.
Azərbaycanın neft sənayesinə güclənən xarici kapital
axını neft biznesində qanunvericilik şəbəkəsinin
təkmilləşdirilməsini, vergiqoymanın mülayiləşdirilməsini tələb
edir. Son dövrlərdə neft-qaz sektpruna xarici investiyasiların
cəlb olunması ilə bağlı vahid dövlət siyasətinin təmin
olinmasında müəyyən əməli tədbirlər görülməsinə baxmayaraq,
bu sektorun səmərəli fəaliyyətini gücləndirmək, burada biznes
işinin, sahibkarlğı genişləndirmək məqsədilə neft
iqtisadiyyatını
əlaqələndirən qanunlar dairəsi daim
təkmillləşdirilməli, yataqların işlənməsində konssesiya
üsülunun tətbiqinin, lisenziyaların verilməsini normalaşdıran
qanunlar qəbul edilməlidir. Bütün bunlarla yanaşı, xarici
kapitallı müştərək müəssisələrə verilən hüquq və imtiyazlar
çərçivəsində neftqzçıxarma müəssisələrini ya bütövlükdə
yaxud da bir mədən və ya yataq çərçivəsində yenidən təşkil
edərək müvafiq idarşiliyə verilməsi məsələsi müvafiq
qanunlarda əks olunmalıdır. Euni zamanda, neftqazçıxarma
müəssisələrinin mülkiyyət formasının dəyişdirlməsi
kollektivlərə icarəyə verilməsi və ya səhmdar çəmiyyətlərə
çevrilməsi ideyası da cəlbedici görünür. Qurudakı
neftqazçıxarma kompleksində yeni kontrakt üsüllarının
tətbiqini daha az sərmayə ilə reallaşdırmaq mümkün olacaqdır.
Konssesiyaya götürülmüş kühnə mədənlərdə sahibkarlar özəl
maraqlarını ifadə etdiklərinə görə müvəffəq olacaqlar. Belə
Dostları ilə paylaş: |