65
sal olunur. Məhsulları daxili bazarla yanaşı Almaniya, Ukrayna,
Rusiya, Belarus və başqa ölkələrə ixrac olunur. Müəssisədə 35 nə-
fər işçi çalışır.
“Sabirabad Konserv” MMC.
Azərbaycan Respublikasının
Sabirabad şəhərində yerləşir. 1998-ci ildə təsis edilmişdir. Müəssi-
sədə Italiya və Moldovada istehsal olunmuş avadanlıqlardan isti-
fadə olunur. Burada nar şirəsi, nar şərab və aseptik nar konsentratı
hazırlanır. Məhsulları daxili bazarla yanaşı Almaniya, İspaniya,
Ukrayna, Rusiya və s. ölkələrə ixrac olunur. Müəssisənin 70 nəfər
işçisi var.
“Azəri Frans” MMC.
“Azəri Frans” Məhdud Məsuliyyətli
Cəmiyyət Azərbaycan Respublikasının Tovuz rayonunun İbrahim-
hacılı kəndində yerləşir. 2004-cu ilin iyun ayında yaradılmışdır.
Burada əsasən Fransa və İtaliya istehsalı olan avadanlıqlar qurul-
muşdur. Müəssisədə təbii menaral sular, nar və üzüm şirəsi, həm-
çinin konyaklar istehsal olunur. İsehsal olunan məhsullar Fransa,
Yaponiya, Almaniya, Polşa, ABŞ, Rusiya və başqa ölkələrə ixrac
olunur. Müəssisədə 55 nəfər çalışır.
Dostları ilə paylaş: