Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Azərbaycanın əsas meyvə və tərəvəz emalı müəssisələri



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə16/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   12   13   14   15   16   17   18   19   ...   141
2017-1715

1.4. Azərbaycanın əsas meyvə və tərəvəz emalı müəssisələri 
Azərbaycanın meyvə - tərəvəz emalı sənayesində fərqlənən 
əsas şirkətlər qrupu “Azərsun Holdinq” və “Gilan holdinq” –dir.
“Azərsun Holdinq” şirkətlər qrupunun Azərbaycanın müxtəlif 
bölgələrində illik istehsal gücü 300 min şərti banka olan 4 konserv 
zavodu vardır. 
Şirkətlər qrupunun ilk konserv zavodu – 
Qafqaz Konserv Za-
vodu
Azərbaycanın şimal hissəsində Xaçmaz şəhərində 2003-cü 
ildən fəaliyyətə başlamışdır. Zavodun illik istehsal gücü 30 000 
tondur. Burada ət və müxtəlif hazır yemək konservləri, mürəbbə, 
cem və pürelər, kompot, turşu və tomat pastası istehsal edilir (şə-
kil 1.1). 
Şəkil 1.1.
Müəssisənin bəzi istehsal sahələri 
Şirkətin 
Biləsuvar Konserv Zavodu
isə 2010-cu ildə fəaliyyətə 
başlamışdır. Burada becərilən müxtəlif kənd təsərrüfatı məhsulları 
toplanaraq, heç bir yol qət etmədən və zaman itirmədən təzə-tər şə-
kildə birbaşa emala göndərilir. Zavodda yaşıl noxud, patisson, kor-
nişon, pomidor konservləri, ketçup, eyni zamanda, nar şirəsi və nar-
şərab istehsal olunur. Müəssisənin illik istehsal gücü 50 000 tondur. 
Zavodun xammalı 100% şirkətlər qrupunun tərkibində fəaliyyət 
göstərən kənd təsərrüfatı kompleksi tərəfindən təmin olunur.


60 
Azərbaycanın cənub bölgəsində yerləşən, subtropik iqlimi və 
zəngin bitkiçilik-meyvəçilik ənənələri ilə tanınan Lənkəran şəhə-
rində fəaliyyət göstərən 
Lənkəran Konserv Zavodu
bölgə fer-
merlərindən tədarük edilən meyvə və tərəvəzlərin emalı, xüsusilə 
qızardılmış tərəvəz konservləri, kompot və turşu istehsalı üzrə ix-
tisaslaşıb. Zavodun illik istehsal gücü 12 000 tondur. 
2012-ci ildən fəaliyyətə başlayan 
Qazax Konserv Zavodu
isə 
qənnadı-şirniyyat sektorunda geniş istifadə edilən, qış mövsümün-
də də təzəliyini və vitaminlərini qoruyub saxlayan dondurulmuş 
meyvə və giləmeyvə istehsalı ilə məşğul olur. Zavodda, eyni za-
manda fast food şəbəkələri üçün kartof yarımməmulatı da istehsal 
olunur. Müəssisənin illik istehsal gücü 8 000 ton təşkil edir. 
Zavod meyvə-tərəvəzin dondurulması, çox çeşidli kartof məh-
sullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı bina-
lardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün 
infrastruktur, mühəndis qurğuları qurulmuşdur. Zavod İtaliya, 
Hollandiya və Türkiyə texnologiyaları əsasında inşa olunmuşdur. 
İşə başlayarkən zavodda on növ meyvə 18 dərəcədə dondurul-
muşdur. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş mey-
və xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulmuş-
du. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 
3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə 
salınması planlaşdırılır. 
Bu istehsal xətti Qafqazda yeganə olmaqla, tam yetişdirilən 
meyvə və tərəvəzləri tez dondurmaqla uzun müddət saxlamağa və 
ilin istənilən fəslində istifadəyə hazır vəziyyətdə istehlakçıya təq-
dim etməyə imkan verəcəkdir. İstehsal xəttinin üstünlüyü ondan 
ibarətdir ki, mənfi 40-45 dərəcə temperaturda ani donma zamanı 
meyvələrin tərkində yaranan buz kristalları çox kiçik ölçüdə oldu-
ğundan hüceyrə divarı partlamır və bu səbəbdən meyvələrin buzu 
əridiyi zaman adi donmadan fərqli olaraq, şirəsi axmadan forması-
nı və dadını tam təbii, olduğu kimi saxlayır. 
Xammal bazası kimi yerli istehsalla yanaşı, Gürcüstanın azər-
baycanlıların yığcam yaşadığı bölgələrin də məhsulları nəzərdə tu-


61 
tulur. Bu isə öz növbəsində qonşu ölkədə yaşayan həmvətənləri-
mizin işlə təmin edilməsinə və maddi rifahının daha da yaxşılaş-
masına imkan verəcəkdir.
Qeyd olunanlarla yanaşı şirkətin 2006-ci ildə istifadəyə verilən 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə