Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə24/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   20   21   22   23   24   25   26   27   ...   141
2017-1715

Göyəm və göyəm gavalı.
Göyəm meyvələri xırda, tünd-göy 
rəngli olub, yüksək miqdar fenol maddələrinə (1,7%-ə qədər) və 
turşulara (1,65%) malik olması ilə fərqlənir. Göyəmin tərkiibində 
orta hesabla 7% şəkər və 12-17mq% C vitamini olur. Iri meyvəli 
Göyəmdən qurutmaq üçün, həmçinin şirə və povidlo hazırlanma-
sında istifadə edilir. 
Göyəm – gavalı dağ gavalısına yaxın olub, turşvari dadı ilə 
fərqlənir. Həm yabanı, həm də mədəni sortlarına rast gəlinir. Ya-
yılmış sortlarına qırmızı, qara mirabellər, adi sarı, payızlıq nansi, 
Volqa göyəm gavalısı və s. daxildir. Onlardan mürəbbə, kompot, 
povidlo hazırlamaq üçün istifadə olunur. 
Sortundan asılı olaraq yetişmiş gavalı 0-2
0
C, zəif yetişmiş 0-
dan 5
0
C temperatur arasında, 90% nisbi rütubətdə saxlanır. Sax-
lanma müddəti bir çox sortlarda bir aya qədər, soyuğa davamlılar-
da 1,5-2 aydır. 
Zoğal.
Moldova, Ukrayna, Şimali Qafqaz və Zaqafqaziyada 
becərilir. Meyvələri xırda, tünd-qırmızı rəngli uzanmış formalı, 
turşdur. Forma və rənginə görə zoğal meyvələri adi – oval forma-
lı; tünd – qırmızı rəngli; armudvarı-uzanmış formalı, açıq rəngli; 
ağ zoğal – oval, yaxud açıq – sarı rəngdə olur.
Zoğal yetişmə müddətinə görə tez yetişən (iyulda), orta (av-
qustda) və gec yetişən (sentyabrda) olur. Zoğal invert şəkərə, çox-
lu turşuya və fenol maddələrinə malikdir. Ondan mürəbbə, pastil, 
marmelad, şirələr hazırlanmasında və təzə halda istifadə edilir. 
2.1.3. Giləmeyvələr 
Giləmeyvələrin qida dəyəri şəkərlər, turşular, pektin və mineral 
maddələrinin həmçinin də vitaminlərin (xüsusilə C) yüksək miq-
darı ilə əlaqədardır. 
Qarağat 
– çoxillik kol bitkisidir. MDB-də qara, qırmızı, və ağ 
qarağat becərilir. Daha geniş yayılan C vitamini ilə zəngin olan 


75 
Qara qarağatdır. O, 400, orta hesabla isə 200 mq%-ə yaxın C vita-
mininə malik olur. Ondan təzə halda eləcə də şirə, mürəbbə, şər-
bət, ekstrakt, marmelad, jele, cem, povidlo, likor, nalivka, şərab və 
s. hazırlanır, qurudulur və dondurulur.
Ağ qarağat başlıca olaraq desert kimi istifadə olunur, qırmızı 
qarağat emal üçün çox turşdur. Lakin qırmızı qarağatın bəzi sort-
ları – Geroy, Krasnıy krest, Fayya plodorodnaya təzə halda istifadə 
olunur. Qırmızı qarağatın giləmeyvələrindən şirə, şərbət, jele, şərab, 
püre; ağ qarağatdan – şərab, mürəbbə, jele və mariandlar hazırlanır. 
Qırmızı və ağ qarağat giləmeyvələrində şəkər 8%, turşuluq 2%-dən 
çox olur. Vitaminlərin miqdarı qara qarağata nisbətən az olub, sor-
tundan asılı olaraq 20-45 mq% arasında dəyişir. Bundan başqa tər-
kibində 3,88% sellüloza, 0,11% fenol maddələri, 0,20-0,9% azotlu 
maddələr olur. Ağ qarağatın daha geniş yayılmış sortları Ağ Versal 
və Ağ Hollanddır. Qırmızı qarağatın əsas sənaye sortlarına aşağıda-
kılar aiddir: Qırmızı Versal, Qırmızı Holland, Krasnıy krest, Fayya 
plodoroidnaya, Telesnaya, Şampanskaya və b.
Qara qarağat şaxtaya davamlı giləmeyvə bitkisidir. Hazırda de-
mək olar ki, MDB-nin bütün rayonlarında becərilir. Giləmeyvəsi-
nin tərkibində 7-10% şəkər, 1,90-3,75% turşu(limon və alma) 
olur. Pektin maddələri ilə zəngin olduğundan şirəsindən gözəl je-
le; giləmeyvəsindən isə cem və marmelad hazırlanır. Bundan baş-
qa 0,376% sellülozaya, 0,38-0,42 % fenol, 0,57% mineral və 0,53-
1,41% azot maddələrinə malik olur. Qara qarağatın spesifik ətri 
onda olan efir yağlarından, qara rəngi isə antosianlardan asılıdır.
Qara qarağat istifadəsinə görə sənaye və çərəz sortlarına bölü-
nür. Əsas sənaye sortlarına – Vostoçnaya, Liya plodorodnaya, Po-
beda, Pamyat Miçurina, Qolubka və b. aiddir.
Qarağat 0
0
C-yə yaxın temperaturda və 90% nisbi rütubətdə 10 
günə qədər saxlanır.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə