Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə13/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   9   10   11   12   13   14   15   16   ...   141
2017-1715

1.3.3. Polimer qablar 
Konserv sənayesində müxtəlif polimer materiallardan hazırlan-
mış qabların tətbiqi ilbəil artmaqdadır. Onlar aşağı maya dəyərinə 
malik olub, gigiyenikdir, yüngüldür, bağlanması yüksək məhsul-
dar maşınlarda aparıla bilir.
Meyvə-tərəvəz emal edən müəssisələrdə polietilen kisə içliklər-
dən istifadə olunur. Həmin içliklər püre və digər hazır məhsul dol-
durulan ağac yaxud faner çəlləklərin daxilinə qoyulur. Kisə içlik-
lər yeyinti polietilenindən 100-120 mkm yaxud 55-74 mkm qalın-
lığında 2 qatdan ibarət hazırlanır. İçliklərin tətbiqi məhsul itkisini 
xeyli azaldır.
Xırda qablara doldurmaqla konservlər istehsalının artması ilə 
əlaqədar olaraq, 30-50, 100,150 və 200,250 ml tutuma malik ter-
mostabil viniplast yaxud polistiroldan hazırlanmış bankalar, stə-
kanlar, qutucuqlar xüsusi maraq kəsb edir. Belə qablar təzyiq al-
tında 130-135
0
C temperaturda fasiləsiz ötürülməklə alınır. Pərdə-
dən hazırlanan qablar steril olub, əvvəlcədən emal olunmadan isti-
fadə oluna bilər.
Polimer stəkan və qutucuqlara mürəbbə, cem, povidlo, marme-


51 
lad, bal və s. məhsullar doldurulur. Belə qabları hazırlamaq və isti-
fadə etmək üçün xüsusi xətlərdən istifadə olunur: «Xassiya» (AFR), 
«Pak-forum» (İtaliya), «BTK-1» (Çexiya və Slovakiya) və s.
Şirələr üçün alüminium folqalı və kağızlı polietilendən hazır-
lanmış düzbucaqlı qablardan istifadə olunur. Dondurulmuş meyvə 
və giləmeyvələri doldurmaq üçün paketşəkilli polimer qablardan 
istifadə olunur. Son vaxtlar bərk qablar istehsalı artırılmışdır ki, 
onlar polimer və tənəkə qapaqlarla bağlanır.
Lakin geniş istifadə olunan polimer sintetik qablama material-
ları və pərdələrin müəyyən çatışmazlıqları vardır. Əvvəla onlar 
bərpa olunmayan təbii ehtiyatlardan (neft, daş kömür, qaz və s.) 
istehsal olunur. İkinci bir tərəfdən plastikin son vaxtlara qədər üs-
tünlüyü hesab olunan onun uzun ömürlü olması, perspektivdə pla-
netin ekologiyası üçün təhlükə törətmiş olur. 
Qeyd etmək lazımdır ki, dünyada hər ilə 8-10% artımla 200 
mln.ton plasmas istehsal olunur. Onların hamısı vaxtaşırı tullantı-
ya gedir. Bununla bağlı ekoloji problemin kəskinləşməsi 70-ci il-
lərin ortalarında alimləri biopolimerlərdən bioparçalanan qablar 
istehsalında istifadə imkanlarına diqqət yönəltməyə vadar etdi. 
Sintetik polimerlərə bioloji parçalanmaq xüsusiyyəti verən çox sə-
mərəli və geniş yayılmış üsul – polimer qarışığına müxtəlif nişas-
talar vurulmasıdır. 
Son vaxtlar istismar xüsusiyyətlərini yalnız müəyyən müddət 
saxlayan, sonra isə təbii şəraitdə fiziki-kimyəvi və bioloji çevril-
mələrə məruz qalan biopolimerlərə üstünlük verilməkdədir. Bio-
parçalanan plastiklər kompostlaşdırılmada mikroorqanizmlərlə 
(bakteriyalar, göbələklər) parçalanır. Bioparçalanan plastiklər təbii 
və sintetik polimerlər və onların qarışığından alına bilər. Biopar-
çalanan plastiklər tamamilə və bir qədər parçalanan ola bilər. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə