83
isə 7-9% şəkərə malik olur. Turşuluq ilin vaxtından da asılıdır.
Belə ki, noyabrda turşuluq daha yüksək, apreldə daha az olur. Şi-
rin limonu narıngi və portağal kimi birbaşa qida ilə qəbul etmək
olar. Keçmiş SSRİ-də aşağıdakı sortları becərilirdi: yeni Gürcü
(turş sort) sortu nəqliyyata yaxşı davamlı olub, 6-7 ay qala bilir;
Zərbəçi (turş sort olub, oval formalı iri meyvələrə malikdir) və
Meyer (şirin sort).
Qafqaz limonunun orta kimyəvi tərkibi belədir: su – 81,33%;
quru maddə - 18,76, limon turşusu – 5,87%, invert şəkər – 1,97%,
saxaroza – 0,09%, şəkərin ümumi miqdarı 2,09%.
Limon A, B və C vitamini ilə zəngindir. Limonun qabığında
olan yağdan ətriyyat, qənnadı sənayesində və s. geniş istifadə olu-
nur. Satışa yarasız olan limonlardan şirə emalında istifadə olunur.
Bəzən həmin şirəni konservləşdirirlər. Bunun üçün ona spirt, şə-
kər və s. konservantlar vurulur. Şəkərlə bişirilmiş limon şirəsi (40
hissə limon şirəsinə 64 hissə şəkər vurmaq hesabı ilə) limon şər-
bəti adlanan məhsul verir.
Yetişmə səviyyəsində asılı olaraq sarı limon 2-3
0
C-də; açıq-sa-
rı və açıq-yaşıl 4-5
0
C; tünd-yaşıl 6-8
0
C temperaturda saxlanır. Ha-
vanın nisbi rütubəti uyğun olaraq 85-90% və 82-85% olmalıdır.
Saxlanma müddəti sortdan asılı olaraq 2-6 ay davam edir.
Dostları ilə paylaş: