Qreypfrut.
Bu sitrus meyvəsinin vətəni Braziliyadır. Acı təmlə
xoşagələn turşa-şirin dada malikdir. Ondan təzə halda və şirə is-
tehsal etmək üçün istifadə edirlər. Qreypfrut və ondan alınan şirə
C vitamini ilə zəngindir.
Qreypfrut sortları meyvənin böyüklüyünə (iri – 600 qrama qə-
dər və orta – 250 qrama qədər), lətin rənginə (açıq – sarı, qırmızı
və s) qabığın vəziyyəti və qalınlığına, dadına, meyvənin forması
və toxumların miqdarına görə fərqlənir. Qreypfrut 3-4
0
C tempera-
turda və 82-84% nisbi rütubətdə 2-4 ay müddətində saxlanır.
Banan.
Bananlar ailəsinə daxil olan ot bitkisinin meyvəsidir.
Banan meyvələri salxımda 10-15 ədəd yumrular şəklində yetişir.
Bir neçə yumru salxım, yaxud bançu yaradır ki, onun kütləsi 50
kq-a çatır (salxımda orta hesabla 200-250 meyvə olur).
84
Meyvəsi bir qədər ucu əyilmiş şəkildə olub, xaricdən asan so-
yulan qalın qabıqla (meyvənin 40%-i təşkil edən) örtülür. Yetiş-
məmiş bananın qabığı yaşıl olub, yetişdikdə sarı rəng alır. Onun
altında zərif, ətirli lət yerləşir. Bananlar üçün xoşagələn şirin dad
və spesifik ətir xarakterikdir.
Yetişmiş meyvələri təzə halda, eləcə də cem, konservlər hazır-
lamaq üçün istifadə olunur. Meyvələri keyfiyyətinə görə birinci və
ikinci sortlara bölünür. Birinci sortda meyvənin uzunluğu ən azı
15 sm, ikincidə isə 10 sm olmalıdır.
Yetişmiş banan 12
0
C temperaturda və 80-85% nisbi rütubətdə
4 günə qədər saxlanır.
Ananas.
Vətəni Cənubi Amerika olub, daima yaşıl, çoxillik ot
bitkisinin meyvəsidir. Ondan təzə halda, dondurulmuş şəkildə,
eləcə də kompot, şirə, mürəbbə emalında istifadə olunur.
Ananasın meyvəsinin yuxarısında sultan adlanan yarpaqlar qru-
pu yerləşir. Meyvənin kütləsi 1,5-2 kq, bəzi sortlarında 5 kq olur.
Lətin payına ümumi kütlənin 66-67%-i, qabıq və sultanın payına
isə 33%-i düşür. Ananas yüksək qida və pəhriz dəyəri ilə fərqlə-
nir. Meyvənin ləti çox şirəli, güclü ətirli, turşaşirin, ağ, açıq sarı,
yaxud sarı rənglidir. Onda orta hesabla 0,6% turşu; 12,5%-ə qədər
şəkər; 0,4% zülal olur. Ananasda C vitaminin miqdarı 15-60 mq%
arasında dəyişir.
Yetişmiş ananas 7-8
0
C temperaturda və 85-90 % nisbi rütubət-
də 10-12 gün saxlanır.
Nar.
Zaqafqaziya, Orta Asiya, Dağıstan, Krasnadar ölkəsi və
Krımda becərilən nar ağacının meyvəsidir. Pespublikamızda Göy-
çay, Ucar, Zərdab və b. rayonların ərazisində daha geniş becərilir.
Nar meyvəsindən təzə halda, həmçinin şirə, şərbət, sous və ekst-
rakt almaq üçün istifadə olunur.
Turşuların miqdarından asılı olaraq narlar üç qrupa bölünür: şi-
rin, (0,2-2% limon turşusuna malik), turşaşirin (2-3%) və turş (3-
7%).
Narın kimyəvi tərkibi orta hesabla belədir: 79,29% - su;
11,01% - invert şəkər; 0,63% saxaroza; 1,15% yağ; 1,17% azotlu
85
maddələr; 0,77% sərbəst turşular; 2,79% sellüloza və 0,53% kül.
Narlar 28-42% toxumdan və 36-61% şirədən ibarətdir. Toxumda
35% - su; 6,85% yağ; 12,6% nişasta; 22,4% sellüloza; 9,4% azotlu
maddələr və 1,54% kül olur. Nar şirəsində şəkər və turşulardan
başqa orta hesabla 1,1% fenol; 0,5% mineral və 0,5% azot maddə-
ləri; 7 mq%-ə qədər C vitamini vardır. Fenol maddələri qabıqda
olduqca çoxdur (11,8%). Böyüklüyünə görə nar meyvəsi aşağıda-
kı kimi qruplaşdırılır. İri kütləli: 300-600 qr; orta 250-300 qr; xır-
da 250 qr.
MDB-də yayılmış sortları Açıq - Don, Ağ – Don, Bala Mürsəl,
Azərbaycan gülöyşəsi, Vələs, Qayım nar və başqalarıdır. Nar ağa-
cının meyvəsindən başqa çiçək və qabığı da tətbiq sahəsi tapmış-
dır. Çiçəkləri qurudulduqdan sonra öz qırmızı rəngini saxlayır və
təbabətdə istifadə olunur.
Nar ağacının qabığı 20-28% aşı nar turşusuna, qal turşusu və
beş alkoloidə (0,4-1,1% miqdarında) – pelleterin, yaxud punitsin,
ozo pelleterin, metil pelleterin, izometil- pelleterin və psevdopel-
leterinə malikdir. Bütün bu alkoloidlər zəhərlidir. Pelleterin xüsusi
təsir gücünə malik olub, hətta 0,01%-li məhlulu 10 dəqiqə müddə-
tində lentşəkilli bağırsaq qurdlarını məhv edir. Ona görə də narın
qabığı və ondan alınan ekstraktdan təbabətdə lentşəkilli qurdlara
qarşı istifadə edilir. Meyvələrin saxlanma müddəti 1-2
0
C tempera-
turda və 85-90%-li nisbi rütubətdə 6 aydır.
Xurma.
Şimali Afrikada, Misir, İran və b. tropik ölkələrdə bi-
tən xurma palmasının meyvəsidir. Xurma qidada qurudulmuş, bi-
şirilmiş və qovrulmuş şəkildə istifadə olunur. Meyvələri əsasən
qurudulmuş şəklidə satışa verilir. Onun tərkibində 17-28% su;
62% şəkər; 1,9-3% azot maddələri; 0,2-1% yağ; 3,6% sellüloza;
1,2-2% mineral maddələr, o cümlədən 370 mq% kalium və 65
mq% kalsium olur.
Əncir
. Zaqafqaziya, Krımın Cənub sahilləri, Qafqazın Qara də-
niz sahilləri, Orta Asiya və bir çox ölkələrin subtropik və tropik
zonalarında becərilən çoxillilik subtropik ağacının meyvəsidir.
Əncirin ləti çox zərif və dadlıdır. Yetişmiş meyvədə lət olduqca
86
tez yetişib ötür və onda qıcqırma prosesi gedir. Ona görə də təzə
əncir pis saxlanır. Adi şəraitdə o, bir sutkadan artıq qalmır. 0
0
C
temperatura yaxın şəraitdə saxlandıqda isə 10 günə qədər qala bi-
lir. Əncir təzə halda və qurudulmuş şəkildə, həmçinin də mürəbbə,
cem və s. hazırlanmasında istifadə olunur.
Əncir iyunun sonundan avqusta qədər yetişir. Təzə əncirdə orta
hesabla 78,9% su, 15,5% şəkər, 0,2% turşu, 0,6% mineral maddə-
lər, 1,4% azot maddələri, 1,4% sellüloza, 0,3% yağ olur. Bəzi sort-
larında şəkərin miqdarı 20% olur ki, bu da əsasən qlükoza və fruk-
tozadan, az miqdarda isə saxarozadan ibarətdir. Əncirin ən geniş
yayılmış sortlarından Smena, Kadota, Bənövşəyi Abxaz, Qara
Krım, Gəncə sari ənciri, Göy əncir, Boz əncir və b. göstərmək olar.
Xirnik.
Bu meyvə ağacı Qafqazın Qara dəniz sahillərində be-
cərilir. Son zamanlar Zaqafqaziyada, xüsusilə respublikamızda ge-
niş becərilməkdədir.
Xirnik meyvələri təzə halda və qurudularaq istifadə olunur.
Ondan həmçinin mürəbbə, povidlo, marmelad və b. məhsullar is-
tehsal olunur.
Xirniyin qida və pəhriz dəyəri onda yüksək miqdarda çəkərlə-
rin, fenol maddələrinin və aşağı turşuluğun olması ilə müəyyən
olunur. Onun tərkibində orta hesabla 79-92% su; 15,8% şəkər
(qlükoza və fruktoza); 0,2% turşu; 0,25% fenol maddələri; 0,5%
mineral maddələr (o cümlədən dəmir duzları); 0,5% sellüloza
olur. Meyvələr karotinlə də zəngindir. Xirniyin tərkibində dəmirin
miqdarı çox olduğundan qan azlığına qarşı istifadə olunan ən də-
yərli qida məhsuludur.
Xirnik sortları dad xüsusiyyətlərindən asılı olaraq üç qrupa bö-
lünür: şirin (büzüşdürücü olmayan) – hətta yetişməmiş istifadə
olunur; büzüşdürücü – jele formalı quruluş yaratmaq üçün istifadə
olunur; dəyişkən (korolyok) – bərk halda istifadə etmək olar.
Xirniyin sortları kütləsinə görə aşağıdakı kimi qruplaşdırılır:
xırda – 100 qrama qədər, orta – 100-200; iri – 200-250 q. Yetişmə
müddətinə görə xirnik sortları tez, orta və gecyetişən olur. Tez ye-
tişənlərə Qota, Nitari, Touru-Noko və b; orta - Xiakume, Kuro-ku-
87
ma, Qoşo, Xoçma və b.; gec - Qeyli, Takura, Kostata və b. aiddir.
Xirnik 0-1
0
C temperaturda və 85-90% nisbi rütubətdə 2-3 ay
müddətində saxlanır.
Dostları ilə paylaş: |