89
van yumurularda C vitamini çox olub, 25-30 mq/100
q-a qədər
təşkil edir.
Kartof kalium, fosfor, maqnezium və kalsium duzları ilə zəngin
mənbəədir. 400 q istehlak edildikdə orqanizmin kaliuma tələbatı
tamamilə ödənilmiş olur. Böyük
olmayan miqdarda mikroele-
mentlərə - dəmir,
manqan, mis, sink, vitaminlərdən B, B
2
, B
6
, PP,
K, həmçinin mono-, dişəkərlərə və həzm olunmayan karbohidrat-
lara malik olur.
Kartof sortları məqsədinə görə - süfrə, texniki, yemlik, univer-
sal, xüsusi sortlar kimi fərqləndirilir.
Kortof sortlarının eyniləşdirilməsində istifadə olunan əsas əla-
mətlərə yumruların iriliyi, forması, qabığın vəziyyəti, qabığın və
lətin rəngi , gözcüklərin miqdarı və dərinliyi, dad keyfiyyəti, qala
bilməsi, fitoftoraya və digər xəstəliklərə dayanıqlığı aiddir.
Topinambur
(yer armudu). 50-60 q kütləyə malik sarı, qırmı-
zıvari, yaxud sarıtəhər-ağ rəngli yumruları olur. 74-79% suya, 13-
20% inulinə, 6%-ə qədər şəkərə, 2-5% azotlu maddələrə və 2-3%
sellülozaya malikdir. Kök yumruları şaxtaya davamlı olub,
torpaq-
da qışlaya bilir. Tupinambur əsasən yem bitkisi kimi istifadə olu-
nur. Ondan həmçinin spirt, inulin və fruktoza istehsalında istifadə
olunur. Topinamburdan az miqdarda bişirilmiş vəziyyətdə qida
məhsulu kimi də istifadə olunur.
Dostları ilə paylaş: