143
qazanı paslanmayan poladdan hazırlanır, yaxud daxildən turşuya
və istiliyə davamlı emalla örtülmüş olur. Ilanvari borular misdən
hazırlanır. Onlarla nəmli buğ daxil olur ki, onun quruluq dərəcəsi
x=0,85-0,95 olmaqla, 0,20-0,25 Mpa təzyiqdə, buğun 120-125
0
C
temperaturundadır. Aparata verilməzdən əvvəl pomidor kütləsini
90
0
C-yə qədər qızdırır və sonra aparatın hündürlüyünün 40-50%
səviyyəsində doldurulur. Nəmlik buxarlandıqca kütlənin fasiləsiz
doldurulması aparılır.
Bişirmə prosesində ilanvari boruların üzərində naqar əmələ gəl-
məsinə yol vermək olmaz. Çünki bu, pastanın rənginin tutqunlaş-
masına və yanıq tamının əmələ gəlməsinə səbəb olur. Bişirilən küt-
lədə quru maddələrin qatılığı tələb olunan səviyyəyə yaxınlaşdıqda
doldurma və buğ verilməsi dayandırılır və qatılığın son 2-3% yük-
səlməsi toplanan istiliyin hesabına baş verir. Aparat boşalmazdan
əvvəl ilanvari boruya soyuq su vurulur ki, bu da naqarın qarşısını
almaq üçündür. Pomidor püresinin bişirilmə müddəti quru maddə-
lərin son qatılığından asılı olmaqla 25-50 dəqiqə təşkil edir.
Qaynatma qazanına xidmət edən kommunikasiyalar aşağıdakı-
lardan ibarətdir:
Kütləni çənə vurmaq üçün doldurucu, pomidor
pastasını doldurulmaya daxil edən boşaldıcı; buğu ilanvari boruya
vuran; ilanvari boruya su verilən su borusu; kondensatı və soyu-
ducu suyu ilanvari borudan götürən boru; su borusu; çənin yuyul-
ması üçün ona su vuran; çirkab suları üçün boru.
Çən boşaldıcı və çirkab suları boruları ilə üç yollu ventildən
keçməklə ümumi qəlyanın köməkliyi ilə əlaqələndirilmişdir.
Aparatın daxilində nəmliyin qovulması zamanı pomidor kütlə-
sinin daimi dövr etdirilməsi, başqa sözlə davamlı konveksiyası baş
verir.
Dostları ilə paylaş: