142
Qeyd etmək lazımdır ki, ekstraktorların tətbiqi ilə pomidor küt-
ləsinin alınması sürtgəc maşınlardan istifadəyə nisbətən daha yax-
şıdır. Pomidor kütləsinin keyfiyyətinə sürtgəcdən əvvəl əzilmiş
kütlənin qızdırılma temperaturu xeyli təsir göstərir.
Qatılaşdırılmış pomidor kütləsi. Qatılaşdırılmış pomidor kütləsi
pomidor kütləsindən nəmliyin qovulması ilə alınır. Lakin nəzərə al-
maq lazımdır ki, bişirilmə ilə istənilən qatılığı almaq olmur. Məlum
olmuşdur ki, pomidor kütləsindən maksimum qatılığın alınması on-
da olan quru maddələrin miqdarından asılıdır. Daha dəqiqi onların
mütləq qiyməti deyil, bir-birinə olan nisbətidir. Əgər həll olan mad-
dələrin həll olmayanlara nisbəti 7-10 arasındadırsa, o zaman onu
normalaşdırmaq, başqa sözlə ondan arzu olunan qatılıqda pomidor-
pasta almaq olar; əgər həmin nisbət 7-dən azdırsa, o zaman belə po-
midor kütləsindən pomidor-püre almaq mümkündür. Sonuncuda
quru maddələrin miqdarı pomidor-pasta ilə müqayisədə az olur. Bi-
şirmədən əvvəl pomidor kütləsində lazım olan normalaşma dərəcə-
sini xarakterizə edən ədədlər cədvəldə verilir (cədvəl 3.1).
Cədvəl 3.1
Bişiriləcək pomidor kütləsinin səciyyəsi
Pomidor kütləsində miqdarı, %-lə
Həll olan maddələr
Həll olmayan maddələr
4,0
0,57
4,5
0,64
5,0
0,71
5,5
0,78
6,0
0,86
6,5
0,93
7,0
1,0
Dostları ilə paylaş: