159
ci olur və buna görə də onları adətən əla məhsul çeşidlərinə aid
edirlər. I ceşidli şirələr üçün şəffaflıq zəruri deyildir. Bundan əla-
və, rəngi çətinliklə açıqlaşan xammal növlərindən (qara qarağat,
firəng üzümü, moruq, heyva və s.) hazirlanan məhsullar üçün şəf-
faflıq zəruri deyildir. Lətli şirələri başlıca olaraq karotinlə zəngin
olan xammal növlərindən (ərikdən, narıngidən) istehsal edirlər.
Lətli şirələrin bir növü də “maye meyvələr”dir. Onlar şirənin çox
narin doğranmış meyvə ləti ilə qarışığından ibarətdir. “Maye mey-
vələr” hazırlamaq üçün ərik, gavalı, alma, çiyələk, qara qarağat,
firəng üzümü və bir sıra digər meyvə və giləmeyvələrdən istifadə
edilir.
Şirələr konservləşdirilmə üsullarına görə aşağıdakı kimi qrup-
laşdırılır: pasterizə edilmiş şirələr; sterizə edilib süzülmüş şirələr;
soyuqda saxlanmış şirələr; spirtli şirələr; sulfidləşdirilmiş şirələr.
Spirtli və sulfidləşdirilmiş şirələrdən bir içki deyil, yarımfabri-
kat kimi ancaq şərbət, likor və s. məhsullar emalında istifadə olu-
nur.
Meyvə və giləmeyvələrdən alınan şirələrin bir növü də qatılaş-
dırılmış şirələrdir. Onlar meyvə və giləmeyvə şirəsini tələb olunan
miqdarda quru maddə yaranana qədər müxtəlif üsullarla qaynadı-
lıb, buxarlandırılmasından hazırlanır. Bu məsələlər həqqında yu-
xarıda bəhs edildiyindən, meyvə-giləmeyvə şirələri istehsalının
spesifik texnologiyasına diqqət edək.
Dostları ilə paylaş: