173
dər) zəmin yaradır.
Presləmə zamanı şirənin çıxımı başlıca olaraq xammalın növ
və keyfiyyətindən, lət əziyinin düzgün hazırlanmasından, habelə,
presləmə texnikasından asılıdır.
Şirənin diffuziya üsulu ilə çıxarılması. Bu üsulla şirə alınması
əvvəllərdən məlum olmasına baxmayaraq, onun şirə sənayesində
tətbiqi son zamanlara qədər məhdud xarakter daşıyırdı. Bu üsulda
əzintidən ekstrakt maddələri su ilə çıxarılır. Bu halda şirəyə şəkər,
üzvi turşular və digər həll olan maddələr keçir. Kolloidlərin çoxu
(zülallar, pektin və rəng maddələrinin bir hissəsi və s.) diffuziya
şirəsinə keçmədiyindən, bu şirənin tərkibi presləmə ilə alınan hü-
ceyrə şirəsindən fərqlənir. Ona görə də belə şirədə meyvə və gilə-
meyvənin təbii dadı olmur. Bu çatışmazlıqlara baxmayaraq diffu-
ziya üsulu iqtisadi cəhətdən səmərəli olması, prosesin mexanikləş-
dirilmə və avtomatlaşdırılma imkanlarının mövcudluğu onun mü-
əyyən qədər inkişaf etdirilməsinə səbəb olmuşdur. Diffuziya üsulu
yalnız təzə meyvə əzintisindən deyil, həm də cecədən şirə ayırma-
ğa imkan verir.
Xammalın səthi, prosesin temperaturu, habelə, xammalda və
suda həll olmuş maddələrin qatılıqları arasında fərq böyük olduq-
ca diffuziyanın sürəti də artır. Şirənin özlülüyü və diffuziya edən
hissəciklərin ölçüləri artdıqca diffuziya yavaşıyır.
Dostları ilə paylaş: