Ömürdən düşən yarpaqlar
143
VƏHDƏT
Təzadlıdır yaranışdan İzmir, Mil,
Könül açır yaxasında gül-çiçək.
Yazılmaqla qurtarası söz deyil,
Vahid köklü ənənəsi, adəti,
İki dövlət , bir millətin vəhdəti.
Genetik koddan kənara çıxmayır,
Gözəlliyi təxəyyülə sığmayır.
Var-dövlətdən başı itmir, azmayır,
Od-alovdur, göyün üzü, yer səthi,
İki dövlət , bir millətin vəhdəti.
Zamanların sınağında bərədi,
Hər qarışı laləzardı, sərgidi.
Tarixi var, qalaq-qalaq dərgidi,
Dildən-dilə düşdü, gəzdi şöhrəti,
İki dövlət, bir millətin vəhdəti.
Uğurlara imza atdı, yol açdı,
Sellər kimi gah çağladı, gah daşdı.
Kainata işıq saçdı, nur saçdı,
Danışdığı fikir qəti, söz qəti,
İki dövlət , bir millətin vəhdəti.
İki Öndər, Heydər Ata, Atatürk,
Tarix yazıb yaddaşlara qoşa, cüt.
İradəsi, əzimləri möhkəm, bərk,
Bakı-Ceyhan kəmərində axır süd,
Məhəmməd Bəylər Aranlı
144
Planetin yeni, təzə hikməti,
İki dövlət , bir millətin vəhdəti.
Ərənlərlə yol yeridi, yol getdi,
İnkişafı “hayes”-ləri pərt etdi.
Arzusuna, amalına o yetdi,
Yunis İmrə, Şəhriyarı, Səhhəti,
İki dövlət , bir millətin vəhdəti.
Zaman, dövran söz qədrini biləndir,
Ayın nuru, üz-gözünə çiləndi.
Bəylər yaşa, yaşamağa dəyəndi,
Kür, Arazın naz neməti, sərvəti,
İki dövlət , bir millətin vəhdəti.
Ömürdən düşən yarpaqlar
145
TALEYİM
Yatmısan, taleyim, vədəsiz vaxtsız,
Qalx oyan, gəzdiyim gülü soraqla.
O çəmən, bu tala, saralıb-solub,
Qalx oyan, gəzdiyim gülü soraqla.
Düşüb qayalara kəkliyin səsi,
Oyadıb torpağı bahar nəfəsi.
Gəlir qulağıma “Heyratı” səsi,
Qalx oyan, gəzdiyim gülü soraqla.
Bulaqlar oxuyur, edir zümzümə,
Dağların havası gülür üzümə.
Saz tutub, söz qoşur məni sözümə,
Qalx oyan, gəzdiyim gülü soraqla.
Yara, yar-yoldaşa vermişəm canı,
Yaşayaq, gün görək, torpağın sanı,
Küləklər qoynuna qatmayaq anı,
Qalx oyan, gəzdiyim gülü soraqla.
Bir gözəl əlindən yara almışam,
Əhvalım pisləşib, bihuş olmuşam.
Fikirlər içində çaşıb qalmışam,
Qalx oyan, gəzdiyim gülü soraqla.
Susuzluq hissim var, təşnədir qəlbim,
Quruyub dodağım, tükənib səbrim.
Həsrətdən əyilib qamətim-qəddim,
Qalx oyan, gəzdiyim gülü soraqla.
Məhəmməd Bəylər Aranlı
146
BORC
Köhlən atlı, ərən igid, xanım qız,
Duz-çörəyi basıb keçib, tapdama!
Yollar əyri, yollar xəlvət, yollar düz,
Duz-çörəyi basıb keçib, tapdama.
Bilirlər, həqiqət, acı zəhrimar,
Haqqa gedən çəhlim, cığır iriz qar.
And yerimiz neçə kitab, imam var,
Duz-çörəyi basıb keçib, tapdama.
Salamladı, səhərimi şəfəq, dan,
Halal zəhmət, alın tərim, ruzi-şan,
Abır-həya,saf xislətə verdim can,
Duz-çörəyi basıb keçib, tapdama.
Əzəlindən doğulmadı maya, nər,
Su səhəngi suda sındı, nə qədər.
Vaxt keçirmə, çox mənasız, çox hədər,
Duz-çörəyi basıb keçib, tapdama.
Haqqı-sayı, tapdayan çox, danan çox,
Öz içində alışan çox, yanan çox.
Hesabını anlayan yox, qanan yox,
Duz-çörəyi basıb keçib, tapdama.
Ömürdən düşən yarpaqlar
147
NƏSİHƏT
Dünya, saf –çürük et yaxşını, pisi,
Baltadan itidir namərdin dişi.
Azalıb qoynunda taraz, mərd kişi.
Mərdə pislik etmək əbəsdir, əbəs,
Yaxşılıq atəşin pislik söndürməz.
Yaxşılıq söz oldu, yerində qaldı,
Pis əməl, pis niyyət qəlbləri aldı.
Məqsədi, məramı xəbərsiz oldu.
Elə bu dərdlərlə fikrə dalıram,
Bəzən bu dərdlərdən bihal oluram.
Əqidə, saralma, sarsılıb solma,
Şöhrəti özünə bir mayak sanma.
Hər sözdə söhbətdə axtardıq, amma,
Mərdliyin tərifin şüar yazsalar,
Pis niyyətli olan, bəlkə, azalar.
Ən böyük kitabdır, xasiyyət, əməl,
Halal, pak olmalı, qoyulan təməl.
Çalındı yalana tez-tez çəpik, əl.
Pislik yaxşılığa çox hiylə açdı,
Yaxşılıq axırda nur kimi saçdı.
Fikirlər qəlbimi dağıtdı, diddi,
Sözün ləl bazarı yerindən itdi.
Sinələr altında qanqallar bitdi,
Şər çox oyun qurdu, xeyir dalınca,
Xeyir seyr edirdi, bunu doyunca.
Məhəmməd Bəylər Aranlı
148
Qiymətin bilmədi çoxu zamanın,
Zülmətə oxşatdı sökülən danı.
Haray isitmədi bəzən qan canı,
Yaxşılıq dözsə də, çox cəfalara,
Pislik düşdü axır, pis bəlalara.
Bəylər, taleyindən um-küs etmə sən,
Ölən var, tapmayır bir parça kəfən.
Bezikdi torpaqdan becərən, əkən,
Qəlbim xeyir olub, ömrü boyunca,
Belə də qalacaq, dünya solunca.
Ömürdən düşən yarpaqlar
149
YOXDU BİR ÇARA
Durum yox bədəndə, durum yox canda,
Qırmızı kürəcik azalıb qanda.
Şan-şöhrət qalmayıb, çox adda-sanda,
Dünya üzün qara, yoxdu bir çara.
Tükəndi dizlərdə,qalmadı qüvvət,
Azaldı qəlblərdə məhəbbət, izzət.
Aldı ürəkləri dərd-ələm, xiffət,
Dünya üzün qara, yoxdu bir çara.
Əzrayıl qovlayır atlı çaparı,
İldırım uçurur daşı-divarı.
Əsəbdən gərginlik tutur damarı,
Dünya üzün qara, yoxdu bir çara.
Ömrümüz yol gedir işıq sürətli,
Bəxt taleh yarıtmaz, sözlü-söhbətli.
Yaşamaq çox çətin, ağır zəhmətli,
Dünya üzün qara, yoxdu bir çara.
Vaxt-zaman, məşəqqət boğur insanı,
Əzablar içində çürüyür qanı.
Görməyir sökülən, açılan danı,
Dünya üzün qara, yoxdu bir çara.
Bəylər, hörmətin var, elbəel, kənd-kənd,
Düşüncə, fikirlər, niyyətlər bəd-bəd.
Əl tutmaq, yaxşılıq qəhətdən, qəhət.
Dünya üzün qara, yoxdu bir çara.
Dostları ilə paylaş: |