Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
136
 
HAQQ 
 
Haqqın dərgahından keçsə zaman da
Yoluma nur səpdi, sənətim mənim. 
Axtardım özümü illərdə, anda, 
Səs verdi səsimə, zəhmətim mənim. 
 
Göyərdi yollarda, izdə, çəhlimdə, 
Atdığım toxumlar birə min kimi. 
Arzular oxunmaz qalsa telimdə,  
Arzuyla həmişə oldum səmimi. 
 
Dedim əllərimi əlimdə saxla, 
Onsuz da, yolumuz kəsişən deyil. 
Bu sirrdən danışsan, danış ol, haqqla, 
Demirəm ki, mənə baş əyib, əyil. 
 
Bir Allah, çox mələk məlumdu, haqqdı, 
Dürüstlük uca bir zirvədi, dağdı. 
Haqqı yaxşı tanı, haqq böyük işdir
Haqqı sevənlərin qəlbi genişdir. 
 
 
 
 
 
 
       


Ömürdən düşən yarpaqlar 
 
137
 
DÜNYA GÜLDÜRƏNDİ, 
DÜNYA AĞLADAN... 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
138
 
ULU  TÜRK 
 
Ərdoğan bir ulduz, bir alov, Ülkər, 
Arzusu əməli, verəcək bəhər. 
Köməyi, arxası  dan,üfüq, səhər, 
Qəlbindən “Türkçülər” xəbərdar olsun, 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Sinəm altda yatan hissim,oyan, dur, 
Qızıl dağdan düşmə, səpib işıq,nur. 
Ulu Türkmən, toplum halda gümrah dur, 
Düşmən baxsın, gücümüzə xar olsun. 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Çoxdan bölünübdü ikiyə Vətən
Şumlanıb, əkilib, parça-parça tən. 
Duymaz bu ağrını hər yetən, ötən, 
Cəlladların yeri, yurdu qor olsun. 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Çək apar qəlbimi,çək apar, anam, 
Dalana, daşlara sıxılıb İslam. 
Fikrimin gözündə daralıb zaman, 
Qərq olub odlara, Diarbəkr, Şam, 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Açılmır dan yeri, sökülmür səhər, 
Döyüşə çağırır, səsləyir zəfər. 
Qanlı-qadalıdı, hər addım, səhər, 
“PKK”-ya dünya, cahan dar olsun, 
Allah haqqa, ulu türkə yar olsun! 


Ömürdən düşən yarpaqlar 
 
139
 
Döyüşlərə  gedir, ərən, ər-igid, 
Tarix yazır qanlarıyla hər şəhid. 
Sinəm üstün nə didələ, nə də did, 
Məhəbbətim övladlara car olsun, 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Əsrlərdir dövlət iki, millət  bir, 
Osmanların şəhəridir Tuğ, İzmir. 
Şeyx Nizami, Yunus İmrə, ocaq, pir, 
Ana torpaq, odun, közün var olsun, 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Xidmət etdin,türkçülyə, Türkə bərk
Dövlətlərə, millətlərə oldun görk. 
Xalqlar səni qardaş bildi, etdi ərk, 
“Sionizm”-in baxan gözü kor olsun, 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Yanan qəlbim, Zəngəzuru gəz, ara, 
“Hayes” hara,”Gümrü” hara,”Van”hara? 
 Ürəyimdə sağalmadı bu yara, 
Qəm sədalı qulaqlıarım kar olsun, 
Allah haqqa, ulu türkə yar olsun! 
 
Şəxsiyyətlər yüz ildən bir doğulur, 
Orda Kamal, burda Heydər oxunur!! 
Ərdoğanlı, İlhamlıdır hər uğur, 
Sinələrdə kaman olsun, tar olsun, 
Allah haqqa, ulu türkə yar olsun! 
Bu dunya durduqca yurdum var olsun! 
 


Məhəmməd Bəylər Aranlı  
 
140
 
Qeyd:  
1.Ümummili lider Heydər Əliyev 
2.Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev 
Cənabları 
3.Mustafa Kamal Atatürk 
4. Türkiyə Cumhuriyyətinin Prezidenti    Rəcəb   Tayyib  
Ərdoğan 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       
 
  


Ömürdən düşən yarpaqlar 
 
141
 
İGİD ƏSGƏR 
 
Dağıt, tulla Qarabağda zindanları, 
Yoxa çıxıb “hayes”-lərin qananları. 
Qalx, silkələ, o ləkəli vicdanları, 
Ey şərəfim, şan-şöhrətim igid əsgər, 
Qoyma düşmən tapdağında qalsın, Vətən! 
 
“Arsax” yalan bir uydurma, cəfəngiyyat, 
Bunu bilir bütün dünya və cəmiyyət. 
Azərbaycan ulu, qədim bir hüriyyət, 
Sən namusum, sən qeyrətim, igid əsgər, 
Qoyma düşmən tapdağında qalsın, Vətən! 
 
Yerlə göyün vəhdətidir Odlar yurdu, 
Çox gədalar bu  torpaqda atın yordu. 
Döyüşlərdə viran qaldı,  evi-yurdu, 
Ay ismətim, ləyaqətim igid əsgər, 
Qoyma düşmən tapdağında qalsın, Vətən! 
 
Öz postunda, səngərlərdə, məğrur dayan, 
Himnimizin sədasıyla həm yat, oyan. 
Üstün-başın, sir-sifətin  təmiz al-qan
Məhəbbətim, sədaqətim igid əsgər, 
Qoyma düşmən tapdağında qalsın, Vətən! 
 
Azad elə məmləkəti, bəlalardan, 
Zatı qırıq bu alverçi gədalardan. 
İbrət götür, Koroğlu tək dədələrdən. 
Gələcəyə zəmanətim igid əsgər, 
Qoyma düşmən tapdağında qalsın, Vətən! 


Məhəmməd Bəylər Aranlı  
 
142
 
QARABAĞ 
 
Qarabağ “kartı”-dır sağalmaz dərd-sər, 
Yüz illərdir “hayes”-lə rus gəzir şər. 
Haqqa doğru yol gedib şəhid əsgər, 
Suvar al qanımla Vətən torpağın, 
Yaz gələcək nəslə Vətən növrağın! 
 
Şanın, şan-şöhrətin verdiyin şəhid, 
Tarix kitabına millətlər şahid. 
Meyxana nə lazım, sənə, a zahid? 
Suvar al qanımla Vətən torpağın, 
Yaz gələcək nəslə Vətən növrağın! 
 
Qəmlənib, hər qaya, zirvə, yamac, yal, 
Analar fikirdən ürəyində xal. 
Köhlən ayağından düşən mismar, nal, 
Suvar al qanımla Vətən torpağın, 
Yaz gələcək nəslə Vətən növrağın! 
 
Çəkilsin göylərə, daransın hissim, 
Bürüsün aləmi alovum, tüstüm. 
Şuşaya boylanan həsrətim, nəfsim, 
Suvar al qanımla Vətən torpağın, 
Yaz gələcək nəslə Vətən növrağın! 
 
Suyun büllur, yaxan cənnət, bağat-bağ, 
Alışan, odlanan yanan yara bax. 
Köksümə vurulan balta, yara, dağ, 
Suvar al qanımla Vətən torpağın, 
Yaz gələcək nəslə, Vətən növrağın! 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə