Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə30/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

151 

 

Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz



Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. 

 

Artıran söz qədrini sidqilə qədrin artırar, 



Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. 

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, 



Edə hər saət səni ol uyqudan bidar söz. 

 

Bir nigari-ənbərinxətdir könüllər almağa, 



Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz. 

 

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər 



Rişteyi-izharə min-min gövhəri-əsrar söz. 

 

Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil 



Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz. 

 

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü 



Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. 


152 

 

Mana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz, 



Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz. 

 

Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma 



Əcəl peykinə seyli-əşk girdabi güzər verməz. 

 

Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə



Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz. 

 

Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə 



Ki, pəjmürdə nihalə verməyincə su səmər verməz. 

 

Qiyas et şəm’dən, vəhm eylə çərxin inqilabından 



Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz. 

 

Bəla zimnində rahət olduğun izhar edər xəlqə 



Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz. 

 

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, 



Sədəf su almayınca əbri-nisandan gühər verməz. 


153 

 

Nəmi-əşkim mükəddər xatirimdən dəf’i-qəm qılmaz, 



Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz. 

 

Xəmi-əbruyi-mişkinini görsə zahidi-kəcbin



Dəxi qamət sücudi-guşeyi-mehrabə xəm qılmaz. 

 

Sənə, ey şuxi-səngindil, demən büt, nişə kim, büt həm 



Əgərçi səngdildir, böylə bidadü sitəm qılmaz. 

 

Cəfavü cövr ilə qan oldu bağrım, yarəb, ol bədxu 



Neçün tərk eyləməz bidadü cövrün, bir kərəm qılmaz? 

 

Muradım giryədən kəsbi-qübari-rəhgüzarındır, 



Gözüm yaşı dəmadəm çöhrəmi bihudə nəm qılmaz. 

 

Xətin dövründə əşki-al ilə dərdü qəmim şərhin, 



Dəm olmaz kim, rüxi-zərd üzrə müjganım rəqəm qılmaz. 

 

Füzuli binəva ta rövzeyi-kuyində sakindir, 



Təmənnayi-behiştü meyli-gülzari-Irəm qılmaz. 


154 

 

Kuhkəndən gözükür kuhdə asar hənuz, 



Ol nə bənzər mana, anın əsəri var hənuz. 

 

Çəkdi Məcnun ayağın badiyədən, leyk verir 



Qanlı güllər, ayağından çəkilən xar hənuz. 

 

Vadiyi-eşqdə sevda ilə sərgəştə idim 



Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz. 

 

Nöqteyi-xalinə bağılanmış idi canü könül, 



Gəzmədən daireyi-dövrdə pərgar hənuz. 

 

Mahə çəkdim şəbi-hicran ələmi-şö’leyi-ah, 



Ah kim, olmadı ol mah xəbərdar hənuz. 

 

Naleyi-zarım ilə xəlqə həram oldu yuxu, 



Qarə bəxtim yuxudan olmadı bidar hənuz. 

 

Mərhəmi-vəsli ilə buldu qamu dərdə dəva, 



Bu Füzuli ələmi-hicr ilə bimar hənuz. 


155 

 

Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs, 



Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs. 

 

Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqın 



Kim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs. 

 

Hali-zarimdən səni əfğanım agah eylədi, 



Şükrlillah, oldu fəryadım mənə fəryadrəs. 

 

Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım, 



Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs. 

 

Tə’neyi-əhli-məlamətdən nə nöqsan aşiqə, 



Bərqi-lame’ dəf’in eylərmi hücumi-xarü xəs? 

 

Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib



Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs. 

 

Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm, 



Səltənət isbatı əgnimdə pəlasi-fəqr bəs. 


156 

 

Xaki-rəh etdi aşiqi-miskini ol həvəs 



Kim, paybusi-yarə qaçan bula dəstrəs. 

 

Razi-dəruni dışraya salmaq rəva degil, 



Budur günahı kim, asılır müttəssil cərəs. 

 

Didari-dustdur iki aləm nəticəsi, 



Yox ondan özgə aşiqə aləmdə mültəməs. 

 

Sinəm həvayi-eşqin ilə doldu ney kimi, 



Dəm urduğumca ahü fəğandır çıxan nəfəs. 

 

Hər qeyd olursa məhz bəladır ki bülbülə 



Gər şaxi-güldən olsa, küdurət verər qəfəs. 

 

Ol qəmzədən, könül, əgər istərsən iltifat, 



Tiği-təcərrüd ilə canından əlaqə kəs. 

 

Olmaz vücudi-aşiqə eşq içrə e’tibar, 



Dözməz, Füzuli, atəşi-suzanə xarü xəs. 


157 

 

Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs



Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs? 

 

Yar kuyində gər olsaydı, müsəlmanlar, yerim, 



Kafərəm gər rövzeyi-rizvanə eylərdim həvəs. 

 

Kuh fəryadi-sədasin verdi Fərhadın demin, 



Nəqşi-Şirindir verir avaz, olub fəryadrəs. 

 

Naqə Leyli məhmilin çəkmiş biyaban seyrinə, 



Eylə Məcnunu bu halətdən xəbərdar, ey cərəs! 

 

Bir nəfəs qalmış həyatımdan, həbibim, sübh tək, 



Nola gər bir mehr göstərsən mənə axir nəfəs. 

 

Xali etdim dil həvayi-ixtilati-xəlqdən, 



Bəzmi-qəmdə ney kimi həmdəm mənə fəryad bəs. 

 

Ey Füzuli, gər sənə cəm’iyyəti-dildir murad, 



Bağıla bir dildarə könlün, qeyrdən peyvəndi kəs. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə