Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə2/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   2   3   4   5   6   7   8   9   ...   72

 

Sadiqi Füzulidən bəhs edərkən: “Təxminən otuz bin beyt əş’arı bar kim, bu həqir 



öz xətti bilə mütaliə  qıldım”

1

 deyir ki, bu da Füzuli əsərlərinin saray kitabxanasında 



olduğunu təxmin etməyə imkan verir. 

Dünya muzeylərində olan Füzuli “Divan”ları içərisində  qədim tarixi olan bitkin 

nüsxələr çox azdır. Füzuli əlyazmaları haqqında məlumat verən prof. Y.E.Bertels 

məşhur muzeylərdə olan əlyazmalarını belə təsvir edir: 

“Füzuli  əsərlərinin  əlyazmaları olduqca çoxdur. Demək olar hər bir böyük 

kitabxanada onun əsərlərindən bir neçə nüsxə vardır. Məsələ yalnız bu əlyazmalarının 

keyfiyyətindədir. Mən, demək olar ki, bütün Avropa kitabxanalarının kataloqlarını 

gözdən keçirmiş  və  aşağıdakıları müşahidə etmişəm. Avropada şairimizin yeddi 

əsərinin 41 əlyazması vardır: zahirən bu say çoxdur, lakin bunlardan 13-ü nöqsanlı və 

yalnız 9-u tarixlidir; belə ki, həmin əlyazmalarından üçü XVII əsrə, biri XVIII əsrə və 

ikisi XIX əsrə aiddir”. 

Sonra Bertels Sankt-Peterburq Şərqşünaslıq Institutunda olan yeni Füzuli 

külliyyatının təsvirini verir və hicri 997-ci (miladi 1589-90) ildə yazıldığı təsdiq olunan 

bu külliyyatın dünya muzeylərində olan Füzuli əlyazmalarının  ən qədimi və  ən 

mükəmməli olduğunu söyləyir. 

Bu məlumatdan aydın olur ki, məşhur muzeylərdə saxlanılan Füzuli əlyazmaları 

içərisində ən qədimi Sankt-Peterburq nüsxəsidir. Bu nüsxəni təsvir edən Bertels eyni 

zamanda katibin ərəb və Azərbaycan mətnlərini farscaya nisbətən yanlış köçürdüyünü 

də qeyd edir. Buna görə də elm aləminə məlum olan Füzuli “Divan”larının ən etibarlısı 

hesab ediləcək bu nüsxəni də  tənqidi mətn hazırlamaq üçün əsas götürmək mümkün 

deyildir. 

Lakin Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda saxlanılan bir 

Füzuli “Divan”ı elm aləminə məlum Füzuli əlyazmaları içərisində ən qədim nüsxədir. 

Həmin nüsxə fonda mərhum Salman Mümtaz tərəfindən bağşlanmışdır. 

2062  №-li bu əlyazması 65 vərəqdən ibarətdir; həcmi 26,2 x 15, 2 sm-dir. Hər 

səhifədə 20 misra vardır. Qalın, sarımtıl kağızda yazılmışdır. Mətn zər haşiyə içərisinə 

alınmışdır. Nəstəliq xəttilədir. Dibaçə  və  qəzəllər birbirindən ayrılır. Hər ikisi kiçik, 

zərif naxışlı bəzəklə başlanır. 

Çox mükəmməl olan bu nüsxə yaxşı saxlanmışdır. Lakin bir sıra səhifələrdə bəzi 

yerlər çətin oxunur. Iki yerdə tarix vardır. Birinci tarix dibaçənin, ikinci tarix isə 

“Divan”ın sonundadır. Dibaçənin sonundakı tarix belədir: 

“Təmam  şod dibaçeyi-divani-Füzuli fi yovmis-salisi şəhri məhərrəmülhəram min 

şühuri sənəyi səb’i tisini tis’əmiə (tərcüməsi: Füzuli “Divan”nın dibaçəsi doqquz yüz 

yetmiş yeddinci ilin məhərrəmül-həram ayının üçüncü günü tamam oldu). 

Bu, katibin “Divan”ı 1569-cu il iyun ayında başladığını aydınlaşdırır. Son tarixdə 

katibin adı da məlum olur: “Təmmət həzəl-kitab biövni inayəti məlikil vəhhab əla yədi 

Məhmud ibni Davud-əl-Uluyəvi,  əşşəhir bis-Səidi qəfərə-l-lahü və li-valideynihi və 

əhsənə ileyhima və alihi fi əvaxiri rəcəbilmürəccəb, sənəti səmaninə və tis’i miə-980” 

(tərcüməsi: Bu kitab Allahın mərhəmətindən rəcəbül-mürəccəb ayının axırında, doqquz 

yüz səkkizinci idə Səidi ləqəbilə məşhur Mahmud ibn-Davud Ülunyəvi əli ilə qurtardı. 

Allah onu və onun valideynini bağşlasın və onlara əcr versin). Bu sətirlər həm də 

əlyazmasının 1572-ci ilin noyabrında bitdiyini göstərir. 

                                                            

1

 



Sadiqi. “Мəcмəül-xəvas”, səh.21. Sankt-Peterburq Şərqşünaslıq Institutunda olan 

əlyazмasının fotosurəti. 




 

Deməli, həmin nüsxə elm aləminə  məlum olan Füzuli “Divan”larının  ən qədimi 



olub,  şairin vəfatından 16 il sonra yazılmışdır. Lakin bu nüsxə  təkcə  qədimliyi ilə 

deyil, öz mükəmməlliyi və düzgünlüyü ilə də dünyada ən nadir nüsxədir. Bu nüsxənin 

əhəmiyyətini daha aydın təsəvvür etmək üçün onu Füzulinin çap olunmuş “Divan”ları 

və foto surəti əlimizdə olan Sankt-Peterburq nüsxəsi ilə müqayisə edək. 

Füzuli əsərləri İstanbul , Təbriz, Daşkənd və Misirdə dəfələrlə çap olunmuşdur. Bu 

kitabların çoxu “Külliyyati-divani-Füzuli”, bəziləri “Divani-Füzuli”, “Divani-Füzuli 

mə’ə Leyli və  Məcnun” adları, bəzən də  təkcə “Leyli və  Məcnun” adı ilə  nəşr 

edilmişdir. Lakin biz bunların hamısını deyil, ən son və tanınmış bir nüsxəni nəzərdən 

keçirəcəyik. 

Bu nüsxə 1924-cü ildə M.F.Köprülüzadənin müqəddiməsi ilə çap olunmuş 

“Müsəhhəhi-külliyyati-divani-Füzuli”dir. Müqayisədən  əvvəl belə bir cəhəti də qeyd 

etmək lazımdır ki, 1328-ci (1910-cu) ildə Çələbizadə Məhəmməd Münir Dağıstaninin 

nəşr etdiyi külliyyatın mətni  əsla dəyişdirilmədən bu çapda təkrar olunmuşdur. Ona 

görə də çap üçün göstərəcəyimiz nöqsanlar eynilə Çələbizadə nəşrinə də aiddir. Başqa 

nüsxələri isə yeri gəldikcə xatırlatmaq lazım gələcəkdir. Bizim nüsxədə olan 

qəzəllərdən 30-u Sankt-Peterburq nüsxəsində, 11-I İstanbul  çapında, 5-i Təbriz və 32-

si Daşkənd çapında yoxdur. 

Göstərdiyimiz təkcə bu xüsusiyyətlər  əlimizdəki nüsxənin elm aləminə  məlum 

Füzuli “Divan”ları içərisində mükəmməlı nüsxə olduğunu təsdiq edir. 

Biz müqayisədə çap və  əlyazma nüsxələrindəki təhriflərin hamısını  nəzərdən 

keçirə bilmərik. Bu halda Füzuli “Divan”ı boyda başqa bir əsər yarana bilərdi. Odur ki, 

yalnız bir neçə  əsas təhrifi göstərməklə, geniş yayılmış çap nüsxələrinin dəyərini 

müəyyənləşdirib, onlar haqqında yürütdüyümüz fikri əsaslandırmağa çalışacağıq . 

İstanbul  nəşrindəki təhriflərin müəyyən hissəsi şairin işlətdiyi qədim Azərbaycan 

sözlərini yeni sözlərlə  əvəz etmək meylindən irəli gəlmişdir. Belə  təhriflər bəzən 

mənaya təsir etməsə də, şairin həqiqi dil ehtiyatını müəyyənləşdirməyə imkan vermir; 

tarixi gerçəkliyi pozur, dil tariximiz üçün əhəmiyyətli olan xüsusiyyətlərin itirilməsinə 

gətirib çıxarır. Məsələn, 140-cı səhifənin 14-cü sətrində oxuyuruq: 

 

Dil çəksə nola canü təni xaki-kuyinə, 

Xarü xəs artar onda ki, quş aşiyan tutar.  

 

Bu beytin ikinci misrasındakı “artar” kəlməsi bizim nüsxədə “iltər”dir. “Iltər” 



aparar deməkdir. Bu halda beytin mənası aydın olur: ürək can və bədəni sənin kuyinə 

çəkir, necə ki quş yuvasına çör-çöp aparır. Demək, qədim Azərbaycan sözü “iltər”in 

“artar”la əvəz olunması beytin mənasını itirir. 

Yaxud 151-ci səhifənin 11-ci sətrində oxuyuruq: 

 

Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim

Bu ahəngi-məlaləfzayə bundan xoş məqam olmaz. 

 

İkinci misrada işlənən “xoş” kəlməsi bizim nüsxədə “yey”dir. “Yaxşı” mənasında 



olan “yey” burada daha münasibdir. Yenə İstanbul  nüsxəsində oxuyuruq: 

 

Məgər qan içmək adət eyləmişdir nərgisi-məstin, 



Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərxoş. 

 

Beytdə misralar arasında məntiqi münasibət yoxdur. Bizim nüsxədə isə ilk misra 

belədir: 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə